www.DOGRU.tv - Onlayn Televiziya » Manşet » Manşet1 » Rаmаzаn ayı başlayır (ОRUCLUQ TƏQVİMİ)


Rаmаzаn ayı başlayır (ОRUCLUQ TƏQVİMİ)

Bölmə: Manşet » Manşet1
Rаmаzаn ayı başlayır (ОRUCLUQ TƏQVİMİ)

Bu il Оrucluq - Rаmаzаn ayı iyunun 29-da başlanır. İyunun 28-i оrucluğun niyyət gecəsidir.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazilər Şurası Rаmаzаn ayının başlanması ilə bağlı verdiyi fətvada belə deyilir.

Rаmаzаn bayramı iki gün – 28 və 29 iyulda keçiriləcək. Bayram namazı iyulun 28 və ya 29-da qılınacaq.

QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Rаmаzаn ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

QMİ mübarək Rаmаzаn ayında hamını səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb.

ОRUCLUQ TƏQVİMİ

Rаmаzаn ayı başlayır (ОRUCLUQ TƏQVİMİ)


İmsak vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir.

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr: Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zərdab +9.

RАMАZАNIN TARİXİ

Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Оruc Rаmаzаn ayında tutulduğu üçün ona «Rаmаzаn оrucu» da deyirlər.

İslamda ilin ayları arasında Rаmаzаn ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə «on bir ayın sultanı» da adlandırırlar, çünki bu ayın gecələrinin birində Qurani-Kərim nazil olub.

QƏDR GECƏLƏRİ

Həmin gecəyə «qədr» və ya «əhya» gecəsi deyilir. Qədr gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Rаmаzаn ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.

İslamşünasların fikrincə, bu gecə Rаmаzаn ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir.

2014-cü ildə Qədr gecələri iyulun 16-dan 17-nə, iyulun 18-dən 19-na, iyulun 20-dən 21-nə keçən gecələrə düşür.


Qafqaz Müsəlmanları İdarəsi
ОRUC TUTANLAR NƏLƏRƏ DİQQƏT ETMƏLİDİR?

Оrucluq vaxtı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, cinsi əlaqədə olmaq, və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, müharibədə olan əsgərlər, yolçular (səyyahlar) azad olunurlar.

RАMАZАN BAYRAMI

Оrucluğun başa çatdığı gün Rаmаzаn bayramı həm də Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar.

Rаmаzаn bayramı Azərbaycanda Milli Məclisin 1992-ci il 27 oktyabrda qəbul etdiyi qanunla qeyd olunmağa başlayıb.

Bu il Rаmаzаn bayramı avqustun 8-i? ya 9-na təsadüf edir.

FİTRƏ


Belqradda Rаmаzаn Bayramı qeyd olunur, 21 sentyabr 2009
Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.

DÜNYADA MÜSƏLMANLAR

Müxtəlif statistik məlumatlara görə Rаmаzаn bayramını dünyada yaşayan 1.5 milyarddan çox müsəlman bu və ya digər şəkildə qeyd edir.

Müsəlmanların ən çox yaşadığı ölkələr İndoneziya (195 milyon), Pakistan (160 milyon), Hindistan 140 milyon, Banqladeş (125 milyon), Türkiyə (72 milyon), İran (69 milyon), Misir (68 milyon), Nigeriya (70 milyon) və Çindir (20 milyon).

Müsəlman dövlətlərinin birləşdiyi İslam Konfransı Təşkilatıında 57 ölkə yer alır.

İslam Ərəbistan yarımadasında yaransa da, dünyada yaşayan müsəlmanların ancaq 15 faizə qədəri ərəblərdir.