SON DƏQİQƏ

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

Tarix:23-10-2017, 13:30


 

Ölkədə qeyri-neft sektorunun inkişafı və bu sahədən ixracın getdikcə artırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. Bu arada Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin oktyabrında Milli Məclisdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qəbul edilən Qanunun fəaliyyət müddəti başa çatır. Qeyd olunan sənəd vergi istisna olmaqla, dövlət orqanlarının sahibkarlıq subyektlərində həyata keçirdiyi yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tuturdu.

Hazırda sözügedən qanuna dəyişiklik təklif edilir. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli  məsələ ilə bağlı  açıqlama verib.

 

Deputat bildirib ki, yoxlamaların azaldılması barəsində Prezidentin verdiyi qərar müsbət qiymətləndirilməlidir.

"Həmin qərara kimi sahibkarlıq sahəsində 60 minə qədər yoxlama aparılırdısa, bu rəqəm bir il ərzində 62-yə enmişdi. Yoxlamaların sayı təxminən min dəfəyədək azalmışdı. Bu yoxlamaların azaldılmasında sui-istifadə halları ola bilər. Amma bundan qorxmaq lazım deyil. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” yeni sənəddə dərman ləvazimatlarının və ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək üçün müəyyən istisnalar var. Dərman və ərzaq məhsulları insan həyatı üçün təhlükəli olduğundan ona görə də qanunvericilikdə bunlar istisna göstərilib. O sahədə keyfiyyət və təhlükəsizlik baxımdan davamlı yoxlamalar aparılacaq. Amma ümumilikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılır”.

 Ə.Məsimli deyir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı sui-istifadə hallarına yol verilirdi. 

"Hesab edirəm ki,  dərman ləvazimatları və ərzaq məhsulları sahəsində davamlı yoxlamalar aparmaq lazımdır. Amma digər sahələrdə əsasız yoxlamalrı aradan qaldırmaq daha düzgün olar. Çünki sahibkar azad surətdə nəfəs almalıdır ki, normal fəaliyyət göstərsin. Bunun üçün də mane olan bütün amillər aradan qaldırılmalıdır. Bunlardan biri də yoxlamalardır. Çünki beynəlxalq təcrübədən məlumdur ki, hansı ölkədə biznesmenin vaxtı daha çox məmura sərf olunur orada biznes inkişaf etmir. Hansı ölkədə biznesmenin vaxtı məmura sərf olunmir orada biznes inkişaf edir. Biznes olmadan iqtisadiyyatı gücləndirmək, orta təbəqənin dairəsini genişləndirmək və əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkün olmur. Ona görə də biznesə geniş meydan vermək lazımdır”.

 
Qeyd edək ki, oktyabrın 19-da Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik müzakirə edilib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ