SON DƏQİQƏ

Kəndin ən ucqar zirvəsində qazilərimizlə görüş keçirilib.

Tarix:23-06-2021, 13:15


 Qubada 26 iyun silahli qüvvələr günü qeyd edildi.

Qubada qazilərimizlə görüş keçirilib.Görüş rayonun ən qədim yaşayış masivvlərindən birində,kəndin ən ucqar zirvəsində baş tutub.

Silahlı Qüvvələrinin yaranmasının 103 illiyi münasibətilə Qubada qazilərimizlə görüş keçirlib.Əvvəlcə qazilər rayonun ən qədim yaşayış məntəqələrindən biri hesab edilən Susay kəndindəki 1918-ci ildə Azərbaycanda dövlətçiliyin qurulması uğrunda gedən döyüşlərdə şəhid olan türk əsgərinin məzarını ziyarət ediblər.Qəbir üzərinə tər çiçəklər düzən qazilərimiz şəhidlərimizə Allahdan rəhmət diləyib,onların heç vaxt undulmayacağını,iki qardaş ölkənin dostluğunun və qardaşlığının əbədi olduğunu bildiriblər.
Daha sonara Silahlı Qüvvələr gününü ilə bağlı kəndin  ən ucqar zirvəsində tədbir keçirilib.Şəhidlərimizin xatirsi bir dəqiqilik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sayəsində 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində mənfur düşmənin darmadağın edilərək uzun illər işğal altında qalan torpaqlarımızın azad olunduğunu bir daha diqqətə çatdırıblar.Vətən uğrunda canları bahasına döyüşmüş qazilərimiz şəhid ailələrinə,qazilərimizə olan dövlət qayğısını qeyd ediblər.
Tədbir respublikamızın tanınmış incəsənət ustalarının ifasında vətənpərvərlik və qələbəyə həsr edilən musigilər səsləndirilməsi ilə davam edib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ