SON DƏQİQƏ

Dünyanın ən güclü pasportları - Azərbaycanın siyahıdakı yeri...

Tarix:10-07-2018, 14:55

BŞ-ın "Henley and Partners” şirkəti dünya ölkələrini pasport reytinqinə görə sıralayıb.

 

 Azərbaycan pasportu siyahıda 6 ay əvvəlkinə nisbətən 1 pillə irəliləyərək, 69-cu pillədə qərarlaşıb. Milli pasportumuzla dünyanın 67 ölkəsinə vizasız səfər etmək mümkündür.

 

Fevral ayında açıqlanan reytinqdə 188 ölkəyə vizasız səfər etmək imkanı tanıyan Almaniya bu dəfə 1 pillə geriləyib. İlk pilləyə isə Yaponiya (189) və Sinqapur (189) yüksəlib.

 

Üçüncü pillədə isə 7 ölkə - İspaniya, İtaliya, Finlandiya, Fransa, İsveç və Cənubi Koreya yer alıb. Ukrayna 38-ci pillədə (128 ölkəyə vizasız səfər etmək imkanı), Qazaxıstan (76 ölkəyə) 66-cı pillədə qərarlaşıb. Rusiya isə 46-cı pillədədir. Rusiya pasportu 118 ölkəyə vizasız səfər imkanı verir.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ