SON DƏQİQƏ

'Ağazadələr' – İran elitasının uşaqları

Tarix:3-08-2018, 12:49

ran səfirlərindən birinin oğlunun dəbdəbəli toyu barədə xəbərin ölkənin 82 milyonluq əhalisinin əksəriyyətinin çətin dolandığı vaxtlarda yayılması geniş ictimai tənqidə səbəb olub.

Məqalədə deyilir ki, ab-hava Tehranın Danimarkadakı səfirinin oğlu Amir Mohsen Moradian-la İranın geyim dizaynerlərindən və modellərindən biri Anashid Hosseini-nin dəbdəbəli Şahrək Qərb məhəlləsindəki lüks restoranda keçirilmiş toyundan əvvəl də əsəbi idi.

Gəlin Hosseini
Gəlin Hosseini

 

İranın milli valyutası rialın məzənnəsi ABŞ prezidenti Donald Trump-ın İran neftinin satışına qadağanı barədə xəbərlərdən sonra daha da düşüb. Ötən ilin dekabrında və bu ilin yanvarında ölkəni bürümüş antihökumət etirazların;n hərarəti hələ də hiss olunur.

Prezident Rohani 2017-ci ilin seçki kampaniyasında yeni iş yerlərinin yaradılacağını vəd etmişdi, lakin indi qarşıdan gələn ayların iqtisadi-sosial baxımdan daha ağır olacağı, Tehran, İsfahan və Kərəj kimi şəhərlərdə etirazların bərpa olunacağı gözlənilir.

Və belə bir vaxtda Moradian-Hosseini izdivacının dəbdəbəsi barədə xəbərlər yayılıb. Adamlar bu toya "milyardlarla” rialın xərcləndiyi barədə dedi-qodu edirlər. Bu toyda çəkilmiş fotolarda qonaqların arasında hökumət rəsmiləri də görünür.

Populyar Fararu saytı yazır ki, bu "ecazkar” toy, yetkinlik yaşına çatmış 12 milyon iranlının özünə toy etmək imkanı olmadığı vaxtda keçiriluib.

Dəbdəbəli toy bəzilərini İranda getdikcə artan ədalətsizlik və bərabərsizliyin olmasına inandırıbsa, digərləri bunu rəsmilərin "inqilabın ideal və dəyərlərindən aralanması” kimi qiymətləndiriblər.

Bwtwn bunlar cəmiyyətdə imtiyazlıların uşaqları – "ağazadələr” barədə debatları yenidən körükləyib.

Bu İslam respublikasının sonudurmu?

İnternetdə yayılmış toy fotolarını görəndən sonra mühafizəkar ruhanilərdən biri deyib ki, belə hadisələr ölkənin dini hakimiyyətinə son qoyacaq.

Seyid Mohammad Mehdi Sadrolsadati İran inqilabının rəhbəri ayətüllah Khomeini-ni yada salaraq yazır: "Bəlkə imamın rəsmilərin həyat tərzlərinə dair nəsihətləri düzgün deyil?”

Müqəddəs şiə şəhəri Qumda yaşayan Sadrolsadati rəsmilərin həyat tərzi sahəsində heç bir "siyasi mülahizələrə” varmadan şəffaflığın təmin edilməsini təbliğ edir.

Gəlinə "ayıb” olsun!

Cəmiyyətdə tənqidin əsas ağırlığı gəlinin – Hosseini-nin üzərinə düşüb. O müsahibələrindən birində demişdi ki, yalnız xarici brendləri geyinir və alış-veriş üçün də xaricə yollanır.

Bir çox iranlılar gəlinin Instagram-a qoyulmuş şəkillərini postlayırlar, amma bu zaman fotolardakı çanta və geyimlərin üzərinə qiymət "yapışdırılar”.

İstifadəçilərdən biri diqqəti belə bir məqama çəkir ki, xanım Hosseini islami hicabı və bahalı brendləri təbliğ edir.

Sosioloq Saeed Saraf Twitter-də yazır ki, "İranın inqilabi gəncliyi lüks çadralı və kosmetikalı qadınların ardınca gedir”.

 

ÖLKƏ İÇİ