SON DƏQİQƏ

Quba polis rəisi Bakıda vəzifəyə təyin edildi

Tarix:26-12-2020, 15:02

Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov yeni vəzifəyə təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Nemətov vəzifəsindən azad edilərək Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, ötən ay Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  məlumatı təsdiqləyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ