SON DƏQİQƏ

Samur gömrük məntəqəsində 200-250-yə yaxın minik avtomobili yoxlanılır

Tarix:1-06-2018, 14:47

2018-ci ilin may ayında Samur gömrük məntəqsindən ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.

bu barədə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov deyib. 

O bildirib ki, gün ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttində ümumi olaraq 200-250-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin də sayı 200-250-dir. 

A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hərəsində eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə müddətindədir.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ