SON DƏQİQƏ

Nərimanovda "Yeniyetmə və gənclərə narkomaniya qarşı esse və rəsm müsabiqəsinin keçirilməsi layihəsinin növbəti təlimi

Tarix:1-06-2018, 11:20

Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi baş tutub.

30 may 2018-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib. 
Təlimdə "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal ÖmərovNərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev və 50 nəfər fəal gənc iştirak etmişlər. 
Nərimanovda "Yeniyetmə və gənclərə narkomaniya qarşı esse və rəsm müsabiqəsinin keçirilməsi layihəsinin növbəti təlimi
İlk öncə qonaqları salamlayan Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı, layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir. V.Ömərov Azərbaycan dövləti tərəfindən gənclərin sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təbliği prosesinə xüsusi diqqət yetirildiyini vurğuladı.
Mövzu ətrafında çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov bu kimi tədbirlərin həm gənc nəslin bu sagə üzrə maarifləndirilməsindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Rüstəmov bildirmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.Narkomaniya insanın  şüurlu olaraq özü-özünü ölümə məhkum etməsidir. Narkomaniya insanın daxili orqanlarının yavaş-yavaş itirilməsi deməkdir. Narkomaniya şəkərli diabet, hepatit  və ən nəhayət,  QİÇS kimi təhlükəli bir xəstəliyin yaranması deməkdir. Bütün bunlarla yanaşı, narkomaniya bu bəlaya düçar olan  insanların yaxınları, ətrafındakıları ilə problemlərinin yaranması, psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməsi deməkdir. Və ən dəhşətlisi isə narkomaniya dünyaya qüsurlu övladların gətirilməsi deməkdir. 
Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışlar.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ