SON DƏQİQƏ

Qəddafinin gizli fobiyaları- Lift, vertolyot və başqa qorxularının səbəbi

Tarix:10-07-2018, 13:22

2011-ci ildə xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muəmmar Qəddafi barəsində şayiə, rəvayətlər bitmək bilmir. Bunun bir səbəbi də sabiq diktatorun özü olub. Gəncliyindən ta ölümünə qədər dövləti idarə edən Qəddafi özü haqqında çox bilgiləri gizli saxlayıb. Hətta doğma ailə üzvəri belə onun kimliyi, uşaqlığı barəsində çox az nələrisə biliblər. 

Lakin elə məsələlər var idi ki, onlar həm Muəmmarın ailəsinə, yaxın çevrəsinə, həm də qorumalarına da məlum idi. O, özünü bir çox məqamları ilə gizli saxlaya bildi. Bəlkə də ən yaxın adamı belə Qəddafinin nə qədər sərvəti olduğundan xəbərsiz idi. Amma fobiyalarını hamı bilirdi:

1.Yaşlanmaq qorxusu – O, 1942-ci ildə anadan olub. Cəmi 27 yaşında olarkən, çevriliş nəticəsində hakimiyyətə gəlib. Gənc ikən əlində böyük səlahiyyət cəmləyən Muəmmar bəlkə də hər zaman özünü həmin 27 yaşlı insan kimi görməyə çalışıb. Lakin insan bioloji varlıqdır və həyatın da öz qanunauyğunluqları var. Liviyaya 30 ildən çox başçılıq edən Qəddafi də qocalmaya bilməzdi. Amma hər zaman buna qarşı çıxmağa çalışıb. Deyilənlərə görə, o, bundan ötrü estetik cərrahiyədən də çəkinməyib. Qəddafi öləndən sonra bu əməliyyatları aparan həkimlərin dedikləri də faktı bir daha təsdiqləyir. 2011-ci ildə linç edilən Qəddafinin üz cizgilərində də bu sevdanın nişanələrini sezmək olar;

2.Su üzərində hərəkət – Avropa mediasında yazılanlara inansaq, o, su üzərində hava nəqliyyatı–təyyarə, vertalyot-ilə uçmaqdan çox qorxarmış. Ayrı-ayrı ölkələrə gedən Muəmmarın bu fobiyası yaxın çevrəsi və mühafizəçilərinə də məlum idi. Lakin bu,bəzən qaçılmaz olurdu. Uzaq Liviyadan hansısa Avropa, Asiya ölkəsinə gedərkən okean, dənizlər üzərindən də keçməli olurdular. Bu zaman isə Qəddafinin ovqatı heç də yaxşı olmurdu.

3.Qapalı məkan və lift qorxusu – Çox maraqlıdır, öz zəhmi ilə ətrafındakı insanları qorxu altında saxlayan Qəddafi qapalı məkanlardan, xüsusilə də liftdən çox qorxarmış. Onun liftdən ümumiyyətlə, istifadə etmədiyi deyilir. Bu, bir rəhbər üçün nə qədər inandırıcı görünməyən fakt olsa da, qeyri-adi xarakterə malik  Qəddafinin ömrü boyu liftdən imtinası mümkün sayıla bilər. 

O, tək lift yox, başqa qapalı məkanlarda da tək başına  qalmaqdan çəkinərmiş. Halbuki, əksər vaxtlarda tək qalmağa üstünlük verən, demək olar ki, əksər adamla ünsiyyət qurmayan Qəddafi, başqa ölkələrə gedəndə də çadırında tək-tənha qalarmış. 

4.Hündürlük qorxusu – Qəddafinin hündür yerlərə qarşı da ciddi fobiyası olduğu deyilir. Bu, bütün insanların yaşaya biləcəyi bir psixoloji hadisədir. Yəni, kimin rəhbər, kimin isə sıravi insan olmasına baxmaz. Odur ki, bu fobiyanın səbəbləri və təfərrüatları üzərində çox dayanmırıq;

5. Sağlamlıq qorxusu – Deyilənlərə görə, daha doğrusu, Avropa, Rusiya və Türkiyə mətbuatında Qəddafi haqqında yazılanlara əsasən, o, sağlamlığına qarşı çox həssas olub. Bütün ömrü gərgin idarəetmə işlərində keçib. Bu, onun səhhətinə də müəyyən təsirini göstərmişdi. Odur ki, orqanizminə çox həssas yanaşır, sarışın avropalı tibb bacısını heç zaman yanından ayırmırmış.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ