SON DƏQİQƏ

Deputat cinsi azlıqlardan DANIŞDI: “Utanmazlığın bundan o tərəfi yoxdur”

Tarix:17-10-2017, 14:24

Deputat cinsi azlıqlardan DANIŞDI: “Utanmazlığın bundan o tərəfi yoxdur”  “Avropa Birliyinin, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və digər beynəlxalq təşkilatların insan hüquq və azadlıqları ilə bağlı irəli sürdükləri belə tələblər bəşər övladının əxlaqının pozulmasına, ailə dəyərlərinin sarsıdılmasına xidmət edir”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujnieksin Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı müraciətinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının bu müraciəti gülüş doğurur. “Hömətli nazirimiz Ramil Usubov da Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujnieksin müraciətinə haqlı cavab verib. Cinsi azlıq olmaq hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmır. Adamlar konkret olaraq yoluxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar. Avropa Şurasının bir çox təsisatlarının müraciətlərindən belə nəticəyə gəlmək olar ki, bəzi beynəlxalq təşkilatlara arxalanıb fəaliyyət göstərən siyasi partiyalar, QHT-lər, birliklər, hərəkatlar və cinsi azlıqlar hüquq və azadlıq pərdəsi altında hər bir hərəkəti edə bilər. Ancaq buna görə də heç bir məsuliyyət daşımamalıdırlar? Bu çox yanlış və təhlükəli mövqedir. Azərbaycan dövlətinin və xalqının mənafeyinə ziddir. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ölkədə olan cinsi azlıqların halına belə yanmaqla nəyə nail olmaq istəyir? Bu insanları tutduqları eybəcər yoldan çəkindirmək, hüquqlarını başa salmaq və yerlərində oturtmaq əvəzinə, onlara müstəsna səlahiyyətlərin veriləməsini və başlarını sığallamaq lazımdırmı? Axı əxlaqın ölçüsü və dəyəri olmalıdır. İnsan əxlaqına, başqalarına münasibətinə görə seçilməli və dəyərləndirilməlidir”. T.Rzayev qeyd edib ki, utanmazlığın bundan o tərəfini təsəvvür etmək mümkün deyil: “Özlərində təhükəli infeksiyalar daşıyan, danışığını, hərəkətlərini bilməyən öz davranışları ilə Azərbaycan cəmiyyətində ikrah hissi doğuran insanların müdafiəsinə qalxmaq ölkəmiz və sağlam bəşəriyyət üçün təhlükədir. Belə əxlaqsızlığı müdafiə edən bəzi beynəlxalq təşkilatlar dünyanı sonsuzluğa, xaosa, müharibəyə apardıqlarını yaxşı bilirlər. Onlar bu hərəkətlərlə başqalarını təsir altına salırlar. Belə insanlar üçün qazanc olan yerdə əxlaq, tərbiyə, mənəviyyat yoxdur”. Qeyd edək ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubova Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə müraciət ünvanlayıb.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ