SON DƏQİQƏ

Cavid Qurbanov şair-yazıçıya ev bağışlamayıb – RƏSMİ

Tarix:12-04-2018, 22:50

on günlər bəzi elektron KİV-lərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun şair-yazıçı Kəramət Böyükçölə ev bağışlaması haqqında həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır.

 

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən  verilən məlumata görə, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir.

 

Qeyd edək ki, dəmir yolunda uzun illərdir məsuliyyətli və gərgin əməyə qatlaşan yüzlərlə dəmiryolçu mənzil növbəsində dayanıb.

 

Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunana qədər dəmiryolçulara mənzil verilməsi dayandırılıb. İndi yenidən bu məsələyə xüsusi diqqət ayrılması görünür kimlərisə narahat edir.

 

Qeyd olunub ki, bir müddət bundan əvvəl də KİV-lərdə bu tipli dezinformasiyalar dövriyyəyə buraxılıb. O zaman Cavid Qurbanov bildirmişdi ki, qələm adamlarına mənzil verilməsi kimi humanist məsələ ancaq ölkə başçısının səlahiyyətindədir.

"Mənim xidməti vəzifəmin sosial istiqamətinə ancaq dəmiryolçuların mənzil probleminin həlli daxildir”-deyə C.Qurbanov söyləmişdi.

Qurum bəyan edib ki, Kəramət Böyükçölün ümumiyyətlə dəmir yolu nəqliyyatına heç bir aidiyyatı yoxdur, Azərbaycan dəmir yolunda bu adda şəxs heç vaxt çalışmayıb və mənzil növbəsində dayanmayıb.

 

"Elə bu məntiqlə demək olar ki, dəmir yolundan ona mənzil verilməsi haqqında yazılanlar absurddur.

 

Son olaraq bildiririk ki, KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyil”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ