SON DƏQİQƏ

Televiziyanın hədəf kütləsi qadınlar, sosioloji analizi və psixoloji təsiri

Tarix:25-08-2020, 14:23

Azərbaycan 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Keçmişə nəzər salsaq görərik ki, Azərbaycanın istər təhsil, istər siyasi, ölkənin bir çox talehyüklü məsələlərində qadınların rolu böyükdür. Bəs sosial diskriminasiyanın problemləri nələrdir? Ölkəmizdə, qadınlara hüquqi qanuni baxımından çox yüksək dəyər verilib. Təəssüf ki, xanımlar öz hüquqlarından istifadə etməkdə çətinlik çəkirlər . Mental dəyərlərlə qanun toqquşmalarındakı təzadlıq hansılardı?

 

Qeyd etmək istəyirəm ki, əslində bir çox səbəbləri var. Aktuallığını itirməyən bu səbəblər sosial tədqiqat nəticəsində araşdırılmalı, ictimai rəy öyrənilməli, analiz edilməli və təxirə salınmaz nəticəyönümlü maarifləndirici işlər görülməlidir.   Hətta mənə görə "qadına şiddətə son" cümləsinin altında  "sakit uşaqdır"   deyiminin predmeti də var. Çünki, uşaqların  kiçik yaşda özlərinə uyğun istəkləri sıxıştırılıb qısıldıqca,  böyüdükdə həmin istəklər boşluğa, boşluq psixoloji sarsılmalara, sarsıntılar isə zamanla şiddətə meyl və ya şiddətə məruz qalmaq həddinə gətirib çıxardır . Bəzən övladlarımız ruhi, duyğu baxımından acdırlar və qonşu uşağına mehriban olduğumuz qədər qayğı gözləyirlər .

 

Bu dəfə isə sosial mesajların ötürüldüyü  başqa platforma  pəncərəsini diqqətinizə çatdırmaq istəyirəm -"Televiziyanın  hədəf kütləsi - Qadınlar ".

 

Bəli, televiziya əslində cəmiyyətin  mədəniyyətini şəkilləndirmək üçün  bir vasitədir. Mədəniyyətimizin incəliklərinə və cəmiyyətin mənəvi dəyərlərinə istiqamət verir. Televiziyanın ən rahat, önəmli  və ən təsirli hədəf kütləsi qadınlardı. Serial, filmlər və reklamlardakı qadınlarla bağlı ötürülən doğru olmayan sosial mesajlar əslində çox böyük sosial problemlərə yol açır. Nəzərə alsaq ki, izləyici kütləsi fərqli xarakterə sahib və fərqli yaş qrup insanlarıdır ,televiziyalarda ötürülən mesajlar cəmiyyətimizin məişət sosial problemlərinə yanlış ayna tutur. Bilirik ki, əksər hallarda  filmlərin ssenarisi  həyatda yaşanan hadisələrin ekrana təzahürüdür. Mənfi və müsbət xarakterli obrazlar olmalıdır . Lakin həmin ssenaridə olan hadisələr hansı sosial mesajları verir ? Cəmiyyətə psixoloji təsiri nələrdir ?-buna mütləq diqqət edilməlidir.  Apardığım sosial tədqiqat nəticəsində ölkəmizdə olan film, serial , reklamlarda qadın obrazlarının təsviri:

 

Nədənsə gülcü qadın obrazları yox əsasən  saf, sadəlöv xarakterə sahib , kasıb və təbiiki çox gözəl bir qadın canlandırılır. Həyat bu qadının üzünə heç vaxt gülmür. Atası sərxoş olan  və bacı, qardaşlarının bütün yükünü çiyinlərində hiss edən qadın həmişə səbr edən tərəfdir. Ən sonunda bütün acıları çəkən bu qadın qarşısına çıxan varlı insanla evlənər və xoşbəxt son ! Hətta bəzi film, seriallarda təcavüz olunan qadın , zorakılığa məruz qaldığı insanla evlənmək məcburiyyətində qalır. Sonda bu saxta evliliyin həqiqi sevgiyə çevrilməsi də əslində diqqət etsək, zorakılığa yumuşaq baxmağa zəmin yaradan şüuraltı doğru olmayan sosial mesajdır.

 

Hətta bəzi serial, filmlərdə insanları çox rahat şəkildə öldürən mafiya  və oftaritet xarakterli obrazlara rəğbət bəslədilir. Qadın isə bu qatil "qəhrəmana" büt kimi bağlanıb aşiq olur..Nəticədə isə evində televizor ekranı arxasında oturub seyr edən izləyici onların qovuşması üçün  dua edər.

 

Bəs reklamlarda bizə hansı mesaj ötürülür ? Qadınlar xarici dünyaya aid deyil yalnız iç dünyanın insanlarıdır. Xarici dünya insanları kişilərdi . Burada diskriminasiya pozulur. Əsasən evdə,  hətta ölkəmizdə olan reklamlarda statistik göstəriciyə nəzər yetirsək, görərik ki,  mütləq qadın mətbəxdə olur . Və nədənsə, mütləq üzündə təbəssüm olmalıdır. Misal üçün yağ reklamlarına nəzər salsaq, qadın sadə geyimdə saçını doğru düzgün yığmadan yemək bişirər və yoldaşına təbəssüm etməyi axsatmaz. Axşam süfrə qurulur , süfrədə bütün ailə üzvləri olsada bir qadın yoxdur. Ən sonda qadın göstərişli əlbisəsini geyinər ,saçını yığar , makiyajını edər, hətta məsum və saflığını göstərən zinyət əşyasını taxar süfrəyə yemək gətirər. Fikir vermisinizsə , bütün hallarda qadın daim təbəssüm edir.

 

Uşaqlar kiçik yaşda ana atalarının hərəkətlərini təqlid edərlər. Onların qurduğu cümlələrdən istifadə edər. Oğlan uşağı əlinə qab-qacaq götürən zaman : "Əlindəkini burax yerə sən qızsan ?" dediyimiz andan etibarən gələcəkdə ayrıseçkilik , məişət işlərində kömək etmək və empatiya duyğusunu sındırırıq. Televiziya və ya real həyatda uşaqların və yaşından asılı olmayaraq insanların empatiya duyğunun doğru istiqamətdə inkişafı zorakılıqlara qarşı sipər tor hörər.  

 

Çox istərdim ki, cəmiyyətimizin empatiya duyğusu mühacir olmasın.  Müasir dövrümüzdə televiziyalarda bədbəxt, müti qorxaq, aciz yox əsasən xoşbəxt, güclü , savadlı və özünə inamı tam olan, uğur qazanmış qadın obrazları canlandırılsın.  Televiziya vasitəsi ilə şüuraltı doğru mesajlar ötürülməklə cəmiyyətimizdə olan qadınların sağlam əqidənin formalaşmasına xidmət göstərilsin.

 

Bu ümdə arzularla Həcər Əkbərova 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ