SON DƏQİQƏ

Rusiyada Azərbaycanın Qodu

Tarix:22-12-2020, 14:15



  •  
  •  
  •  

Qod Nisanovun dostluq etməyi və ticarəti bacaran adamın portreti.

"Проект." araşdırması

Dağlıq Qarabağ uğrunda müharibənin qızğın çağında Rusiya öz hərbi müttəfiqinə, Ermənistana kömək etmədi. Milyarder Qod Nisanovun, onun Rusiya və Azərbaycan rəhbərləri ilə əlaqələrinin tarixçəsi bu cür qərarın səbəblərini aydınlığa çıxara bilər. Bu əlaqələr o qədər sıxdır ki, münaqişənin qızğın vaxtında Rusiya kəşfiyyatının başçısı Sergey Narışkin Azərbaycanın Baş nazirinin müavinin ailə ilə üzvlərinin kompaniyasıda Nisanovun şəxsi hovuzunda üzürdü.

Rusiyanın görkəmli məmuru və hələ Leninqrad DTK-da Vladimir Putinin həmkarı Sergey Narışkin çoxdan üzgüçülüyə həvəs göstərir. Artıq Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru olan Narışkin, demək olar ki, hər gün eyni yerə – "Ukrayna” mehmanxanasının dəbdəbəli 50 metrlik hovuzuna üzməyə gedirdi. Bu mehmanxana "rəhbər”in ölümündən sonra tikilmiş son "stalinka”da yerləşirdi. O üzməyə səhər tezdən, otelin qonaqları hələ yatanda gedirdi, odur ki, hovuzda az adam olurdu. Narışkin suda bir neçə yüz metr üzəndən sonra elə ordakı restoranda səhər yeməyini yeyir və öz casus işlərinə gedirdi. Hərçənd koronavirus epidemiyası başlayandan "Ukrayna”ya getməyi tərgitməli oldu. Bundan belə artıq tamamilə xəlvət hovuz axtarmaq lazım idi. Rusiyanın ən gizli qurumunun başçısına bu işdə yaxın dostu və "Ukrayna”nın sahibi Qod Nisanov yardımçı oldu.

Dostluq üzrə çempion

Qod Nisanovun biznes nailiyyətləri barədə məqalələrdə, adətən, – o, "Forbes”in versiyasına görə, artıq uzun illərdir ki, Rusiyanın ən uğurlu rantyesidir, var-dövləti 2,7 milyard dollar təşkil edir, – iki məqam vurğulanır. O, gənc yaşlarında Azərbaycanın Krasnaya Sloboda qəsəbəsindən, – buranın sakinləri çoxluq etibarı ilə dağ yəhudiləridir, – Moskvaya köçüb. Burda o daimi partnyoru Zarax İliyevlə məşhur "Çerkizov” bazarında ticarətlə məşğul olmağa başlayıb. Biznesmenin bioqrafiyasında köç edən ikinci hekayə Nisanovun altı dildə danışmasıdır. Hərçənd 2007-ci ildə məlum oldu ki, dağ biznesmeninin yerlisi və partnyoru var ki, bu adam onun biznesində daha çox yardımçı olub. Bu, bakılı hüquqşünas İlham Rəhimovdur.

"Diaspora” TM

Dağ yəhudiləri həmişə Moskva ticarətində çox maraqlı olub. "Çerkizov” bazarının sahibi Nisanovun yerlisi, Bakıdan gəlməsə belə, həmçinin dağ yəhudisi Telman İsmayılov olub. Qod Nisanovun çoxillik partnyoru Zarax İliyev həmçinin biznes fəaliyyətinə bu bazardan başlayıb. Qardaşlar Gennadi və Solomon Manaşirovlar Moskvada bir çox ticarət mərkəzinin – "Prajski passaj”, "Armada”, "Columbus” və digərlərinin sahibləri olub.

Dağ yəhudisi Tahir Qilalov "İzmaylovo” bazarının həmsahibi olub, Akif və Zaur Moskvada bir neçə ticarət kompleksinin sahibi idi. Məşhur"Yeliseyevski”qastronomunun sahibi Azərbaycandan gəlmiş daha bir dağ yəhudisi Yakov Yaqubov olub. O, mətbuatda "Tverskayanın sahibi” titulunu alıb. Hesab edilirdi ki, onun "ən yaxşı evlərdə” ən böyük daşınmaz əmlak siyahısı var. Bir də o, XTNS-nin (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) düz ortasında şəxsi üçmərtəbəli "saray”inşa etməsi ilə məşhurdur. Demək olar ki, onların hamısının (Nisanov və İliyevdən başqa) axırı pis qurtarıb: İsmayılov qətl ittihamı ilə çernoqoriyada gizlənir, Gennadi Manaşirov rüşvət verdiyinə görə 12 illik həbs cəzasına məhkum olunub, qardaşı Solomon beynəlxalq axtarışdadır. Tahir və Zaur Qilalovlar qətlə yetirilib.

Rəhimovun uşaqlığı Qarabağda keçib. O, 1970-ci ildə Rusiyaya gedib, Leninqrad universitetinin hüquq fakültəsinə girib və burda gələcək prezident Putinlə bərk dostlaşıb. Ailə dostu olublar: Rəhimov Putinin evinə qonaq gedib, Putinsə bir neçə dəfə onun dəvəti ilə Azərbaycana gəlib, Rəhimovun atasının evində yaşayıb. Bu dostluq indi də davam edir.

Putin və Rəhimov

Putin və Rəhimov

Mənbə: oxu.az

İlham Rəhimov Dağlıq Qarabağ problemi haqda:

"Mən Putinlə siyasətçi və dövlət başçısı kimi deyil, öz kurs yoldaşım kimi ünsiyyət qururam... Hə, biz Putinlə görüşəndə bu barədə danıırıq və mən öz mövqeyimi onun diqqətinə çatdırıram. Şübhəsiz ki, bir azərbaycanlı kimi, Qarabağ problemi mənim də ağrılı yerimdir”.

Rəhimov Azərbaycanda hüquqşünas kimi məşhurdur. Rusiyada isə tamam başqa məsələ – Rəhimovun soyadı təxminən 15% payla Nisanovun bütün əhəmiyyətli bizneslərinin təsisçi siyahısında var.

Qod Nisanovun aktivləri
Krasnaya Slobodadan olan milyarderin biznesi Moskvadakı ən iri bazarlar, ticarət mərkəzləri və mehmanxanalardır

Krasnaya Slobodadan olan milyarderin biznesi Moskvadakı ən iri bazarlar, ticarət mərkəzləri və mehmanxanalardır

Mənbə: proekt.media

"Nisanov ətrafına düzgün adamlar toplamağı bacarır, dostluq üzrə çempiondur”,- yüksək vəzifəli məmur deyir.

Nisanovun əhatəsində peyda olan ilk insanlardan biri Moskva DİN Baş idarəsinin rəhbəri Vladimir Pronindir. Onun oğlu Aleksandrı "İmperial-2000” şirkətinə işə götürüblər. Bu şirkət "Kiyev meydanı”nın tərkibinə daxildir. 2009-cu ildə ata Pronini işdən çıxardılar, Nisanovun əhatəsində isə zamanla daha ciddi fiqur peyda oldu. Nisanovun DİN-nin rəhbəri Vladimir Kolokolsevlə dostluq etdiyini "Layihə”nin iki həmsöhbəti bilir. Üstəlik Kolokolsevin oğlu Aleksandr Nisanovun yaxın qohumu Oleq Yusubovun "İl forno” restoranları üzrə partnyoru olub. Yaxın zamanlardan isə Nisanovun təhlükəsizlik xidmətində Kolokolsevin sabiq köməkçisi Nikolay Qolovkin işləyir.

Nisanov prezident Putinin sabiq keşikçisinin qardaşı Aleksey Dyumini Zaryadye parkı yaxınlığında, Varvarkada otel tikən şirkətin partnyoru edib. Artyom Dyumin həmçinin "Kiyev meydanı”nın yenidən qurduğu"Olompiyski” idman kompleksinin Direktorlar Şurasına daxildir.

2016-cı ildə "Avropalı”nın direktoru Teymur Bülbül Poladoğlu – Nisanovun dostu və musiqiçi, Azərbaycanın Rusiyada səfiri, məşhur müğənni Polad Bülbüloğlunun oğlu oldu. Nisanov həmçinin işə "Roskosmos”un rəhbəri Dmitri Roqozinin oğlunu götürdü – o, "Naqatinskaya” nəqliyyatdəyişmə qovşağının inşasına rəhbərlik edir. Bu inşaat işini həmçinin "Kiyev meydanı” aparır. Nisanovun yaxın çevrəsinə, o cümlədən Dövlət Dumasının xarrasmentdə ifşa edilmiş deputatı Leonid Sluski daxildir.

"Sizin bütün gələcək hökumətiniz Nisanovun yanında işləyir”, – iri azərbaycanlı və rusiyalı sahibkar və Nisanovun keçmiş işgüzar partnyoru İlqar Hacıyev istehza ilə deyir. O, hazırda Londonda yaşayır, belə ki Rusiyada Hacıyevə qarşı dələduzluqla bağlı cinayət işi açılıb, biznesi isə özünün dediyinə görə, Nisanovlar ailəsinə keçib. Hacıyev Nisanovun çevrəsindən ən uğurlu rusiyalı rantyenin biznesi barədə mətbuata danışmağı qərara alımış ilk adamdır.

Prezidentin əsas casusu

"Avropalı” ilk baxışda Moskvanın digər ticarət mərkəzlərindən heç nə ilə fərqlənmir. Onun inşası vaxtilə qalmaqalsız ötüşməyib – Təbiətin istifadəsi sahəsində nəzarət üzrə federal xidmətin rəhbərinin müavini Oleq Mitvol və Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin dediyinə görə, inşaatın ucbatından metro dağılır. Onlar hətta bir dəfə yoxlama ilə birgə inşaat meydançasına daxil olmağa çalışdılar. Nəticədə keçikçilər Xinşteynin barmaqlarını əzdilər. İnşaat ümumilikdə mübahisəli gedirdi – Rəhimovdan başqa,"Avropalı”nın həmsahiblərindən biri Moskva merinin dostu Yuriya Lujkova Zurab Sereteli idi. 2013-cü ildə "Kiyev meydanı” elan etdi ki, məşhur heykəltəraşın artıq payı yoxdur, əvəzində məlum oldu ki, TM-də 15 faiz paya Manana Popova – Seretelinin başçılıq etdiyi Rusiya Rəssamlıq Akademiyasının akademiki daxildir.

"Nisanovun ticarət mərkəzlərinə qarşısıalınmaz ehtirası var”, – "Layihə” ilə söhbətində hökumətin sabiq üzvü, Hacıyevin tanışı gülümsəyir. Hətta Nisanovun şəxsi ofisi ona məxsus olan biznes mərkəzlərindən, mərkəzdə yerləşən tarixi malikanələrindən birində, ya da heç olmasa "Ukrayna”da deyil – orda partnyoru İliyevin ofisi var – "Avropalı”da yerləşir.

Nisanovun kabinetinə giriş xüsusi olaraq seçilmir – bu, ticarət mərkəzinin beşinci mərtəbəsində, maşınların park yerində lövhəsi olmayan dəmir qapıdır. "Dəbdəbəli kabinetdir, heç ticarət mərkəzində olduğunu deməzsən”, – Nisanovun keçmiş işçisi söyləyir. İçəridə hətta hamamla hovuz, massaj və manikür kabinetləri var – bütün bunlar təkcə Nisanovun deyil, həm də onun dostluq etdiyi kəslərin qulluğundadır.

Hər gün üzməyə öyrəşmiş XKX-nin rəhbəri Narışkin məhz ora, Nisanovun şəxsi hovuzuna getməyə başlayıb. "Layihə”nin müxbirləri bir neçə dəfə Narışkinin hər gün eyni vaxtda Nisanovun ofisinə gəldiyini müşahidə edib. XKX-nin rəhbəri içəridə, adətən, bir saatdan artıq qalır. Sürücüsü maşını park etdikdən sonra diqqəti cəlb etməmək üçün siqnal aparatını çıxarır, narışkin qayıtdıqdan sonra isə yerinə taxır. "Layihə”nin Narışkini "Avropalı”nın beşinci mərtəbəsində müşahidə etdiyi bütün hallarda onun yanında daha bir kişi olub. Bu adam Azərbaycan səfilriyinin diplomatik nömərli BMV-də gəlib. Hadisə Azərbaycanla Ermənistan arasındakı sərhəd müharibəsinin qızğın çağında baş verib, lakin baş kəşfiyyatçının mötəbər azərbaycanlılarla bu cür yaxınlığının səbəbi çətin ki təkcə siyasət olsun. Məsələ həm də sərfəli dostluqdadır.

1/2 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri hər gün Qod Nisanovun

1/2 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri hər gün Qod Nisanovun "Avropalı”dakı ofisinə gəlir

Mənbə: proekt.media

Səfir maşınındakı adam Elman Bayramov, Qod Nisanovun yaxın çevrəsinin üzvüdür. O, konyak, portveyn və araq buraxan "Mosazer şərab zavodu”nun sahibidir. Bayramov bütün bunlardan başqa Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun ailə üzvüdür: biznesmenin qızı siyasətçinin oğluna ərə gedib.

Bayramov Narışkinlə hələ sıfırlardan, onlar Rublyovo-Uspensk şosesində bağ qonşusu olduğu zamanlardan dostluq edir. Narışkini Nisanovla məhz Bayramov tanış edib. Rusiyanın baş kəşfiyyatçısının ailəsi hovuzdan savayı, biznesmenin digər bonuslarından da yararlanır: məsələn, Nisanovun şəxsi biznes-ceti Gulfstream G 65-dən. "Layihə”nin əlində olan sənədə görə, XKX-nin rəhbərinin qızı Veronika Narışkina Bakıya Nisanovun təyyarəsində uçub. Bundan başqa, Narışkin ailəsi dəfələrlə biznesmenin cetində xizək sürməyə, məsələn, 2104-cü ilin qışında Avstiyaya uçub. Bunu deyən İlqar Hacıyev onlarla birlikdə uçduğunu de qeyd edir. Nisanov serfinq həvəskarı olan Narışkinanı, üzgüçülük üzrə idman ustasını öz şirkətinə, "Siqma investisiya qrupu”na işə götürüb – qadın dəbdə olan "Depo” fudklasterinə rəhbərlik edir. Veronika öz 30 illiyini Nisanova mənsub olan "Radisson flotiliyası”nda rəfiqəsi – Azərbaycan prezidentinin qızı Leyla Əliyeva ilə birgə keçirib.

Veronika Narışkina (mərkəzdə) və Leyla Əliyeva (sağdan ikinci)

Veronika Narışkina (mərkəzdə) və Leyla Əliyeva (sağdan ikinci)

Mənbə: instagram.com

Narışkina öz

Narışkina öz "Instagram” səhifəsində hələ açılışı olmayan "Depo”nun ilk axşam qonaqlığına biletlər təklif edib

Mənbə: instagram.com

Narışkinanı Nisanovun əhatəsi ilə daşınmaz əmlakla bağlı qəribə sövdələşmələr də bağlayır. 2011-ci ildə Veronika Narışkina Yeni Arbat rayonunda elit "Kompozitorskayada ev”də 200 kvm-lik mənzilin sahibi olub. Mənzilin bazar qiyməti 100 milyon rubldan artıqdır. Bu mənzili alarkən XKX-nin qızının 23 yaşı olub. O, həmin yaşda özünü üzgüçülükdən başqa heç yerdə göstərməyib. Ömrü boyu dövlət xidmətində işləyən Narışkinin gəliri isə həmin il 5 milyon rubl olub.

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

Mənbə: ЕГРН

Cəmi iki ay sonra Narışkina bu mənzili daha bir elit binada, amma paytaxtın cənub-qərbində yerləşən başqa rayonunda başqa mənzilə dəyişdi. Mənzilin sahəsi 180 kv m, bazar qiyməti isə təxminən 100 mln rubldur.

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

DƏVDR (Daşınmaz Əmlakın Vahid Dövlət Reyestri )-dən çıxarış

Mənbə: ЕГРН

Onun mənzilini dəyişdiyi adamın adı Aleksey Kalaşnikovdur. "Layihə”nin aydınlaşdırdığı kimi, bu, "Mosazer şərab zavodu”nun əməkdaşır, Bayramovun yaxın adamıdır: YHTDİ(Yol Hərəkəti Təhlükəsizliyinin Dövlət İnspeksiyası)-nın məlumat bazasında Kalaşnikovun mobil telefonu biznesmenin "Mersedes-Benz”inə bağlanıb. Kalaşnikov 2017-ci ildə Arbatdakı mənzili Nisanovun Krasnaya Slobodadan olan həmyerlisinə, Robert Uzilova satıb. Bu adam Lyublinoda yerləşən "Moskva” ticarət mərkəzinin meydanlarının sahiblərindən biridir. O, həm də "Sadovod” bazarının Direktorlar Şurasının sabiq üzvüdür. Satışın pullarının kimə çatdığı məlum deyil. Kalaşnikovun özü Sevastopol prospektində yerləşən adi evlərdən birində qeydiyyatdadır.

"Layihə” XKX-dən Narışkin və ailəsinin hansı şərtlərlə Nisanovun mülkün istifadə etməsi haqda izahat ala bilməyib. Qurumda bəyan ediblər ki, öz direktorları və ailəsinin "şəxsi həyatı”nı şərh etmirlər. Narışkinin mənzili haqda suala isə məhəl qoymayıblar. Veronika Narışkina "Layihə”yə bəyan edib ki, "Depo”da işləmir, o, "idmanın su növünün inkişafı ilə məşul olub və məşğul olmağa davam edir”, bir də onu narahat etməməyi xahiş edib.

Qanun məmurlara bu cür hədiyyələrlə bağlı nə deyir

"Layihə”nin müxbiri hökumətin keçmiş yüksək vəzifəli əməkdaşından Qod Nisanovun biznesində çətinliklər meydana çıxdıqda kim onun dadına çatır sualına gözlərini bərəldib: "Bu, çox mühüm adamlardır”.

  • Yaxınlarda biz Qodla və rusiyalı oliqarx Rotenberqlə birgə Moskvadan Bakıya uçurduq. Qod birdən dedi: bilirsən nəyi xatırlayıram? Bir dəfə biz Tovuzda olduq və sizin ananız xəngəl bişirdi. Onun dadı hələ də damağımdadır, – Nisanovun partnyoru və Putinin tələbə yoldaşı İlham Rəhimov bir dəfə Azərbaycanın "Yeni Müsavat” qəzetinə danışıb.

"Layihə”nin bir neçə həmsöhbəti Nisanovun Putinə yaxın olan Rotenberq qardaşları ilə dosltluğu barədə danışır. Bu, həmçinin dostluqdan daha böyük bir şeydir. Bu biznesdir.

Kiçik qardaş, Boris Rotenberq hətta Nisanovla Zarax İliyevin doğma kəndində – Krasnaya Slobodada qonaq olub.

2013-cü ildə Nisanovun strukturu Moskva ətrafında, Kaluısk şosesində iri əraziyə malik olan "Plamya” şirkətini alıb. İşgüzar mətbuat həmin vaxtadək "Plamya”nı Rotenberq qardaşları ilə bağlayıb. Alqı-satqıdan az sonra "Plamya”nın ərazisində "Fud Siti” bazarı açılıb.

"Yemək şəhəri”, "Avropada ən iri aqroklaster” – 2014-cü ildə "Moskva 24” şəhər hökuməti televiziya kanalında "Fud Siti”nin açılışını bu cür sözlərlə reklam ediblər. Bazarı şəxsən Nisanov və Sergey Sobyanin açıb.

"Fud Siti” gerçəkdən iridir: bağlı ticarət pavilyonu ilə birgə 124 hektar ərazi. Hərçənd ümumilikdə bu adi şərq bazarıdır: alverçilərlə bazar bağlanana yaxın da sövdələşmək olar, məsələn, bir yeşik manqonu cəmi 200 manata almaq mümkündür.

Nisanovun yanında işləyən mənbə deyir: Arkadi Rotenberq indiyədək də Nisanovun "Fud Siti”də adı heç yerdə çəkilməyən partnyorudur. "Plamya”nın mülkiyyətinin strukturunu tədqiq etsək, şirkətin 20%-nə günü bu gün də Lyudmila Derqun sahiblik edir. Əslən Krasnodar rayonundan olan bu 70 yaşlı qadın təqaüdə çıxmazdan öncə Sankt-Peterburq uşaq bağçalarından birində işləyib. Onun qohumları həmçinin uğurlu biznesmenlərə oxşamırlar. Derqunun gəlini, oğlu Aleksandrın arvadı bu məqalə yazıldığı vaxt "Avito”da 200 rubla uşaq önlüyü satırdı. Aleksandr özü isə "Aysberri” dondurması daşıyan sürücü işləyir. "Layihə”nin müxbirləri ona zəng edəndə Derqun anasının biznesi haqda heç nə bilmədiyini söyləyib.

Nisanov və Rotenberq həmçinin "Moskva Siti”də layihə ilə əlaqələdir: elə həmin "Plamya” şirkəti orda növbəti yüksəkmərtəbəli bina inşa etməyə hazırlaşıb, lakin 2017-ci ildə göydələnin layihəsinin sahibi Rotenberqin partnyoru və etibarlı siması Qriqori Bayevski oldu.

Rotenberqlərin nümayəndəsi "Layihə” ilə söhbətində deyib ki, biznesmenlərin "Fud Siti” ilə heç bir əlaqəsi yoxdur, onlar Nisanovla yaxın dost deyillər – qardaşlar "bir çox başqa biznesmen kimi, sadəcə onunla tanışdır”.

Prezidentin özü, hərçənd başqası

2014-cü ilin yayında "Arxnadzor” hərəkatının koordinatoru Andrey Noviçkov bir gün Moskvada 1-ci Tversk-Yamsk küçəsində gedirmiş. O, 22 saylı evin yanında ayaq saxlayır. İnqilabdan əvvəl inşa edilmiş, Proşinlərin gəlir evi, Moskva moderninin nadir nümunəsi tamamilə saxta fasadla əhatələnmişdi. İçəri boylanan Noviçkovun gözləri kəlləsinə çıxır – bina yerli-dibli yox idi.

Moskvada Tversk-Yamsk küçəsində sökülmüş 22 saylı ev
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ