SON DƏQİQƏ

“Yüksək potensiallı” şəxsiyyətin sirrləri

Tarix:15-08-2018, 13:57

Siz hər şeylə maraqlanan, diqqətli və rəqabətcilsiniz? Siz həmçinin "yüksək uyğunlaşma", "qeyri-müəyyənliyi asanlıqla qəbul etmə" və "risk yanaşması" kimi xüsusi bilinməz keyfiyyətlər maliksiniz?

Elədirsə, təbriklər! Son bir psixoloji araşdırmaya görə, bu altı xüsusiyyət uğurlu həyatın təminatçısı sayılan "yüksək potensiallı" şəxsiyyəti formalaşdırır.

Həqiqət, əlbəttə ki, özündə bir nüansı saxlayır. Keyfiyyətlərinizi artıq nümayiş etdirmək fəaliyyətinizi ləngidə bilər və hər spektr üzrə hansına daha uyğun olduğunuz bilməlisiniz. Uğur qazanmağın əsas sirri zəif tərəflərinizi nəzərə alaraq, gücünüzdən tam istifadə etməkdir.

Amma bu yeni yanaşma, şəxsiyyətimizin iş həyatımıza təsirinin yollarını öyrənmək üçün irəli atılan yeni bir addımdır.

Şəxsiyyətimizin işdə üzə çıxan yanını ələ almaq cəhdləri keçmişdə heç də uğurlu alınmayıb. Hazırda istifadə olunan ən məşhur testlərdən biri Myers-Briggs Növ Göstəricisidir (MBTI). Bu üsul vasitəsilə insanları "introversiya/ekstraversiya" və "düşünən/hissiyyatlı" olaraq müxtəlif düşünmə tərzlərinə ayırmaq mümkündür.

ABŞ-da 10 şirkətdən doqquzu işçiləri izləmək üçün Myers-Briggs sistemindən istifadə edir. Təəssüf ki, bir çox psixoloqlar, müxtəlif kateqoriyaların arxasında yatan məntiqin köhnəldiyi və fəaliyyətin əsl ölçüləri ilə üst-üstə düşmədiyi qənaətindədirlər.

Bir tədqiqat göstərib ki, MBTI menecer çərçivəsindəki uğurları müəyyənləşdirmək üçün yaxşı deyil. Bəzi tənqidçilər hətta, onun yalançı elm olduğunu iddia edirlər.

"Başlanğıc üçün yaxşı vasitədir, lakin fəaliyyəti ölçmək üçün geniş miqyasda istifadəyə yaramır və ya yaxşı nəticələr göstərən namizədləri axtarıb-tapmaq mənasında işləmir," Yüksək Potensial (High Potential) adlı kitabın həm müəllifi psixoloq Ian MacRae deyir.

Psixoloji tədqiqatların daha yaxşı nəticələr əldə edəcəyi son yeniliklərə nəzərən McRae və London Kollec Universitetindən Adrian Furnham müəyyənləşdiriblər ki, işdəki uğura bağlı olan altı keyfiyyət mövcuddur. Onlar bu keyfiyyətləri Yüksək Potensial Xüsusiyyət İnventarı (HPTI) ilə birləşdiriblər.

Human potentialFotonun müəllifiURBANCOW // GETTY IMAGES

MacRae, ekstremal halda hər bir keyfiyyətin çatışmazlıq ilə müşayiət oluna biləcəyinə diqqət çəkir. Yəni, hər bir keyfiyyət optimal dəyərə malikdir. O həm də vurğulayır ki, hər keyfiyyət üçün nisbi mühümlük gördüyünüz işdən asılı ola bilər. Müəyyən vəzifədə uğurlu olmaq üçün xüsusi qaydalara uyğunlaşmaq lazımdır.

Həmin keyfiyyətləri təqdim edirik:

Diqqətlilik

Diqqətli insanlar planlara sadiq qalırlar və hər şeyi hərfbəhərf yerinə yetirirlər. Onlar ani həyəcanları ələ almaq qabiliyyətinə malikdirlər və ağılla qərar verirlər. IQ-dən sonra diqqətlilik təhsil kimi həyati vacib amilləri ən yaxşı müəyyənləşdirə bilən keyfiyyət hesab olunur. İşdə isə diqqətlilik yaxşı strateji planlama üçün vacibdir. Amma həddən artıq diqqətli olmaq siz sərt göstərə bilər.

Uyğunlaşma

Hər kəs həyatda çətinliklə qarşılaşır, amma tez uyğunlaşmağı bacaran insanlar təzyiq altında belə, problemlərlə daha asanlıqla mübarizə apara bilirlər. Onlar hətta neqativliyin davranış və qərar vermə qabiliyyətinə təsir etməsinə də imkan vermirlər. Bu keyfiyyət üzrə aşağı göstəriciyə malik insanlar işdə də müvəffəqiyyətsiz olurlar. Lakin düzgün düşüncə tərzi ilə bu təsirləri azaltmaq mümkündür. Müxtəlif araşdırmalar da göstərib ki, stressli vəziyyəti inkişaf üçün potensial mənbə kimi görməyi bacarmaq, insanların neqativ vəziyyətlərdən daha tez və daha məhsuldar çıxmasına səbəb olur.

Qeyri-müəyyənliyin qəbul edilməsi

Tapşırıqların yaxşı müəyyənləşdirilmiş və proqnozlaşdırıla bilən olmasına üstünlük verirsiniz? Yoxsa məchul sonluq sevirsiniz? Qeyri-müəyyənliyə qarşı yüksək tolerantlıq göstərən insanlar, qərar verməmişdən əvvəl müxtəlif aspektləri sınamağa açıq olurlar və bu da onların fikirlərində daha az doqmatik və daha çox nüanslara diqqət edən xasiyyətlərinə bir işarədir.

"Qeyri-müəyyənliyə qarşı daha az tolerantlıq diktatorluq xarakterindən xəbər verir," MacRae deyir.

"Onlar mürəkkəb mesajları birmənalı yozmağa çalışırlar və bu isə tipik dağıdıcı liderlik əlamətidir."

Ən mühümü isə məchul gedişatı qəbul edə bilən kəs, asanlıqla dəyişikliyə reaksiya verir və mürəkkəb, çox şaxəli problemlərlə mübarizə aparır. Məsələn, iqtisadi iqlim və ya yeni texnologiyanın inkişafı kimi.

"Biz liderlərin müxtəlif fikirlərə qulaq asmaq, mürəkkəb arqumentləri qəbul etmək və onları asanlaşdırmaq əvəzinə tədbirli yollarla yanaşmaq bacarığına malik liderləri müəyyənləşdirməyə çalışırıq," McRae əlavə edir.

"Və biz tapmışıq ki, lider vəzifələrdə daha yuxarı yerləri tutduqca bu, qərar vermək üçün daha güclü amilə çevrilir."

Qeyri-müəyyənliyə daha gec alışmaq xasiyyəti isə heç də həmişə çatışmazlıq sayılmamalıdır. Müəyyən sahələrdə - məsələn, qanunvericilik - proses əsnasında qaydalar əsasında yanaşma daha əlverişli olur.

Maraq

Digər əqli keyfiyyətlər ilə müqayisədə maraq, psixoloqlar tərəfindən qulaqardına vurulub. Lakin son araşdırma göstərib ki, yeni ideyalara həqiqi maraq iş prosesinə bir çox üstünlüklər gətirir: istifadə etdiyiniz proseduralarda daha yaradıcı və uyumlu olduğunu mənasına gələ bilər, yenilikləri daha asan öyrənməniz üçün kömək olar, işinizə qarşı sevginizi artıra bilər və sizi yorğunluqdan qoruyar.

Amma artıq maraq insanın bir layihəni başa vurmamış digərinə qonmasına səbəb olan "kəpənək effekti" yarada bilər.

Risk yanaşması (və ya cəsarət)

Potensial xoş olmayan qarşıdurmadan utanırsınızmı? Yoxsa uzunmüddətli faydalara çatmaq üçün bilə-bilə qısamüddətli narahatlığın üzərinə yeriməyə üstünlük verirsiniz? Heç təəccüblü deyil ki, müqavimət olduqda belə, ümumi fayda naminə çətin vəziyyətlərlə mübarizə aparmaq bacarığı menecerlik vəzifələri üçün vacib əhəmiyyət daşıyır.

Rəqabətlilik

Şəxsi uğura can atmaqla başqalarına qarşı qeyri-sağlam qısqanclıq bəsləmək arasında incə bir xətt mövcuddur. Yaxşı halda rəqabətlilik bir addım irəlidə olmaq üçün güclü motivasiya olursa, pis halda komandaların parçalanmasına səbəb olur.

Birlikdə bu altı keyfiyyət özündə iş performansına (xüsusilə də lider vəzifələrdə olan şəxslərin) təsir göstərən müxtəlif meyarların təkmil anlayışını birləşdirir.

MacRae və Funham şəxsi xasiyyətləri hələ buraya daxil etməyiblər. Misal üçün ekstarversiya-introversiya bölgüsü bizim müəyyən sosial vəziyyətlərə münasibətimizi təyin edə bilər. Amma bu, ümumi iş performansına çox az təsir göstərir. Başqa insanlarla yaxşı yola getmək keyfiyyəti isə professional uğuru proqnozlaşdırmırmış.

HPTI-dakı hər bir keyfiyyəti ölçmək üçün iştirakçılar verilən fikirlərlə nə qədər razı olub-olmadıqlarını göstərməlidirlər. Məsələn, "işdəki rolumu dəqiq anlamayanda əsəbləşirəm" (qeyri-müəyyənliyə qarşı münasibəti aşkarlamaq üçün) və ya "şəxsi hədəflərim işlədiyim təşkilatın hədəflərindən üstündür" (diqqətliliyi ölçmək üçün).

MacRae artıq HPTI-yı müxtəlif sektorlar üçün aktivləşdirib. Misal üçün, bir neçə il ərzində çoxmillətli təşkilatların biznes liderlərinin performansını yoxlayaraq.

Araşdırma hələ də davam edir, amma ötən il dərc olunan yazı göstərib ki, bu keyfiyyətlər uğurun subyektiv və obyektiv ölçülərini öncədən təyin edə bilər. Bir analizdə iştirakçıların 25 faizinin cavabları gəlir fərqlərini izah edib. Bu isə əksər fərqlərə izah vermək gücündə olmasa belə, kifayət qədər güclü korrelyasiya təşkil edir (və deyək ki, zəkanın təsiri ilə müqayisə ediləndir).

Araşdırmada uğuru müəyyən edən ən güclü keyfiyyətlərin rəqabətlilik və qeyri-müəyyənliyi qəbullanma olduğu aşkarlanıb. Diqqətlilik isə məmnuniyyətin subyektiv ölçüsünü proqnozlaşdıran keyfiyyət imiş.

MacRae və Funham həmçinin bu keyfiyyətlərin IQ - işdəki uğurun digər vacib təyinatçısı - ilə əlaqəsini də yoxlayıblar və onların arasında kiçik uyuşma aşkarlayıblar.

Bəs bütün kriteriyaya cavab verən şəxs ola bilərmi? MacRaenin mənə dediklərindən belə aydın oldu ki, o, bir neçə şəxsin cavab verə bildiyini düşünür. Onlardan biri də Kanadada bir bankın baş icraçı direktorudur.

"O, demək olar ki, bütün keyfiyyətlərə optimal cavab verib," MacRae deyir.

"Və boynuma alım ki, bir az qorxulu görünmüşdü."

Qorxu hissinə baxmayaraq, həmin şəxsin unikal xasiyyəti görüş boyunca özünü büruzə verib.

"O cür insanla işləmək bir az qorxuducu görünsə də, bir şeydən əmin olacaqsınız - həmin şəxsə çəkinmədən inana, etibar edə və hörmət edə bilərsiniz."

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ