SON DƏQİQƏ

“Qadın lütlənəndə, araq içəndə özünü azad sanırsa – vay o azadlığa!..” - Fikir savaşı

Tarix:21-08-2018, 19:11

Amma fahişəliyini gözü ilə görsə belə, hər hansı bir qadın haqqında nanəcib arvadlar kimi qeybət edən, xəbərlər yayan da kişi deyil...

Olan-qalan torpağımızın dörddə biri də əsrin dörddə biri müddətində erməni (!) tapdağı altında qalan bir vaxtda bizim mediada, telekanallarda müzakirə olunan, reytinq zirvələrinə ucalan mövzulara bir baxın: filan qadın sənətçi belə soyundu, belə çılpaq pozalar göstərdi, filankəsin biabırçı videoları yayıldı, bəhmənkəsin sinəsi çöldə qaldı və s.
***
Azərbaycan kişisi Azərbaycan qadınının biabır olmasından ləzzət alırsa, o, kişi deyil...
***
Hətta həmin qadının fahişəliyini gözləri ilə görsə belə, kişi olan kəs, müsəlman olan kəs, başqasının və xüsusən qadının eybini, günahını örtər, nanəcib, qeybətcil  arvadlar kimi ağzını boş qoyub bildiyini də, bilmədiyini də danışmaz, yaymaz...
***
Müsəlman, Azərbaycan kişisi dinindən, milliyyətindən asılı olmayaraq naməhrəm qadının teleekranda, restoranda, striptiz salonunda, yaxud, sadəcə, öz qarşısında soyunmasından ləzzət alaraq ölkədə, cəmiyyətdə əxlaqsızlığın, fahişəliyin çoxalmasına şərait yaradırsa, onun kişilikdən, müsəlmanlıqdan, vətənpərvərlikdən danışmağa haqqı yoxdur...
***
Belə "kişi” adlananları başımıza çıxartıdığımızdan erməniləri torpaqlarımızdan çıxara bilmirik...
***
Amma qadın da lütlənəndə, araq içəndə, nəşə çəkəndə, gündə özünə bir sevgili tapanda azad olursa, özünü azad sanırsa- vay o azadlığa!..
*** 
Cəfər Cabbarlı dahi idi, amma ən böyük səhvlərindən biri müsəlman, türk, Azərbaycan qadınının  çadranı, hicabı atmaqla azadlığa çıxdığını təbliğ etməsi oldu...
*** 
Azadlığın mahiyyətini Amerika, Avropa dermokratiyası üslubunda  anlayanlar elə düşünür ki, insan nəfsinin hər istədiyini edəndə; doyunca pullananda, yeyib-içəndə, iblisanə Qərb musiqiləri altında cin kimi atılıb-düşüb "bravo” qışqıranda,  qumar oynayanda, ürəyi infarkt olunca intim əlaqələrə girəndə azad olur...
*** 
Ey belə düşünən bədbəxtlər, siz azad olmursuz, siz öz nəfsinizin və son nəticədə Şeytanın köləsi olursuz...
*** 
Eləcə də qadınlar hicab bağlamayıb, əndamını çöldə qoyub az qala tamam lüt gəzirsə, alkoqollu içki qəbul edirsə, siqaret çəkirsə, gündə bir sevgili tapırsa, bu- azadlıq sayılmır, bu, öz istəklərinin, şəhvətinin köləsi olmaq, qadınlığını, analığını, insanlığını itirməkdir... Belələri bir çox əcnəbi məşhurlar kimi qocalanda tənha qarıya dönərək narkoman, alkoqolik kimi məhv olur...

Sultan Laçın 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ