SON DƏQİQƏ

QAYDALARI POZAN SÜRÜCÜLƏR SAXLANILDI

Tarix:13-12-2018, 00:03

   Şəki ŞRPŞ-nin  Dövlət Yol Polisi bölməsinin  və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə qaydaları pozan sürücülərə qarşı reyd keçirilib. 

 DİN  Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə , reyd zamanı məlum

olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları

olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. DYP və DANX-ın əməkdaşları

tərəfindən avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb. Ümumilikdə 25 sürücü barəsində inzibati tədbirlər görülüb.

 

Mahir Məsimov

DİN Mətbuat Xidmətinin əməkdaşı

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ