www.DOGRU.tv - Onlayn Televiziya » Manşet » manset2 » Deputat - icra başçısı davası: bəzi millət vəkillərini bölgələrə buraxmırlar Bu rayonlar hansıdır?

Deputat - icra başçısı davası: bəzi millət vəkillərini bölgələrə buraxmırlar Bu rayonlar hansıdır?

Bölmə: Manşet » manset2
Deputat - icra başçısı davası: bəzi millət vəkillərini bölgələrə buraxmırlar Bu rayonlar hansıdır?
Son illər bölgələrdən seçilmiş bəzi deputatlarla rayon icra başçıları arasında problemlər yaşanır. Milli Məclisin bəzi üzvləri deputat seçildikləri bölgələrdə yerli məmurlarla dil tapa bilmirlər. Bunun əsas səbəbi İcra hakimiyyətlərinin başçıları tərəfindən deputatlara ciddi maneələrin törədilməsidir.
Milli Məclis üzvləri dəfələrlə icra başçısı-deputat münasibətlərinin gərgin olduğunu etiraf ediblər. Hətta bəzən tədbirlərə belə dəvət olunmayan millət vəkilləri “kiçik padşahları”n ucbatından rayon sakinləri ilə görüşüb onların problemlərini dinləyə bilmirlər. Deputatların seçicilərlə xəbərsiz görüşməsi isə bəzən yerli məmurların xoşuna gəlmir.

Müşahidələr göstərir ki, yerlərdən deputatlara ünvanlanan şikayətlər əsasən sosial problemlərlə əlaqədardır. Həmin problemlərin isə rayon İcra hakimiyyətlərindən qaynaqlandığı heç kimə sirr deyil. Millət vəkilləri deyirlər ki, öz seçicilərinin problemlərinin həlli ilə məşğul olarkən icra başçıları bunu qısqanclıqla qarşılayır, bir sözlə, onlara maneçilik törətməyə çalışırlar. Belə olan halda deputat ona ünvanlanan hansısa sosial məsələni həll edə bilmədiyinə görə, öz seçicisi qarşısında xoşagəlməz vəziyyətdə qalır.

Bəzi rayonlarda isə deputatların icra strukturlarından asılı olması barədə məlumatlar var. Hətta iş o yerə çatıb ki, bir sıra rayonlarda tərəflər arasında münasibətlərin münaqişə həddinə çatdığı qeyd olunur.

Qeyd edək ki, icra başçısı-deputat münasibətlərinin gərginliyinə dair mətbuatda indiyədək kifayət qədər məlumatlar yer alıb və əksər hallarda həmin informasiyalar deputatlar tərəfindən təsdiqlənib. Məsələn, Gəncədə də İcra Hakimiyyətinin başçısı ilə bu şəhərdən seçilən deputatlar arasında olduqca sərin münasibətlər hökm sürməkdədir. Bundan başqa Xaçmaz, Goranboy, İmişli, Qusar, Yevlax rayonlarında, Mingəçevir, Sumqayıt kimi şəhərlərdə də icra başçılarının həmin bölgələrin deputatlarını eşitmək istəmədiklərinə dair yetərli məlumatlar var.

Yerlərdə məmurların deputatlara bu cür soyuq münasibəti sonda vətəndaşa ziyan vurur. Adi bir problemini həll etməyə çalışan rayon sakini bu cür münasibətlərin nəticəsində iki tərəf arasında get-gələ düşür. İdarələrdəki süründürməçilik, vətəndaşda məmura qarşı yaranan inamsızlıq sonda hökumətə qarşı çevrilir..
Qeyd edək ki, düputatları rayonlara buraxmayan icra başçıları Lənkəran , Füzuli, Ağsu, Siyəzən və digər rayonlar da vardır ki, bu haqda daha ətraflı məlumat verəcəyik.
Bizi izləyin