SON DƏQİQƏ

Miflərin ifşası: yemək və seks, civzə və tənhalıq

Tarix:8-01-2019, 14:38

Biz miflərin ifşa edilməsi və bütün mümkün siyahıları internetdə oxumağı çox sevirik.

Lakin ötən il heç vaxt olmadığı qədər ifşaya qarşı səxavətli idi və bir qayda olaraq da bunu edirdi... Bəli, siz düzgün təxmin etdiniz, siyahılarla.

Yeni il ərəfəsində 10 ən məhşur miflərin ifşası barədə hazırladığımız siyahı:

Psixi cəhətdən xəstə insanlar barədə faktlar və fantaziyalar

На афише - Джек Торренс, сыгранный Джеком НиколсономFotonun müəllifiDAVID GANNON/AFP/GETTY IMAGES

Hər dəfə bir insan dinc əhali arasında - məktəbdə və ya univermaqda, küçədə və ya ofisdə atəş açaraq çoxlu adam öldürəndə bizim, demək olar ki, ilk instinktiv reaksiyamız belə olur: "O, sadəcə dəlidir!"

Ən dəhşətli hərəkətləri ciddi psixi pozuntuyla izah etməkdən asan nə ola bilər?

Və hətta ürəyimizdə bir sakitlik olur, xəstə adamdır, ondan nə gözləmək olar, deyirik.

Bu stereotip belə yaranır və dəstəklənir: psixi cəhətdən xəstə insanlar təcavüzkardır və zorakılığa meyllidirlər. Bəs, əslində bu belədirmi? Biz faktları öz fantaziyalarımızdan ayıra bilirikmi?

BBC Future-nin müxbiri Rachel Nuwer konkret nümunələrlə, psixi pozğunluqla zorakılıq halları arasında əlaqəni araşdırmaq qərarına gəlib.

Məktəblərdə, univermaqlarda, küçədə və ya ofislərdə atəş açanlar xəstədirlərmi?

Məsələn, 2004-cü ildə Şimali Amerikada kütləvi qətllər törədən 60 nəfər üzərində araşdırma aparılıb. Necə fikirləşirsiniz, onlardan neçə faizi cinayəti törədən zaman psixi vəziyyətdə olub?

"Özü günahkardır! Niyə susurdu?"

Женщина, защищающаяся от насилияFotonun müəllifiGETTY IMAGES

2018-ci ildə çox nadir hallarda həftə çoxdan baş vermiş seksual təcavüzlər barədə məlumatlar olmadan ötüşüb.

Və bütün bu məlumatlar daima sosial şəbəkələrdə şərhlərlə müşayiət olunub: Bəs onlar (qurbanlar) niyə uzun müddət bu barədə susublar?

Seksual zorakılıq barədə stereotip təsəvvürlər ya onun qurbanlarını pisləyir, ya da bu cür baxışlara rəhbərlik edənləri, yəni hadisələri qiymətləndirənləri - polisi, hakimləri və KİV-ləri çaşdırırlar.

Ən geniş yayılmış 5 yanlış fikirlər:

  • Seksual zəmində hücumların əksəriyyəti tanış olmayan insanlar tərəfindən həyata keçirilir;
  • Əgər həqiqətən başına bu hadisə gəlibsə, sən dərhal polisə şikayət edirsən;
  • Seksual zəmində baş verən cinayət barədə dərhal məlumat verilsə, istintaq orqanlarına işi araşdırmaq və ittiham irəli sürmək daha asan olacaq;
  • Əgər sən həqiqətən istəməsəydin, müqavimət göstərərdin;
  • Psixikaya ziyan vuran təcrübə yaddaşı təhrif edə bilər - ola bilər ki, siz əslində baş verməyən hadisəni xatırlaya bilərsiniz.

Bu miflər hardan gəlir və onlara qarşı nə dayana bilər?

Ətraflı burda oxuyun:

Cinsi zorakılıqla bağlı 5 mif və onların ifşası

Tənhalıq barədə bütün həqiqətlər

Одинокий человекFotonun müəllifiGETTY IMAGES

Lakin seksual zorakılığı, kütləvi qətlləri deyil, məhz tənhalığı adətən müasir insanın başlıca problemi adlandırırlar.

İddialara görə, dünyada bu, artıq epidemiya halını alıb və getdikcə daha da pisləşir.

Böyük Britaniya hökümətində hətta yeni nazir - tənhalıq məsələri üzrə nazir təyin olunub. Bizlərdən hər birimiz bəzən özümüzü tənha hiss edirik.

Tənhaliq ciddi bir şeydir, ondan çox ziyan gələ bilər.

Amma eyni zamanda tənhalığı çoxlu miflər əhatə edir. 5 ən geniş yayılmışı isə bunlardır:

  • Tənhalıq - cəmiyyətdən təcrid olunmaqdır;
  • Hazırda dünyada tənhalıq epidemiyası yayılıb;
  • Tənhalıq - bu həmişə pisdir;
  • Tənhalıq sağlamlıqla bağlı problemlərə səbəb olur;
  • Yaşlı insanların əksəriyyəti tənhalıqdan əziyyət çəkir.

İndi isə BBC Future-nin icmalçısı Claudia Hammond-la bərabər mifləri ifşa etməyə başlayırıq:

Tənhalıq barədə beş mif: həqiqətənmi vəziyyət bu qədər pisdir?

Bütün bunlar genlərdir. Biz nəyi dəyişə bilərik?

Девочка выполняет задание в школеFotonun müəllifiGETTY IMAGES

Amma bax, bu nəinki mifin ifşasıdır, hətta acı həqiqətdir (kimin üçünsə).

Biz bütün bunları məktəb vaxtlarından çox gözəl xatırlayırıq. Uşaqlar müxtəlif cürə oxuyurlar.

Buna nələr təsir göstərir? İnkişaf etdirilməsi mümkün olan müxtəlif intellekt bacarıqları və ya başqa şeylər?

Görünən odur ki, məktəb dərsliklərinin öyrənilməsində uğurun sabitliyini ilk növbədə daha çox (və ya az) konkret bir uşağın əqli bacarıqlarının inkişafı ilə izah etmək daha məntiqlidir.

Lakin son vaxtlar tədqiqatçılar təhsildə uğurun - ibtidai sinifdə, orta məktəbin məzuniyyət imtahanlarında və hətta ayrı-ayrı fənlərin öyrənilməsinin üçdə ikisinin genlərdən asılı olduğunu aşkar ediblər.

Alimlərin sözlərinə görə, təhsildə uğur sabitliyinin 70 faizi demək olar ki, genetik amillərlə, cəmi 25 faizi isə ətraf mühiti əhatə edən xarici amillərlə, məsələn, bir ailədə tərbiyə almaq və bir məktəbdə oxumaq kimi amillərlə izah olunur.

Qalan 5 faiz isə digər daha aydın amillərlə, məsələn, dostların və ya müəllimlərin təsiriylə izah edilir.

Genlərdə bəxti gətirməyənlərin nikbin olmaları üçün səbəbləri varmı?

Bəli, var. Məsələn, anadangəlmə olan risklərin genetik qiymətləndirilməsi uşağın gələcəkdə təhsildəki problemlərinin aradan qaldırılmasında böyük əhəmiyyət daşıyır.

Bu problemləri mümkün qədər erkən müəyyən etmək lazımdır, çünki böyük ehtimalla məktəbdə keçən illər ərzində bu problemlər mövcud olacaqdır.

Məsələn, uşaq doğulan zaman biz DNT testləri vasitəsiylə oxumaq problemi olan uşaqları aşkar edərək onlara inkişaf mərhələsinin daha erkən vaxtarında kömək edə bilərik.

Biz uşaqlar kimi, hətta daha yaxşı oxuya bilərik

Девушка на фоне Тауэр-бриджFotonun müəllifiGETTY IMAGES

Təhsil mövzusuyla bağlı daha bir ifşa. Belə bir fikir var ki, xarici dili uşaqlar böyüklərə nisbətən daha asan öyrənirlər.

Lakin bu hec də belə deyil. Bundan başqa, böyük yaşda dil öyrənən insanlar daha çox üstünlüyə malikdirlər.

Bəli, körpələr eşitdikləri yad sözləri daha yaxşı mənimsəyirlər və yeni səslərin xüsusiyyətlərini ayıra bilirlər.

Məktəb yaşına qədər olan uşaqlar düzgün tələffüzü və düzgün intonasiyanı sürətlə mənimsəyirlər.

Amma böyüklər üçün də dil öyrənmək gec deyil.

Həyat təcrübəsi (hadisələr, qəbul edilmiş tədris üsulları, hətta sevgi və dostluq) bizə, böyüklərə uşaqlarla müqayisədə çoxlu üstünlüklər təqdim edir.

Bu üstünlüklərdən necə istifadə etmək olar? Burdan oxumaq olar: Xarici dili ən yaxşı hansı yaşda öyrənmək olar?

İki qatı "quldur" - Duz və şəkər

Череп из сахараFotonun müəllifiİSTOCK

İndi isə ən məhsuldar mif sahəsinə keçək- qidamıza. Və burda ən qorxulu obrazlar iki "qanlı quldur" - sağlamlığımıza ziyan vurmağa yönəlmiş, "ümumdünya cinayət şəbəkəsi yaradan qatı mafiyaçılar" duz və şəkərdir.

Bu ikili barədə o qədər pis sözlər deyilib ki, burada yalnız bir nəticə var. Heç vaxt onlardan isitfadə etməyin. Yeməklərə duz və şəkər qatmayın.

Amma bəlkə bu "quldurlara" özlərini müdafiə etmək üçün bir neçə söz demək haqqı verək?

Həqiqətənmi bizim onlar haqqında fikirləşdiyimiz pis şeylər doğrudur?

Və sonuncu elmi tədqiqatlar nə deyir? Elmi tədqiqatlar isə çox maraqlı və qeyri-adi məlumatlar təqdim edir:

Əgər sizdə civzə varsa, özünüzə aclıqla əzab verməyin

Девушка и пиццаFotonun müəllifiGETTY IMAGES

Anjali Mahto Londonda məhşur dermatoloqdur. O, qidalar barədə, bizim bu və ya digər ərzaqlardan necə qorxduğumuz barədə çox şey bilir.

"Qadınların əksəriyyəti özlərinə qidayla elə məhdudiyyətlər qoyurlar ki, burdan mənə bir şey aydın olur: bu, qeyri-sağlam asılılığa çevrilmişdir",- o yazır.

"Bəs dostlarla nahara getməmək üçün daima üzrlü səbəb axtarışlarını başqa necə adlandırmaq olar? Ananın doğum gününə hazırladığı piroqdan kiçik bir pay yeməkdən imtinanı necə adlandırmaq olar?

Əgər yaxınlıqda "təmiz", "icazəli" qidaların hazırlandığı kafe yoxdursa, yeməkdən qətiyyətlə imtinanı necə adlandırmaq olar?"

Amma hər şey civzələrə və sızanaqlara görədir. Hər şey onunla mübarizəyə yönəlib, müxtəlif vasitələrə böyük pullar xərclənib, bütün mümkün pəhrizlər sınaqdan keçirilib.

Yemək rasionundan süd, qlüten tərkibli və şəkər məhsulları çıxarılır. Hamısı üzdə yaranan bu dəhşətli qara nöqtələrdən xilas olmaq üçündür.

"Lakin qidada məhdudiyyətlər bizim üçün azdır. Fikrimizcə, düzgün qidalanmayanları da utandırmağa hazırıq", - deyə Anjali Mahti qeyd edib.

Gözləmələr, ehtimallar və uzun həyat

Древние римляне (статуи)Fotonun müəllifiскачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ