SON DƏQİQƏ

“Təhsil Nazirliyini izləyənlərin sayı rekord həddə çatıb”

Tarix:14-12-2018, 14:08

"Təhsil Nazirliyi sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir. Nazirliyə sosial şəbəkə vasitəsi ilə müraciət edənlər operativ cavablandılır".

Bunu Dövlət Pedaqoji Universitetində (ADPU) "Media və təhsil dialoqu” mövzusunda keçirilən konfransda Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Təhsil Nazirliyini sosial şəbəkədə izləyənlərin sayı rekord həddə çatıb.

"Belə ki, nazirliyin rəsmi "Facebook" səhifəsini izləyənlərin sayı 100 minə çatır. Səhifədə nazirliyin təşkil etdiyi bütün tədbirlər, nazirliyə məxsus məlumatlar operativ paylaşılır. Bununla yanaşı nazirliyin rəsmi "youtube" kanalı da fəaliyyət göstərir ki, həmin kanal vasitəsiləilə izləyicilərə videoreportajlar təqdim edilir.  Hazırda "Youtube" kanalıni da izləyənlərin sayı artmaqda davam edir. Bütün bunlar sosial şəbəkədə izləyənləri əlçatan edir”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ