SON DƏQİQƏ

İqtisadçı:Neftin qiyməti 3 dəfə artsa da,maaşlarda bu qədər artım yoxdur

Tarix:8-10-2018, 11:18

Son aylar neftin qiyməti bahalaşmaqda davam edib. Hətta bu həftə

"Neftin qiymətinin son 4 ildə ən yüksək həddə çatdığı açıqlanıb.Hazırda neftin bir bareli 85 dollardan yuxarıdır. Halbuki, 2016-cı ilin əvvəlində neftin bir bareli 30 dollardan belə aşağı düşmüşdü.

Deputat Vahid Əhmədov AzadliqRadiosuna deyib ki, neftin dünya bazarında bahalaşması əsasən siyasi amillərlə bağlıdır.

Vahid Əhmədov Azərbaycan hökumətinin bu istiqamətdəki siyasətinin düzgün olduğunu qeyd edib:

"Hökumət manatı qoruyur, bu yöndə ciddi problem yoxdur. İdxal-ixrac əməliyyatlarında, pul kütləsində də vəziyyət normaldır. Neftin indiki bazar qiymətləri Azərbaycan üçün çox yaxşıdır, çünki əlavə gəlirlər gəlir”.

"Ola bilər qiymət hələ müəyyən qədər yüksəlsin”

Vahid Əhmədov
Vahid Əhmədov

Buna da bax:Deputatlar problemli kreditlərə görə prezidentə üz tutublar

Amma deputat başqa məsələlərin unudulmamasını və xüsusən qeyri-neft sektoruna ciddi diqqət yetirilməsini gərəkli sayır:

"Çünki neftin qiyməti daim belə qala bilməz. Ola bilər qiymət hələ müəyyən qədər yüksəlsin. Ancaq bir sıra məsələlər həll olunandan sonra qiymətin enməsi labüddür”.

Başqa bir iqtisadçı Nemət Əliyev də hesab edir ki, hökumət normalda neftin qiymətlərinin artmasından istifadə etməli və vəsaitləri qeyri-neft sektorunun inkişafına istiqamətləndirməlidir:

"Milyardlarla manat maliyyə korrupsiya meyilli infrastruktur layihələrə yönəlidi”

" Hökumət elə bir xətt götürməlidir ki, qeyri-neft sektorunda çalışan əmək qabiliyyətli əksər insanların həyat səviyyəsi yüksəlsin. Çox təəssüflər ki, hökumət əvvəlki illərdə neftin gətirdiyi üstünlüklərdən istifadə edə bilmədi. Milyardlarla manat maliyyə korrupsiya meyilli infrastruktur layihələrə yönəlidi. Nəticədə, vəsaitlər təyinatından yayındırılıb xüsusi şəxsi maraqların təmin olunmasına istiqamətləndirildi. Bir müddət sonra ictimaiyyət infrastruktur sahəsində həyata keçirilmiş işlərin böyük fəsadlar verdiyinin şahidi oldu. Yol, keçid, körpü infrastrukturuna baxın, nəzərdə tutulan müddətlər başa çatmadan çatlar, dağıntılar ortaya çıxdı. Yaxud kanalizasiya xətlərinə milyonlar xərclənib, amma yağış yağanda paytaxtın əksər hissəsi suyun altında qalır”

Nemət Əliyevin sözlərinə görə, hökumət yenə də neftin qiymətinin artmasından düzgün nəticələr çıxartmır:
" Qiymətlərin artması insanların həyatında ifadə olunmur. Məsələn, neftin qiyməti 3 dəfəyə yaxın artsa da, əhalinin maaşlarında bu qədər artım yoxdur. Yaxud yeni iş yerlərinin artmasında özünü ifadə etmir, yoxsulluq və işsizlik səviyyəsi dəyişməz olaraq qalır. Əgər, hökumət maliyyə vəsaitlərindən düzgün istifadə etməsə, korrupsiyanın, monopoliyanın qarşısının alınması yönündə təsirli tədbirlər görməsə, əhalinin yaşayış səviyyəsi pisləşməkdə davam edəcək. Çox təəssüf ki, yanlışlıqlardan düzgün nəticə çıxartmaq təəssüratı görünmür”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ