SON DƏQİQƏ

Real həyatdakı casuslar. 6 casusla müsahibə

Tarix:30-10-2018, 22:59

Britaniyalı casus olmaq necə bir hissdir? Bu həqiqətənmi qəşəng avtomobil, ekzotik ölkələrdə məxfi əməliyyatlar və araq-martinidir, hansı ki qarışdırmaq deyil, çalxalamaq lazımdır?

Böyük Britaniyanın 3 məxfi xidmətinin - Mi-5 (Təhlükəsizlik Xidməti), Mİ-6 (Xarici Kəşfiyyat Xidməti), GCHQ-nin (Hökumət əlaqələri mərkəzi) 6 casusu öz işləri barədə BBC-yə danışaraq xüsusi xidmət haqqında bəzi stereotipləri və qərarları şərh ediblər.

Təbii ki, 6 nəfərin hamısının adı dəyişdirilib.

1.Mİ-6-da işləmək James Bond-un macəralarına bənzəyir

Xeyr. Yəni, ümumiyyətlə yox. Hətta, yaxın belə deyil.

"Lakin biz tez-tez belə stereotiplərlə qarşılaşırıq", - artıq 10 ildir ki, Mİ-6-da kadrların seçimi və təlimiylə məşğul olan Kate deyir.

"Düzünü desəm, həyatı cazibadarlıqla dolu olan bizlərin James Bond-la müqayisə xoşumuza gəlir. Lakin çox təəssüf ki, bizim hamımız Aston Martin idarə etmirik. Bizə tez-tez avtobusda və ya metroda rast gəlmək olar", - deyə o etiraf edir.

Ceyms Bond, MI6, kəşfiyyatçıFotonun müəllifiCOLUMBİA PİCTURES
Image captionİngilis casusunun həyatının Agent-007 macəralarına bənzədiyi həqiqətdirmi?

Xaricdə işləmək də daxil olmaqla 15 il Mİ-16-da işləyən John deyir:

"Bütün bu stereotiplər - qolumuzun altında tapança var, əlimizdə bir qədəh martini var, bunlar hamısı yalandır. Lakin bəzi şeylər haqda Bond filmləri yalan demir. Bizim öz Q-miz (Agent-007 filmlərinin personajı, tədqiqat və texnologiya departamentinin başcısı) var. Q real həyatda da mövcuddur!"

"Bizi lazımı yeni qurğularla təchiz edən həqiqətən gözəl mühəndislərimiz var. Lakin bizim oğlanlar Bond-un oğlanlarından daha yaxşıdırlar", deyə John bizi əmin edir.

2. Casus işinə qəbul olunmaq inanılmaz çətindir

Həm hə, həm də yox.

Mİ-5 də 15 il iş təcrübəsi olan və kadrların işə qəbulu ilə məşğul olan Joe deyir ki, namizədlərin yoxlanılması adətən 6 aydan 9 aya qədər müddəti əhatə edir.

"Prosses uzun və darıxdırıcıdır, lakin bizim yoxlama üzrə mütəxəssis komandamız var, hansı ki bizim həyatımızı əhəmiyyətli dərəcədə asanlaşdırır", - o deyir.

Amisha Mİ-5-də təhlilçi işinə iki il əvvəl qəbul olunub.

"Bu prossesdə hətta hardasa müalicə effekti var", - deyə o, namizədlərlə müsahibədən danışır. Müsahibə 3 saatdan 8 saata qədər davam edir və yoxlama mütəxəssisi ilə təkbətək aparılır.

3. Siz yalnız cəmiyyətin yüksək təbəqəsini təmsil etsəniz, Oxford və ya Cambridge məzunu olsanız sizi işə götürərlər

Bu tam belə deyil.

Bu məqalənin 6 qəhrəmanından bəzisi həqiqətən Oxford və ya Cambridge məzunudur. Belə ki, onların adları uydurma olduğuna görə, onlardan hansındasa aristokrat kökü olub-olmadığı məlum deyil.

Lakin, Dia-nın əmin etdiyinə görə, bu iş yalnız belələri üçün deyil.

"Bu, geniş yayılmış səhv fikirlərdən biridir", - o, deyir.

"Mən nə Oxford-da, nə də Cambridge-də təhsil almışam. Bizdə adi məktəbləri bitirən insanlar var, bəzilərinin ümumiyyətlə ali təhsili yoxdur. Lakin bu o demək deyil ki, onlar bizim işimizə yaramayacaqlar", deyə Dia iddia edir.

John onunla razıdır.

"15 il əvvəl hər kəs hesab edirdi ki, məxfi xidmətin əməkdaşları cəmiyyətin yüksək təbəqəsinin nümayəndələri, nüfuzlu təhsil müəssisəsini bitirmiş ağdərili kişilərdir. Lakin hətta o zaman bu stereotiplər həqiqətə uyğun deyildi. İndi isə hər şey yaxşılığa doğru dəyişməkdə davam edir", - o deyir.

"Bu, mənə ümumiyyətlə uyğun gəlmir. Mən adi dövlət məktəbini bitirmişəm" - John əlavə edir.

mənzil-qərargahı, kəşfiyyatçıFotonun müəllifiGCHQ
Image captionHökümət Əlaqələri Mərkəzinin(GCHQ) mənzil-qərargahı

Bu 3 məxfi xidmət xüsusilə parlamentin bu il dərc edilən hesabatından sonra əməkdaşlarını müxtəlif sosial və etnik qruplardan seçməyə səy göstərir. Hesabatda onların kadr siyasəti tənqid edilmişdi. Joe-nin sözlərinə görə, burada irəliləyiş var, lakin çox şey etmək lazımdır.

4. Əgər bir dəfə də olsa narkotikdən istifadə etmisinizsə, sizə məxfi xidmətə gedən yol bağlıdır

Bu mütləq belə deyil.

"Hər dəfə qərar fərdi olaraq qəbul edilir", - Joe deyir.

"Deyək ki, siz 16 yaşında olarkən narkotikdən istifadə etmisiniz. Bu, avtomatik olaraq sizin xüsusi xidmət işinə qəbul edilməyəcəyiniz demək deyil. Lakin təbii ki, namizəd narkotik qəbul etməməlidir", - o deyir.

BBC-nin 6 həmsöhbətinin hamısı işə qəbul zamanı narkotikdən analiz verib. Adətən analiz üçün namizədin saçından nümunə götürülür.

Lilly GCHQ-dən olan mühəndis-tədqiqatçıdır. 7 il iş təcrübəsi olan Lilly deyir ki, bəzən belə testlər gözlənilməz vəziyyətlərə gətirib çıxarır.

"Bu proseduradan sonra mən bərbərxanaya getdim. Mənim ustam danışmağı xoşlayır, burda isə o, birdən dəhşətə gəlir. Və mən ona: "A! Keçəl qırxılmış yerlər var? Narahat olma bu, sənin əl işin deyil!"

5. Heç kimə harada işlədiyini demək olmaz

Olar. Lakin bunu kimə deyəcəyiniz barədə yaxşı düşünməlisiniz.

"Mİ-5 əməkdaşları üçün ümumi tövsiyə: siz ailənizə və yaxın dostunuza danışa bilərsiniz", - deyə Joe danışır.

Joe müsabiqədən əvvəl ailəsinə Mİ-6-ya işə qəbul olmaq istəyini necə danışdığını xatırlayır.

"Mənim atam dərhal öz kabinetinə getdi və John Le Carre-nin tam yazılar toplusunu gətirdi və dedi: müsabiqədən əvvəl bunları oxu", - Joe danışır.

"Açığını deyim ki, məsləhət bu qədərdi. Həyat yoldaşıma işim barədə danışdım. O zaman bizim münasibətlərimiz 6 ay idi ki, davam edirdi. Söhbətimiz maraqlı alındı. Lakin biz bu günə qədər bir yerdəyik", - o, deyir.

Əməkdaşların əksəriyyəti dövlət işində işlədiklərini deməyə üstünlük verirlər və ya birbaşa cavabdan sadəcə yayınırlar.

Ceyms Bond filminin plakatı, MI6, kəşfiyyatçıFotonun müəllifiANDREW MATTHEWS
Image captionBondiana kəşfiyyat xidmətinin işi barədə əsassız kütləvi stereotiplərin yaranmasına gətirib çıxarıb

Joe-nun sözlərinə görə, bəzi namizədlər Mİ-5-də iş müsabiqəsinə gələcək xidmət barədə kifayət qədər qəribə təsəvvürlə gəlirlər.

"Bəzən məndən soruşurdular: işə öz paltarında gəlmək olar, yoxsa maskalanmaq lazımdır? Və mənim sevdiyim sualı namizədlərdən biri verdi: sizdə işləmək üçün mən sevdiyim qızdan ayrılmalıyam? Çünki lazımdırsa, mən ondan ayrılaram!" - o danışır.

6. Casuslar özlərini casus adlandırmırlar

Əslində isə adlandırırlar.

Lakin az hallarda.

"Biz işimiz barədə xüsusi məlumat yaymırıq, bu, bizim leksikonumuzda tez-tez rast gəlinən söz deyil. Belə olsaydı bu, qəribə olardı",- Joe deyir.

John isə əksinə, "casus" sözünü bəyəndiyini söyləyir.

"Mən özümü casus hesab edirəm. Casusluq - bizim məşğul olduğumuz işdir. Biz bunu yaxşı məqsədlər üçün edirik. Ona görə də özümü casus hesab etməkdə bir problem görmürəm", - John deyir.

John-la bir yerdə işləyən Kate onunla razıdır: "Biz məxfi məlumatlarla işləyirik, ona görə də ad müvafiqdir".

7. Bu çox ciddi işdir, burda əyləncəyə yer yoxdur

Bu, sizin nəyi əyləncə hesab etməyinizdən asılıdır. John danışır ki, hər il Mİ-6 əməkdaşları üçün hansısa əyləncəli tədbir təşkil edir.

"Bizdə rəqabət ruhunu yaradan bir neçə şey var. Məsələn, biz kulinariya yarışması təşkil edirik", - John deyir.

GCHQ-də 10 il işləyən Dia razılaşır: "Bizdə də əməkdaşlar arasında kulinariya müsabiqələri keçirilir və bu əyləncəlidir".

8. İşdə olarkən siz dünyadan təcrid olursunuz

Bəli və Xeyr.

Mİ-5-ə daxil olan zaman mobil telefonları kənara qoymaq lazımdır, bu doğrudur. Lakin bu, o demək deyil ki, əməkdaşlar tamamilə dünyadan təcrid olunublar. Xüsusilə, əgər onların uşaqları varsa.

"Xüsusi texnologiya var ki, lazım olan təqdirdə məktəbin bizimlə əlaqə saxlamasına imkan yaradır ", - övlad sahibi olan Lilly deyir.

Ana olan Joe əlavə edir: "Elə bir vəziyyət olmayıb ki, uşaqlarımızın müəllimi bizimlə əlaqə saxlaya bilməsin. Düşünmürəm ki, uşağımla əlaqəni məhdudlaşdıran bir işdə işləyə bilərdim. O ki, qaldı mobil telefonların istifadəsində qoyulan məhdudiyyətə, bəzən onlardan istirahət etmək faydalıdır".

9. Casuslar casus filmlərini sevmirlər

Bizim həmsöhbətlərimiz üçün bu, doğru deyil.

Onların hamısı BBC-nin "Mühafizəçi" serialına baxıblar.

BBC, serial, casuslarFotonun müəllifiSİD GENTLE FİLMS
Image captionAmisha-nın BBC-nin "Yevanı öldürərək" casus serialı xoşuna gəlib

"Mənim çox xoşuma gəlib. Əla filmdir. Burada söhbət az tanınan təşkilatdan gedir. Təbii ki, bu, maraqlıdır. O ki, qaldı qeyri-dəqiqliklərə, əlbəttə ki, var. Mən isə bu barədə danışa bilmərəm", - Kate deyir.

BBC-nin daha bir məhşur serialı "Yevanı öldürməklə"-dir. Serial Mi-5 və Mİ-6-da işləyən casuslardan bəhs edir.

"Mən böyük zövq aldım. Aktyorların ifası gözəldir! Amma bəzən "Axı bu doğru deyil!" deyə qışqırmaq və televizoru sındırmaq istəyirdim", - Amisha deyir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ