SON DƏQİQƏ

Araşdırma: xərçəng şişini bir neçə il əvvəldən proqnozlaşdırmaq mümkün olacaq

Tarix:7-02-2020, 00:06

Xərçənglə bağlı təxminən 10 il davam edən bir araşdırma bu xəstəliyin erkən diaqnozu və müalicəsində dönüş nöqtəsi ola bilər - araşdırmanın nəticələrini analiz edən mütəxəssislər belə deyirlər.

Araşdırma müəllifləri bu qənaətə gəliblər ki, yetkin yaşlarda üzə çıxan bəzi xərçəng növlərini DNT analizi vasitəsilə hələ kiçik yaşlardan təsbit etmək mümkündür.

Xəstəliyin simptomları üzə çıxmadan təsbit edilə biləcək xərçəng növləri arasında yumurtalıq və beyin xərçəngi də var.

37 ölkədən 1300 mütəxəssisin iştirak etdiyi araşdırmada 99%-i, adətən, qaranlıqda olan xərçəng hüceyrələrinin yaranma prosesini öyrənmək nəzərdə tutulmuşdu.

Francis Crick İnstitunun əməkdaşı doktor Peter Van Loo 30-dan çox xərçəng növündə hansı genetik dəyişikliyin nə vaxt başladığını artıq bildiklərini deyir.

"Nature" turnalında dərc olunmuş araşdırmada xərçəngin 38 növündəki 2658 şişin genetik kodu analiz edilib.

Xəstənin şiş olan DNT-ləriylə sağlam hüceyrələri müqayisə edilib.

DNT-nin zədələnməsi hüceyrələrin böyüməsi və çoxalması prosesində baş verir. Ancaq bunların çoxu xərçəngə çevrilmir.

Xərçəngə çevrilən bəzi zədə növləri müəyyən edilib

Alimlər xərçəng yaradan "sürücü mutasiyasının" bəzi zədə növlərini müəyyən edə biliblər.

Onlar aşkar ediblər ki, ilkin mərhələdə mutasiyaların yarısında 9 eyni gen olur.

Bu hüceyrələrdəki zədələrin təkrarlanma qəliblərindən istifadə edərək hesablama aparmaq mümkün olub.

"Bəzi xərçəng növlərində genetik mutasiyaların ilkin mərhələdəki qrafikini müəyyənləşdirə bildik", - doktor Peter Van Loo belə deyir.

Van Loo bu nümunələrin analizi vasitəsilə xərçəng əlamətlərini aşkar edə biləcək testlər hazırlamağın mümkün olacağını bildirir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ