SON DƏQİQƏ

Koronavirus: seks işçiləri gələcəkləri üçün narahatdırlar

Tarix:9-06-2020, 12:12

Sosial məsafə qaydalarının tətbiq olunması, striptiz klubları və fahişəxanaların bağlanması şəraitində bütün dünya boyu seks işçilərinin gəlirləri koronavirus pandemiyası nəticəsində demək olar ki, bir gecə ərzində yoxa çıxıb.

Bundan sonra necə dolanacaqları və səhhətlərindən narahat olan həmin işçilərdən bəziləri bizneslərini davam etdirmək üçün onlayn xidmətlər təklif edir, digərləri isə yardım üçün xeyriyyə təşkilatlarına müraciət edirlər.

Estelle Lucas son 10 il ərzində Melbourne-da eskort kimi işləyib və müştəriləri ilə münasibətlər qurmağa xüsusi diqqət verib.Lakin Covid-19-un yayılması və sosial məsafəni saxlamaq zərurəti seks xidmətinin göstərilməsinə qadağaya səbəb olaraq, Estelle-ni səylərinin boşa çıxmasından narahat vəziyyətə salıb.

"Altı ay müddətində işləməsəm, bir çox insan məni unudacaq", - o deyir.

Mən müştərilərimlə, yalnız onlarla söhbət etməklə əlaqə saxlaya bilmirəm. Mənim iş sahəmdə bu keçən deyil. Biz yaxınlıq qurmalıyıq, bu isə indiki şəraitdə, sadəcə, mümkün deyildir."

Koronavirus pandemiyası baş verməmişdən əvvəl Estelle-nin dediyinə görə, onun qazancı orta gəlir səviyyəsindən yuxarı olub və o, tezliklə Melburn yaxınlığındakı evinin ipotekasını ödəyib qurtaracağına ümid edirdi.

İndi isə demək olar ki, onun bütün gəlirləri yox olub. O, biznesini internetə köçürməklə yaranmış şəraitə uyğunlaşmağa çalışsa da, deyir ki, bu, fiziki təmasları əvəz edə bilməz.

Estelle LucasFotonun müəllifiESTELLE LUCAS
Image captionEstelle Lucas böhran zamanı digər seks işçilərinə kömək etmək üçün onlayn dəstək qrupu təşkil edib

Təəssüf ki, elə şeylər var ki, onları çatdırmaq mümkün deyil, - o deyir. - İnternetə çıxmaq üçün səylər göstərdim, amma heç də hamının texniki savadı lazımı səviyyədə deyil.

Müştərilərimdən bəziləri hətta smartfonu necə islətməyi də bilmirlər".

Regional hökumət restoran və kafelərin açılması üçün aydın bir yol xəritəsi işləyib hazırladığı halda, seks sənayesi üçün heç bir plan hazırlanmayıb.

Bu cür qeyri-müəyyənlik virusun özünü əhatə edən bir çox naməlum məqamlarla üst-üstə düşərək, bir çox seks işçisində dərin narahatlıq hissi yaradıb.

"Qorxuram ki, bütün zəhmətim puça çıxsın və hər şeyi sanki sıfırdan yenidən başlamalıyam, - Estelle deyir. O, həmçinin öz müştərilərinin sağlamlığı üçün də narahatdır.

- Onlar, ümumiyyətlə, görəsən, yerindədirlərmi? - o deyir. - Bu məsələyə görə həddindən artıq əsəb sərf olunur".

Avstraliya hökuməti Covid-19-a görə qazancını itirənlər üçün maliyyə yardımı təklif edir, lakin həmin yardımı ala bilmək üçün işçi vergi ödədiyini göstərə bilməlidir.

Miqrant və transgenderlər daxil, qeydiyyatdan keçməmiş seks işçiləri isə çox vaxt belə sənəd təqdim edə bilmirlər.

Leicester Universitetinin kriminologiya professoru Teela Sanders qeyd edir ki, dünya boyu onlarla ölkədə seks işçiləri belə bir problemlə qarşılaşırlar.

"Hökumətlər, müstəqil işləyənlər də daxil, insanların əksəriyyəti üçün sosial müdafiəni yaxşı təmin edə biliblər, amma seks işçilər bu sxemə daxil edilməyib", - o deyir.

Bu cür vəziyyət seks işçiləri kollektivlərini və onlara vəkillik edən qrupları ictimaiyyətin nümayəndələrinə müraciət edərək fövqəladə yardım fondlarına ianə etməyə çağırır.

Belə ki, Las Vegas seks işçilərinin onlayn müraciəti sayəsində 19300 dollar vəsait toplanıb, İtaliyada dəstək qruplarının koalisiyası tərəfindən keçirilmiş kampaniya nəticəsində təxminən 21700 avro toplanıb.

Professor Sanders deyir ki, "bu pul seks işçilərinə dərhal hesabları ödəməyə, ərzaq almağa və digər təxirəsalınmaz ehtiyaclarını ödəməyə imkan verəcək".

Bəzi seks işçiləri isə böyük cərimələr almaq və ya virusa yoluxmaq riski altına girərək işləməyə davam etmək məcburiyyətində qalıblar.

"İnkişaf etməkdə olan ölkələrdə, seks işçiləri tez-tez bütün ailə üçün, qardaşları və bacıları, uşaqları və nənə və babaları üçün evə pul gətirən əsas ailə üzvünə çevrilirlər. Odur ki, onların durumu bütün ailəyə təsir edir",- professor Sanders deyir.

İngilis Fahişələr Kollektivi adlı qrupun üzvü Niki Adams bu cür yanaşmaya öz müşahidələrini də əlavə edir. O BBC-yə bildirib ki, Britaniyada seks işçilərinin əksəriyyəti analardır və əgər onlar işləməyə davam edirlərsə, bunun səbəbi yalnız həmin qadınların çıxılmaz vəziyyətə düşməsi və pula ehtiyaclarının olmasıdır.

Ancaq seks biznesinin bəzi işçiləri işlərini davam edə bilmirlər - hətta bunu istəsələr də belə.

Banqladeşdəki Daulatdia fahişəxanasında polis fahişəxananın girişində keşik çəkir ki, müştərilər içəriyə daxil olmasın.

Image caption"Nazma" deyir ki, fahişəxana açıq olsaydı belə, o, müştəriləri, viruslu ola bildiklərinə görə, qəbul etməyə qorxardı

Bu, gecəqondular şəhərciyi halına gəlmiş, dar cığırları və daxmaları olan dünyanın ən böyük fahişəxanalarından biridir, Burada 1300 qadın və onların 400 uşağı yaşayır.

Fahişəxana mart ayından bəri bağlandığından, bir çox qadın zəruri məhsullar almaqda çətinlik çəkərək xeyriyyəçilərin ianələrinə ümid bəsləyir.

Əsl adını bildirmək istəməyən "Nazma" deyir: "İndi işləyə bilmədiyimizdən, qazancımız yoxdur, vəziyyətimiz qorxuludur".

Nazma, kəndində bacısı ilə birlikdə yaşayan üç uşağa baxmağa kömək edir. O, fahişəxanaya 30 il bundan əvvəl gələndə yeddi yaşı var idi.

Onun pula ehtiyacı olsa da, pandemiya zamanı işləməyin riskli olduğuna görə narahatdır.

"Hətta işləyə bilsəydik də, insanların həyatı virus təhlükəsinə görə risk altındadır. Kimin viruslu olduğunu bilmədiyimiz üçün, müştəriylə yatağa girməkdən qorxurduq", - o deyir.

Daulatdia böyük bir bərə limanının yaxınlığında, Padma çayının sahilində yerləşir. Bu, Banqladeşin paytaxtı Dakanı ölkənin cənub rayonları ilə birləşdirən əsas nəqliyyat qovşağıdır.

Seks işçisi
Image captionGecəqondular şəhərciyi kimi görünən və hazırda işləməyən fahişəxanada 1300-ə yaxın qadın yaşayır

Koronavirus pandemiyasından əvvəl hər gün bu ərazidən kənd təsərrüfatı məhsulları və digər mallarla yüklənmiş minlərlə yük maşını Dəkkə istiqamətində keçib.

Fahişəxanada yaşayan bir çox qadın və uşaqlar insan traffikinqinin qurbanlarıdır.

"Uşaqlıqda oğurlanıb qaçırılan bir çox insan ora satılıb", - Dəkkədə mənzillənən vəkil və hüquq müdafiəçisi Srabanti Huda deyir.

Banqladeş hökuməti və yerli yardım təşkilatları qadınlara müəyyən vəsaitlər ayırsalar da, Srabanti deyir ki, bu, qadınların ehtiyaclarını ödəmir, bəzi qadınlara isə, ümumiyyətlə, heç nə çatmayıb."Hökumətdən aldıqları ianələrin məbləği hətta uşaqlar üçün quru süd paketinə belə bəs etmir", - o deyir.

May ayının əvvəlində Srabanti fahişəxanada qeydiyyatdan keçmiş 1300 qadının hər biri üçün zəruri məhsullardan ibarət olan yardım bağlamalarını paylayıb.

"Bir qadın var idi, deyirdi ki, bir aydan çoxdur ki, insulin və ya diabet dərmanlarını ala bilmirdi, - Srabanti deyir. - Daha bir qadınsa demişdi ki, iki ay bundan əvvəl karantin rejimi başlayandan bəri özünə qan təzyiqinə qarşı dərman ala bilmir."

Srabanti Huda
Image captionSrabanti Huda Banqladeşdə Daulatdia fahişəxanasına təcili humanitar yardımların çatdırılmasını təşkil edib

Professor Sandersin sözlərinə görə, tibbi xidmətlərə məhdud çıxış seks işçilərinin qlobal miqyasda qarşılaşdığı bir problemdir.

"Bu problem İİV-lə yaşayan insanlar arasında antivirus preparatlarına müntəzəm olaraq yüksək tələbat duyulan ərazilərdə xüsusilə kəskindir", - professor Sanders deyir.

Professor Sanders seks işçilərinə telefon vasitəsilə dərman sifariş etməyə və həmin dərmanları onlara çatdırmağa imkan verəcək "Uber tipli" tətbiqin işlənib hazırlanması üzərində Nayrobidən olan bir qrupla birgə işləyir.

"Dərman nəqliyyat vasitəsi ilə birbaşa onlara göndərilir", - o deyir.

Daulatdiya fahişəxanasında isə adının çəkilməsini istəməyən daha bir qadın seks işçilərinin uşaqlarının qaldığı evdə yaşayan qızına baş çəkdikdən sonra geri qayıdıb.

O deyir ki, hətta fahişəxana yenidən açılsa belə, onun fəaliyyətinin əvvəlki səviyyəyə qayıtması çox çəkəcək.

"Bizə gəlmək istəyənlər infeksiyaya yoluxacaqlarından qorxur, - o deyir. - Biz də qorxuruq. Biz infeksiyaya onlardan yoluxa bilərik. Hər dəfə infeksiyaya yoluxmaq qorxusu özünü göstərəcək".

Əlavə məlumatı Salman Saeed təqdim edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ