SON DƏQİQƏ

Fazil Məmmədovun kiçik kürsülərdən başlayan revanş məcaraları sona çatdı

Tarix:9-01-2018, 23:32

Nəhayət ki, böyük kürsüdə əyləşən Fazil Məmmədovun kiçik kürsülərdən başlayan revanş məcaraları sona çatdı

Yəqin ki, komik kino həvəskarları kimdən söhbət getdiyini dəqiq anladılar. Bilməyənlər üçün onu da bildirək ki, bu o Ostap Benderdi ki, üç seriyalı "12 stul” filminin baş qəhrəmanıdır. Ona baxanlar bilirlər ki, filmdə şimal qonşumuz olan Rusiyanın ucqar vilayətlərində ötən əsrin iyriminci illərində baş vermiş hadisələr, olduqca istedadlı, fırıldaqçı və maxinator olan Ostap Benderin sərgüzəştlərindən bəhs olunur. Amma, Azərbaycanda Ostap Bender "Aqrar Sənaye Bankı”nın Şəmkir şöbəsinin direktoru qiyafəsində 1993–cü ilin oktyabr ayında peyda olmuşdu. O, öz bacarıgını, istedadını maxinasiyalar istiqamətində inkişaf etdirməklə, 1995–ci ilin may ayına kimi həmin bankın direktoru vəzifəsini daşıdıqdan sonra, vəzifə pillələrində sanki "kosmik sürətlə” (7,8 km/san) irəliləyən Fazil Məmmədov, 17 il ərzində Vergilər Nazirliyini zəbt etmişdi.

Gözəlləşən Şəmkiri

O da hər kəsə bəllidir ki, Prezident İlham Əliyevin 5 dekabr günü imzaladığı sərəncamla vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında yaranan müzakirələr bu gün də müzakirə olunmaqdadır. Sabiq nazirin səhhətində əmələ problemlərə görə daşıdığı vəzifəsindən uzaqlaşdırıldığı bildirilsə də, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdim olunması və bu sahədə problemlərin olmasını dilə gətirməsi, ortada ciddi mətləblərin olmasından xəbər verir. O halda meydana belə bir sual çıxır: "həqiqətən də nazir səhhətindən şikayətçi idisə, niyə özü istefa vermirdi”.

Sabiq nazir bir müddət bundan əvvəl mətbuata açıqlamasında bildirdi ki, "cənab Prezident məni imzaladığı sərəncamla vəzifəmdən azad etdi. Belə bir səlahiyyətlər cənab Prezidentə aiddir və heç zaman da müzakirə olunmur. Cənab Prezident belə məsləhət bilib, deməli belə də olmalıdır. Səhhətimdə bir az problemim var, indi yaxşıyam, heç kim narahat olmasın. Mən bütün jurnalistlərə təşəkkür və minnətdarlıq edirəm” dedikdə, bəzi nüanslara toxunmağı özümüz üçün borc bildik. O halda Fazil Məmmədova çatdırmaq istəyirik ki, siz jurnalistə necə və hansı əsasla minnətdar olduğunuzu bildirirsiniz? Axı, siz vəzifə başında olarkən "Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini 71000 manat məbləğində qondarma ittihamlarla cərimə etdirmisiniz və bu gün də adı çəkilən şəxs, tətbiq olunmuş qondarma cərimənin iztirabı ilə üz-üzədir. Deməli, sabiq nazirin bu cür açıqlaması, onun özünü sığortalamağa hesablamış addımıdır.

Gözəlləşən Şəmkiri

"Gündəm Xəbər”ə daxil olan məlumata görə F.Məmmədov "sabiq nazir” statusu aldıqdan sonra, onunla və yaxın çevrəsi ilə baglı ciddi araşdırmalara başlanılıb və artıq bu şəxsin Şəmkirdəki 100 hektar sahəsi əlindən də çıxarılıb. O da heç kəsə sirr deyil ki, zaman- zaman vergilər nazirinin nəzarətində olan Şəmkirdə onun gördüyü işlərlə, həyata keçirildiyi layihələrlə baglı ictimaiyyət arasında sensasion məlunatlar yer alıb və mətbuatda silsilə materiallar da dərc olunub. Nəz, nə çox düz 17 il vergilər nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla baglı araşdırmaların doguracagı səs-küyün hələ bundan sonra da davam edəcəyi vurgulanır.

Fazil Məmmədovun əmlakları əlindən alınmaga başlandı – təfərrüat

Əldə etdiyimiz bəzi məlumatlara görə, sabiq nazir vəzifədə olarkən "yagmaladıgı” mal-mülkü bu gün geri alınır. Həbs təhlükəsi ilə üz-üzə qalan Alimpaşa Məmmədovun, şikayətçiləri şəxsən qəbul etməyə hazır olması da, müəyyən mətləblərdən xəbər verir.

İqtidarın danışan dili hesab olunan deputat Siavuş Novruzov "Yeni Müsavat”a müsahibəsində bildirmişdi ki, "kimsə tutdugu vəzifədən azad olunursa, deməli onun işində nöqsanlar var”.

İddialara görə, 5 dekabr günü vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədov barəsində, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev nazirlikdə olarkən olduqca sərt danışıb. PA rəhbərinin iştirak etdiyi iclasda, hətta Vergilər Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər haqda da araşdırmaların başlanmasına siqnal verildiyi barədə də ifadələr işlədilib. Fazil Məmmədovun sahibkarlara qarşı əməllərinə olduqca sərt qiymət verilib.

Bundan sonra Fazil Məmmədovun komandasının müəyyən "təmizlənmələr”ə məruz qalacagı da şübhəsizdir. Hazırda büdcədə kəsir olduğundan sabiq nazirin komandasına dəyib dolaşmırlar, amma 2018–ci ilin əvvəllərində situasiyanın dəyişəcəyi də gözlənilir.

Bu şəxs vəzifəsindən çıxarıldıqdan bir gün sonra, Ali Məhkəmənin yaydığı rəsmi açıqlama da maraq doğurur. Rəsmi məlumat belə idi: "Sahibkarlıq fəaliyyəti ilə məşgul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati– iqtisadi məhkəmələrdə 2016–cı ildə 869, 2017–ci ilin birinci yarsında 218, cəmi 1087 iddiaya baxılıb”. "APA-Economiks”in məlumatına görə, bu barədə Ali Məhkəmənin inzibati kollegiyasının sədri Hikmət Mirzəyev bildirib ki, "bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddalar təmin edilməyib, 215 (19,8 %) iddia isə mümkün sayılmayıb. Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uygun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yalnış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslrin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uygun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi orqanları ilə yaranmış mübahisələr, əksər hallarda sahibkarlıq fəaliyyəti ilə məşgul olan şəxslərin xeyrinə həll olunur. 01 noyabr 2017–ci il tarixə olan məlumata görə, respublika üzrə 902303 nəfər şəxs vergi ödəyicisi olaraq qeydiyyatdan keçib. Onlardan 399774 nəfər şəxs vergi ödəyicisi olaraq aktiv fəaliyyətdədir və vaxtlı-vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az oldugundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016–cı il və 2017–ci ilin 6 ayı üzrə cəmi 1087 olub, yəni 0,3 faiz təşkil edib) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq, bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşgul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”, - deyə H.Mirzəyev vurgulayıb.

Görəsən Fazil Məmmədov vəzifədə olarkən Ali Məhkəmədən belə bir açıqlama verilərdimi? Ölkənin əsas nazirliklərindən biri haqda "qanunsuz qərarlar qəbul ediblər” anlamını verən fikirlər səsləndirilərdimi? Bu şəxsin işindən çıxarılması, heç də sıradan bir nazirin vəzifədən uzaqlaşdırılması deyil. İlin sonunda, yəni büdcə kəsiri oldugu bir vaxtda Fazil Məmmədovu yola salmazdılar. O, xəstə olsaydı belə, kreslosunda oturub işini davam etdirmək məcburiyyətində qalacaqdı. 18 müşaviri olan bir nazirin xəstəliyi ilə əlaqədar işinin öhdəsindən gəlmədiyinin bildirilməsi, heç də inandırıcı hal deyil. Maraqlıdır ki, Fazil Məmmədovun özü xəstə olması haqda yayılan fikirləri yaxına buraxmır. "Az xəstəyəm” deməklə, bir növ işini davam etdirə biləcəyi haqda mesaj verməyindən də qalmır... Bu gün adı çəkilən şəxsin özü və komandası qeyri müəyyənlik içində qaldıqlarından, onlar həyəcan və təşviş içindədirlər. Bu arada 4 milyard 500 milyon manatın "yeyilməsi” səbəbindən nazirin işindən çıxarılması iddiası da ortadadır. Həmçinin onun yerlərdə olan kadrları, yəni icra başçıları olan şəxslərin də çaşqınlıq içərisində olmaları barədə də xəbərlər dolaşmaqdadır.

Gözəlləşən Şəmkiri


"Gündəm Xəbər”ə bu yöndə maraqlı nüanslarla dolu məlumatlar daxil olub. Belə ki, Fazil Məmmədovun qeyri–rəsmi "qubernatorluguna” daxil olan və Şəmkirdə icra başçısı vəzifəsini daşıyan Alimpaşa Məmmədovun qəbuluna, həftənin ilk iş günündə yerli sahibkar Təranə Heydərova adlı xanım gedir. Vaxtilə Vergilər Nazirliyində məsul "post”a sahib olan Alimpaşa Məmmədovun qəbuluna gedənləri qəbul etməməsi, onlarla sərt davranması haqda mətbuatda əvvəllər də silsilə açıqlamalar dərc olunub. 2015-ci ilin əvvəlində Alimpaşa Məmmədovun göstərişi ilə Şəmkirdə yerləşən və sahibkar Təranə Heydərovaya məxsus şadlıq sarayının fasadındakı üzlüklər sökülüb. İcra başçısı iki il öncə sahibkara məxsus şadlıq sarayının üzlüyünü sökdürərkən deyibmiş ki, "həmin üzlüklər gözünə xoş görünmür” odur ki, sökdürüb onu aqlay daşla üzlətdirəcək. Lakin aylar keçsə də, icra başçısı vədinə heç cür əməl etməyir. Uzun müddət ərzində get-gəldən sonra sahibkar qadına deyirlər ki, "Fazil Məmmədovun qohumu və Şəmkir şəhərinin meri Çingiz Həsənova tapşırılacaq, ona məxsus şadlıq sarayı satın alınacaq”. Amma, bu dəfə də verilmiş vədə əməl olunmayıb, iki ay öncə Çingiz Həsənov qəfil yoxa çıxıb. Belə iddialar da var ki, o, şəhərin abadlaşdırılması üçün ayrılan 10 milyon manat pulla ölkədən çıxıb və geri qayıtmayıb. Buna görə də vəzifəsindən uzaqlaşdırılıb. Daxil olan məlumatlarda o da bildirilir ki, şadlıq sarayının fasadındakı üzlüklərin sökülməsinə birbaşa Çingiz Həsənov rəhbərlik edib. Fasad sökülərək bərbad hala salındıgından, ötən müddət ərzində şadlıq sarayında heç kim toy məclisi sifariş etməyib. Fasadı sökülmüş vəziyyətdə olan şadlıq sarayı uzun müddət toy məclisi üzünə həsrət qalıb. Aylardır ki, Şəmkir İcra Hakimiyyətinə ayaq döyən, hər dəfə Alimpaşa Məmmədovdan köməkçiləri vasitəsilə "binanı satın alacagıq, gözləyin” xəbərini eşidən sahibkar qadını, bu dəfə nədənsə icra başçı şəxsən qəbul edir. İki ay əvvəl Şəmkirin meri Çingiz Həsənovun, təqribən 20 gün əvvəl Fazil Məmmədovun işdən çıxarılmalarını Alimpaşa Məmmədova xatırladan Təranə Heydərova, bu dəfə icra başçısı ilə uca tonda danışır. O, icra başçısına "bəs mənə söz verdiniz ki, aqlay edəcəyik, etmədiniz. Çingizi göndərdiniz, Çingiz də qaçıb gedib. Dediniz ki, Fazil Məmmədovdan icazə alıb şadlıq sarayını satın alacagıq. Fazil Məmmədovu da işdən çıxartdılar” deyərək, ondan şadlıq sarayının üzlənməsini tələb edir. Görüş zamanı Alimpaşa Məmmədov qadını sakitkəşdirməyə çalışır və ondan sakit tərzdə danışmasını da xahiş edir. Qadın isə icra başçısına bildirir ki, "bu günə kimi siz bərkdən danışırdınız, indi də mən bərkdən danışacagam. Ya pulumu verin, ya da şadlıq sarayını üzlədin” deyə ondan tələbini edir.

Məlumatlı mənbə "Gündəm Xəbər”ə bildirir ki, bəlkə də başqa vaxt olsaydı Alimpaşa Məmmədov, qadını zor gücünə olsa belə icra hakimiyyətinin binasından çıxartdırardı. Ümumiyyətlə, onu özü qəbul etməzdi. İndi isə başçı çətin durumda olduğundan və onun özündən şikayətlərin olmaması üçün əl-ayaga düşüb. Şəmkirli sahibkar Təranə Heydərova artıq ölkə rəhbəri cənab İlham Əliyevə müraciət etmək məcburiyyətində qaldığından, onun müraciətini sizlərə təqdim edirik.

Hörmətli Prezident! "ParaBank”dan 234000 manat kreditə pul götürmüşdüm. Əvəllər 102000 manatını ödəmişdim və sonradan həmin pulun qalıq hissəsini ödəmək üçün obyektimi satıb borcumu ödəmək qərarına gəldim. Amma, "ParaBank”ın rəhbəri bunu qəbul etmədi. Müdir bildirdi ki, "bizə pul hava-su kimi lazımdır, az pul deyil, ehtiyacımız böyükdür”. Buna baxmayaraq, Fazil Məmmədovun adamları qoymadı ki, obyekt satılsın. Bu Ərazi Fazil Məmmədovundur. Əvvəllər şadlıq sarayı lazımınca işləmədi. Mən də həmin pulu götürüb şadlıq sarayının bəzək işlərini tamamlamaq istəyərkən, icra başçısı Alimpaşa Məmmədov mənə heç cür imkan vermədi. Yəni, bir çox maneələr yaratdı. Bu şəxs mənə məxsus şadlıq sarayının guya çöl divar üzlüyü yanğına qarşı həssasdır deyə, birinci müavini Qüdrət müəllimə tapşiriq verdi və çöl divar üzlüyün sökülməsinə özün nəzarət elə deməklə tapşırıqlarını da verdi. Bir sözlə, mənə qarşı çox haqsızlıq etdilər, məni aldatdılar, sahibkarlıq fəaliyyətimi dayandırdılar.

Möhtərəm Prezident! Diqqətinizə onu da çatdırım ki, siz iki-üç ay öncə Şəmkir şəhərinə gələndə, mənə məxsus sadlıq sarayının və yaşadığım evin üstündəki "satılır” sözünü Alimpaşa Məmmədovun göstərişi ilə sildirdilər və mənə F. Məmmədova bağlı şəxslər bildirdilər ki, Prezident gəlib gedəndən sonra "satılır” sözünü yazdıracağıq. Amma, həmin vaxtdan bir neçə ay keçsə də yazdırmadılar. Bundan əlavə, mən "ParaBank”a olan borcumu ödəməkdən boyun qaçırmıram, götürmüşəm, deməli ödəməliyəm. Borcumu vaxtında ödəyəcəkdim. Şadlıq sarayımı SanPiterburq şəhərində yaşayan, əslən Şəmkirin Morul kəndindən olan Natiq adlı şəxsə 2013-cü ilin noyabr ayında 2500000 manata satmışdım. Ancaq Şəmkirin sabiq icra başçısı Nazim Veysov və F. Məmmədovun əmisi qızının həyat yoldaşı olan Çingiz Həsənov (Şəmkirin sabiq meri) mənə dedilər ki satışı dayandır, ərazi Vergilər Nazirinindir. Şadlıq sarayının pulunu sənə ödəyəcəyik. Həmin vaxtdan 4 il keçsə də, onlar vədlərinə əməl etmədilər və F. Məmmədovun göstərişi ilə mənə qarşı haqsızlıq etdilər. Sanki Şəmkirin olub-qalan ərazisi F. Məmmədovun rəhmətlik atası Əsəd kişidən ona miras qalıb. Ədalətsizliyə baxın ki, iki-üç milyon manata inşa etdirdiyim şadlıq sarayını məhkəmələrin köməyi ilə aldığım 234000 manat kreditin 50% dəyəri ilə (159000) bank zorla əlimdən bir toyuq hini dəyərinə almaq istəyir. İki devolvasiyadan sonra, sarayın dəyəri 4-5 milyon manat oldu. Bütün dövlətlərin bir-birinə miyardlarlla borcu var. Belə çıxır ki, borc sahibi borclu dövləti öz əmlakına çevirsin? İndi istərdim ki, bu şəxslər mənə imkan versinlər işləyim, kreditimi və digər borclarımı da ödəyim. Bu gün məhkəmələrin köməyi ilə bank mənim 4-5 milyon dəyəri olan şadlıq sarayıma saxta çıxarış alıb. Sizdən artıq dərəcədə xahiş edirəm ki, ədalət naminə mənə köməklik edin. Şəmkir şəhərinin ən bahalı yerində 30 sot torpaq sahəsi üzərində inşa edilmiş və hündürlüyü 11 metr olan, 350-800 nəfərlik iki zalı, iki böyük foyesi olan şadlıq sarayını, məhz bank tərəfi məhkəməyə qeyri yaşayış binası kimi, bəlkə də mal tövləsi, toyuq hini, naves kimi təqdim etmişdir. Bank sahibinin qorxusundan nə hakimlər, nə də prokurorlar soruşmurlar, bir maraqlanmırlar ki, mübahisə predmeti olan bu qeyri yaşayış sahəsi olan əmlak nədir”.

"Gündəm Xəbər”ə daxil olan başqa bir məlumatda bildirilir ki, Alimpaşa Məmmədov 8 dekabr günü axşam saatlarında Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovla birlikdə Bakı şəhərinə gəlir və Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovla görüşürlər. Çıxılmaz durumda olan icra başçıları Fazil Məmmədovla yaxın qohumluq əlaqəsində olan, hər zaman onun tapşırıqlarını onlara çatdıran Xaləddin İsgəndərovdan nə baş verdiyini xəbər alırlar. Sonuncu Şəmkirlə Gədəbəyin icra başçılarına ümidverən bir söz deməsə də, rəhbərlik etdikləri rayonlarda baş verən qanunsuzluqları aradan qaldırmalarını, problemləri yoluna qoymalarını tapşırır.

Sabiq nazir F. Məmmədovun qeyri-qanuni göstərişlərindən əziyyət çəkən digər şikayətçi, iş adamı 77 yaşlı Almaz İbrahinmova başına gətirilən haqsızlıqları belə izah edir: "Məlumunuz olsun ki, mən 8 sentyabr 2004-ci il tarixində Şəmkir şəhəri, H. Aslanov küçəsində yerləşən qeyri yaşayış sahəsini notarial qaydada alqı-satqı yolu ilə əldə etdim. Həmin qeyri yaşayış sahəsindən sahibkarlıq məqsədilə istifadə edərək, orada kafe və internet klub fəaliyyəti ilə məşğul olurdum. Eyni zamanda sahibkarlıq fəaliyyətimdən əldə etdiyim vəsaitlə təmənnasız olaraq Şəmkir Futbol Klubunun saxlanılması üçün müəyyən yardımlar da edirdim. 2012-ci ilin may ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektim dağıdıldı. Şəxsi mülkiyyətimdə olan qeyri-yaşayış sahəm dağıdılarkən, Şəmkir rayon İcra Hakimiyyəti başçısı tərəfindən mənə kompensasiya ödənilməsinə söz verildi. Yeganə qazanc yerim olan obyektim dağıdılaraq əlimdən çıxarıldı. Əldə etdiyim məlumatlara görə, şəxsi mülkiyyətimdə olan

obyektim sabiq vergilər naziri F. Məmmədovun göstərişi ilə, həmin vaxtlarda Şəmkir RİH-nin başçısı olmuş Nazim Veysov tərəfindən dağıdılmışdı. Beləliklə, məmur özbaşınalığı nəticəsində əmlakımdan məhrum olmuşam və sahibkarlıq fəaliyyətim məmur özbaşınalığı nəticəsində dayandırılıb. Sahibkarlıq fəaliyyətimi itirdiyimdən çətin duruma düşmüşəm. Ailəmiz böyükdür və dağıdılmış daşınmaz əmlakımın kompensasiya pullarını istədikdə isə, bir kimsə müraciətlərimə baxmır. Belə bir səbəblər üzündən də, Ali Dövlət orqanlarına müraciət edərək, yüksək çinli vəzifə sahibləri tərəfindən başıma gətirilən müsibətləri yazaraq, onlardan köməklik də istəmişəm.

Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, "mülkiyyətin toxunulmazlığı dövlət tərəfindən müdafiə olunur”. Amma, qanunun belə bir tələbinin varlığına baxmayaraq, dövlət orqanları mülkiyyətimi qorumaq əvəzinə, illər uzunu alın təri ilə qazandıqlarımızı bir anın içərisində tari-mar etdilər. Belə hadisənın başımıza gətiriləcəyini heç cür gözləmirdim. Ailə üzvlərimizin yeganə qazanc yeri olan obyektimiz quldurlar tərəfindən dağılsaydı, o halda heç də təəccüblənməzdik. Bir sözlə, şəxsi mülkiyyətimizdə olan obyektimiz yüksək çinli məmurun (F.Məmmədov) göstərişi ilə dağıdıldı və torpaqlarımız da qanunsuz yollarla ələ keçirildi.

Azərbaycan Resbuplikası Konstitusiyasının 4-cü bəndində "Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, dövlət ehtiyyatları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir” deyə qeyd olunub. Qanunun belə bir tələbinin varlığına baxmayaraq, obyektim dağıdılmazdan əvvəl həmin obyektin dəyəri mənə ödənilmədi və bu günə kimi də ödənilməyib, deyəsən heç ödəmək fikirləri də yoxdur.

Bunlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində də öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, "Dövlət ehtiyyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalınız qanunla icazə verilmiş hallarda, yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərinin tikilməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yalnız bazar dəyəri miqdarında əvvəlcədən əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər”.

Dövlət orqanlarının səlahiyyətli vəzifə sahibləri tərəfindən özbaşına olaraq əmlakım dağıdılmış və torpaqlarımız mənimsənilərək əlimizdən alınmışdır. Bununla əlaqədar Ali Dövlət orqanlarına müraciət etməyə məcbu olmuşam. Eyni zamanda Azərbaycan Resbuplikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci bəndində vurğulanıb ki, "hər kəsin dövlət orqanlarının, yaxud da onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır”.

Xalqa qarşı belə bir cinayətkar addımlar nədən yaranmışdır? Nə üçün vəzifə səlahiyyətindən sui-istifadə edərək qanunlarımızı ayaq altına atırlar? Kasıbçılığı ilə birtəhər övladlarını yarı aç, yarı tox böyüdən insanlara yüksəkçinli məmurların belə bir nifrəti niyə qaynaqlanır? Əgər oliqarx məmurların anasının və yaxud da bacılarının başlarına bu cür müsibətlər gətirilsəydi, o halda onlara necə təsir edərdi? Nədən sadə insanlara qarşı oliqarxlarda bu qədər nifrət mövcuddur? Onlar bu gün də qanunlarımızın tələblərini ayaqlar altına atmaqdan çəkimirlər? Indi isə müdafiəsiz bir ailəni ayaqlar altına atıb tapdalayırlar və heç bir dövlət orqanı oliqarxların qorxusundan bizə köməklik etmək istəmir. Mənə elə gəlir ki, sadə insanlara, iş adamlarına belə zülm edən, haqsızlıq edən oliqarxların qanları təmiz deyil.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Dövlətin ali məqsədidir deyə qeyd olunub. Məgər məmur bilmirmi ki, onun vəzifə borcu Konstitusiyamızın tələblərinə hörmətlə yanaşmaq, onun müddəalarına əməl etmək, sahibkarların hüquqlarını pozmaq tapdaqlar altına atmaq deyil, onları qorumaqdan ibarətdir.

Bəli, şəxsi mülkiyyətimə müdaxilə edən vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək və qulluq mövqeyinə zidd olaraq, qəsdən mənə külli miqdarda ziyan vurmaqla birbaşa cinayyət əməli törətmişlər.

Cənab Prezident çıxışlarının birində demişdir ki, "bütün dövlət ehtiyyacları və şəhərsalma məqsədi ilə uçurulan evlərə, obyektlərə hər kvadrat metr üçün 1500 manat dəyərində kompensasiya ödənilməlidir.

Dəyərli oxucular! Hər iki sahibkarın, yəni Təranə Heydərovanın və Almaz İbrahimovanın üz-üzə qaldıqları haqsızlıqlara rəvac verən sabiq vergilər naziri Fazil Məmmədov və onun qohum-əqrəbəsi, eyni zamanda Şəmkirin sabiq icra başçısı kənd təsərrüfatı institutunda (bugünkü ADAU-da) təhsil alarkən mərhum şairimiz Alqayıtın yanında "balaban çalmış”, Nazim Veyisov isə karyerasına "qoşa nağara çalıb” tamadalıqdan başlayan Alimpaşa Məmmədov, həmçinin Fazil Məmmədov özü kimi onun kadrları da, sadə insanlara zaman-zaman "qənim kəsilmişlər”.(ələlxüsusda iş adamlarına həm maddi, həm də mənəvi ziyan vuran vəzifə sahibləri olmuşlar)

17 il vergilər nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla baglı araşdırmaların doguracagı səs-küyün, hələ bundan sonra da davam edəcəyi bildirilir. Belə görünür ki, Fazil Məmmədovun komandasındakı təşviş və həyacan son həddə çatıb. Komanda üzvləri ayaqda qalmaları, həbsə getməmələri üçün "çaba göstərirlər”.

Alimpaşa Məmmədovun tamadalıqdan başlanan yolunun sonu görünür...

Bu gün Şəmkirdə idarə, müəssisə və təşkilat rəhbərləri Alimpaşa Məmmədovun iclasbazlığından beziblər. İcra başçısı demək olar ki, hər gün iclas keçirir və iclaslarda Məmmədov saatlarla danışır, vədlər verir, sözdə görüləcək işləri bəh-bəhlə rəhbər işçilərə təqdim edir. Reallıq isə başqadır və bu haqda məlumat verəcəyik.

Başçı iclas keçirdiyi saatlarda isə, vətəndaşlar saatlarla rəhbər şəxslərin qapısı agzında onların işə gələcəyi ümidi ilə gözləyirlər. Vəzifə sahibi olan şəxslər iclaslardan sonra iş yerlərinə çatanadək görüləcək işlər birəbeş artır, vətəndaşları qəbul etməyə vaxtları qalmır. Təbii ki, bu da vətəndaşların haqlı narazılıgına səbəb olur. Əksər şəxslər A.Məmmədovun iclasbazlığının, saatlarla danışmaq xobbisinin əvvəlki sənəti ilə baglı oldugunu deyirlər. Məlum olan odur ki, bu şəxs vəzifə pillələrinə qədəm qoyana qədər tamada olub. Onun saatlarla yorulmaq bilmədən danışmasının da səbəbi budur. Əslən Salyan şəhərindən olan Məmmədovun "ulduzu” bir toy məclisində musiqiyə xüsusi həvəsi olan vəzifə sahibi ilə görüşündən sonra parlayır. Tamadalıgı ilə bərabər, ifaçılıgı ilə də fərlənən Alimpaşa Məmmədovu toy məclisində yanına çagıran vəzifə sahibi onunla bir qədər söhbət edir. Söhbət zamanı Məmmədov fürsəti əldən vermir və həmin vəzifə sahibindən sanballı iş istəyir. Həmin toy şənliyində iştirak edən vergilər naziri Fazil Məmmədova, tamadanın iş məsələsinin həll olunması tapşırılır və beləliklə A.Məmmədov vergilər sistemində ilk addımlarını atmaga başlayır.

Bu şəxsin Vergilər Nazirinin inamını qazanmasının da maraqlı tarixçəsi var. Belə ki, bu məsələ də bir toy məclisində baş tutur. Məlumatlı mənbə "Gündəm Xəbər”ə bildirir ki, nazirin də dəvətli oldugu məclisdə iştirak edən A.Məmmədov təsadüfən nazirlə rəqs meydançasında üz-üzə gəlir. Nazirlə bir neçə dəqiqə üz-üzə oynayan Məmmədov, masa arxasına döndükdən sonra kövrəlir. Ətrafdakılar bunun səbəbini soruşduqda bildirir ki, "F.Məmmədovla rəqs etmək mənim üçün şərəfdir” deməklə, buna görə kövrəldiyini bildirir. Məsələnin mahiyyəti F.Məmmədova çatdıqda o, kövrələn şəxsin ona sadiq olması qənaətinə gəlir və beləliklə də, adı çəkilən şəxsin vəzifə pillələrində yüksəlişi başlayır. Yəni, A.Məmmədov Vergilər Nazirinin "vuran əli”nə çevrilir.

Deyəsən bu gün sabiq Vergilər Naziri illər öncə atdıgı addımlarına görə olduqca peşmandır. Çünki, icra başçısı Şəmkirdə özünü və onun təyinatında rolu olan naziri nüfuzdan salıb. Artıq müəyyən çevrəyə belə bir məlumatda yayılıb ki, A.Məmmədovun sabiq Vergilər Naziri və onun ətrafı ilə, xüsusilə də onunla qohumluq əlaqələrində olan icra başçılarından biri ilə münasibətləri pisləşib. Bu da onu söyləməyə əsas verir ki, A.Məmmədov Şəmkirə başçı təyinatından sonra bir- birinin ardınca yol verdiyi "çp”ləri artıq onu gözdən salıb.

Fazil Məmmədovun himayədarlıq etdiyi icra başçısının özbaşınalığı

Məlumatlı şəxsin "Gündəm Xəbər”ə bildirdiyinə görə İH-i başçısının 06 iyun 2017–ci il tarixdə keçirdiyi yıgıncaqda bildirir ki, "Dövlət tərəfindən bələdiyyələrə ayrılmış Dotasiya (111000 manat) təyinatı üzrə xərclənməsin. O, həmin pula iki ədəd "İBC” markalı traktor almaq istıyir. Belə ki, traktorla Alimpaşa müəllim rayonun Mehrili kəndi ərazisində iki dağın arasında "Farel” balığı yetişdirmək üçün, süni göl yaratmaq qərarına gəlir. İcra başçısının belə bir özbaşınalıgına bir nəfər bələdiyyə sədri etiraz edir. Eyni zamanda o, bələdiyyə sədrlərinə və ərazi icra nümayəndələrinə göstəriş verir ki, "hər kəs öz hesabına özü üçün iki mərtəbəli inzibati (xidməti) bina inşa etsin. Kim bu göstərişi icra etməzsə, o halda vəzifəsini itirəcək”.

7 oktyabr 2014–cü il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Alimpaşa Adil oglu Məmmədov yıgıncaqlarda, tədbirlərdə odlu–alovlu ritmik çıxışları ilə, bir çox insanlarda onun istedadlı, çox sahələrdən xəbəri olan qeyri-adi bir şəxs olması təəssüratı yaratmışdı. Ancaq onun ən parlaq, ən çevik bacarıgı (talantı) biznes sahəsindədir ki, bundan da o, Şəmkirdə geninə-boluna (eninə-uzununa) istifadə edir. Əgər bu belə olmasaydı o, Şəmkirdə iki-üç il başçılıq (paşalıq) etdiyi müddət ərzində balıq, maral, camış, qaz(quş) və digər biznes növlərinə girişməzdi. Hətta, o, əkinə tam yararlı olan torpaq sahəsində "Şəmkir səbəti” bazarı, meşə zolagında (Dəllər qəsəbəsində) Asfalt zavodu inşa etdirməzdi, Ceyrançölü ərazisində isə, bir neçə rayona aid örüş sahələrində 1000 ha yaxın torpaq sahəsində çugundur əkdirib xam malı İmişli rayonundakı Şəkər zavoduna göndərməzdi. Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, bu gün Şəmkiri özü və himayədarları üçün sanki biznes mərkəzinə çevirib. Onu da xatırladaq ki, bir neçə il bundan əvvəl İsmayıllı və Quba rayonlarında icra başçıları idarəçilikdə qərəzli və kobud səhvlərə yol verdikləri üçün, hər iki rayonda kütləvi ixtişaşlar baş verdi.

Bu kimi səbəblərə görə hər iki rayonun icra başçısı vəzifələrini itirdilər və günahı olan da, olmayan da neçə-neçə insane həbs olundular. Belə bir olayların baş verməsinə səbəb, adları çəkilən rayonlarda icra hakimiyyəti başçılarının öz himayədarlarına, yəni güc strukturlarına güvənərək ambisiyalarından əl çəkməmələri, qərəzli mövqelərini möhkəmlətmək istəyi ilə narazılıq yaratmaları və ekstremal vəziyyətdə düzgün qərar qəbul edə bilməmələri oldu. Tarixi vərəqləsək görərik ki, kütləni idarə etməkdə xüsusi istedad tələb olunur. Eyni zamanda bəstəboy insanlar çox ambisiyalı, çox iddialı və (hakimiyyətpərəst) hökümlü olurlar. A.Məmmədov da himayədarlarına və güc strukturlarına güvənərək, məhz bu gün özünü çox iddialı aparır, öz ambisiyalarından çıxış edir. Bu məqamda dörd atalar məsəlini misal çəkmək yerinə düşər:

1) "Dəvə başını kola soxub arxasından xəbəri yoxdur”,

2) "Su səhəngi suda sınar”,

3) "Cidanı çüvalda gizlətmək olmaz”,

4) "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”


Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, "heç kim toxunulmaz deyil, məmurların əsas vəzifəsi xalqa xidmətdir”. Mövzunu diqqətdə saxlayacağıq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bəhlul Orucoğlu
"Gündəm Xəbər
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ