SON DƏQİQƏ

'Vulkan yaxınlığında yaşayanlar'-media icmalı

Tarix:15-12-2018, 12:34

Azərbaycan-Rusiya münasibətləri, aqrar sahə ilə bağlı yeni qurumun yaradılması, bəzi vulkanların yaxınlığında yaşayış məskənlərinin salınması və başqa məsələlər medianın aparıcı mövzularındandır...


Vulkan xəbərdarlığı

Bakının Qaradağ rayonunda vulkan püskürməsi, 23 sentyabr 2018
Bakının Qaradağ rayonunda vulkan püskürməsi, 23 sentyabr 2018

"Trend.az” saytında "Xəbərdarlıq: Bəzi yaşayış evləri vulkanlara yaxınlaşır”sərlövhəli yazı yer alır.

Yazıda Bakıda bir çox yaşayış məntəqələrinin vulkanların yaxınlığına qədər uzanması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun dosenti Elxan Məmmədbəyov-un fikirləri təqdim edilib.

E.Məmmədbəyov deyib ki, Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və başqa vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir.

AMEA əməkdaşının dməsinə görə, palçıq vulkanlarının inkişaf etdiyi ərazi geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri araşdırılıb. O, vurğulayıb ki, ərazinin müxtəlif landşaft tiplərində intensiv fəaliyyətdə olan "Daşgil”, "Şahqaya”, "Çapılmış”, "Çeyildağ”, "Torağay”, "Axtarma”, "Paşalı”, "Dəmirçi” və başqa palçıq vulkanlarının morfometrik parametrləri öyrənilib, ətraf ərazilərin landşaftlarına təsiri müəyyən olunub:

"Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılıb. Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qurumlara mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, yaşayış evləri vulkanlara yaxınlaşmaqda davam edir".

Azərbayan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Təqribən 340-dan çox vulkan Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yerləşir.

"Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm tərəfdaşıdır”

"Azərbaycan” qəzetində isə "Bir ildə 6 görüş” sərlövhəli yazı dərc edilib. Yazı Azərbaycan-Rusiya münasibətlərinə həsr edilib.



Müəllif yazıb ki, Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır:

"Mübaliğəsiz demək olar ki, Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir. İki ölkə ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiyanın subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf yolundadır”.

Müəllif xatırladıb ki, bu il Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər. Yazıda bu faktin özü iki ölkə arasında münasibətlərin inkişafı kimi dəyərləndirilir:

"Bu səfər və görüşlər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib. Beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Ən əsası, səfərlərin hər biri münasibətlərin strateji, dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib”.


​Yazıda vurğulanır ki, Azərbaycan Rusiya ilə çoxçaxəli əməkdşalıq etsə də ən böyük gözləntisi Dağlıq Qarabağ probleminin ədalətli həllinə yardım göstərilməsidir:

"Ona görə iki ölkənin rəhbərliyi arasında Dağlıq Qarabağ mövzusunda aparılan danışıqların məzmunu Azərbaycan ictimaiyyətində maraqla izlənilir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı qeyd etdiyi kimi, müzakirə edilən məsələlər arasında ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır”.

Müəllif daha sonra da yazıb ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ