SON DƏQİQƏ

SOCAR-ın şöbə müdirinin milyonlarla qiyməti olan istirahət mərkəzi – FOTOLAR

Tarix:13-09-2020, 15:20

Tikintinin aparıldığı ərazidə yerləşən göl də 20 illik icarəyə alınıb.Quba rayonunun 1-ci Nügədi kəndində 5 hektar ərazini əhatə edən "MACARA” istirahət mərkəzinin SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdiri Eldar Orucova məxsus olduğu bildirilir.

DOGRU.TV 7times.az-a istinadən  xəbər verir ki, tikintisinə 2016-cı ildə başlanılan kompleks artıq yekunlaşmaq üzrədir. Məsələ ilə əlaqədar olaraq tikintinin yerləşdiyi İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Babək Orucovla əlaqə saxladıq. Qeyd edək ki, Babək Orucov Eldar Orucovun doğma əmisi oğludur. Babək Orucov  həmin istirahət kompleksinin özünə aid olduğunu bildirib.

"Macara istirahət kompleksinin mənim əmim oğlu, SOCAR-ın İnsan Hüquqları Şöbəsinin müdiri olan Eldar Orucova heç bir aidyyyatı yoxdur. O kompleksi mən tikdirirəm”.

Qiyməti 10 milyon manatdan çox olan lüks istirahət mərkəzinin hansı vəsaitlə inşa etdirilməsi sualına isə icra nümayəndəsi belə cavab verib:

"Mənim şəxsi təsərrüfatım var. Ordan qazandığım pullarla tikdirirəm istirahət mərkəzini”.

Qeyd edək ki, tikintinin aparıldığı ərazidə yerləşən göl də 20 illik icarəyə alınıb. Həmin göl Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansındadır. Göl hasarlanaraq istirahət kompleksinin ərazisinə daxil edilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ