SON DƏQİQƏ

Gömrük Məcəlləsinə dəyişikliklər ediləcək

Tarix:14-05-2018, 18:51

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketi hazırlayır.

Trend xəbər verir ki, bunu DGK-nin Fəaliyyətin dəyərləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

İ.Babayev bildirib ki, dəyişikliklər paketi yaxın zamanlarda baxılması üçün hökumətə təqdim olunacaq: "Son dövrlərdə idxal-ixrac əməliyyatları ilə bağlı fəaliyyətimiz Vergilər Nazirliyi ilə birgə nizamlanır ki, dəyişikliklərin bir hissəsi bu faktla bağlı olacaq. Ümumilikdə isə dəyişikliklər gömrük prosedurlarının sadələşdirilməsi, gömrük-buraxılışı məntəqələrindən sürətli keçidin təmin olunması ilə əlaqədardır".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ