SON DƏQİQƏ

Pul bu şəxsləri o qədər qudurdub ki, artıq heç nəyi saymırlar”

Tarix:2-09-2020, 14:34

Cümşüd Nuriyev: "Pul bu şəxsləri o qədər qudurdub ki, artıq heç nəyi saymırlar”

Məlum olduğu kimi, Sosial Tədqiqatlar Mərkəzinin (STM) bu günlərdə yerli icra hakimiyyəti orqanları ilə bağlı sorğu keçirib. Sorğu nəticəsində yerlərdə əhalinin yarıdan çoxunun icra hakimiyyətlərinə etibar etmədiyi məlum olub.

 

Maraqlıdır, STM tərəfindən aparılan sorğunu nəticəsi rayonlarda icra hakimiyyəti orqanlarının yarıtmaz fəaliyyətinin daha bir təsdiqi hesab edilə bilərmi?

Açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev, bu sahədə vəziyyətin həqiqətən də acınacaqlı olduğunu vurğuladı:

 

"STM çox uğurlu bir tədqiqat aparıb. İlk dəfədir ki, Azərbaycanda rayonlardakı bu vəziyyətlə bağlı düzgün sorğu aparılıb.

 

Rayonlarda vəziyyət həddindən artıq gərgindir. Xalqla prezident arasında ən böyük uçurumu yaradan icra hakimiyyətləridir. Təzə təyin edilən bəzi icra başçıları ilə bağlı da müəyyən narazılıqlar var. Ancaq əsas narazılıq köhnə icra başçıları ilə bağlıdır. Onlar bir lənət olub millətin boğazına keçiblər. Pul onları o qədər qudurdub ki, artıq heç nəyi saymırlar.

 

Prezident rayonlara müxtəlif məsələlər – zəlzələ, yolların çəkilməsi, digər layihələrin icrası ilıə bağlı vəsaitlər ayırır. İcra başçıları tez çalışır ki, bunların hər birindən "öz payını” götürsün. 10-15 rayonu çıxmaq şərti ilə, köhnə icra başçılarının olduğu rayonların əhalisinin 80%-i onların fəaliyyətindən narazıdır. Bunu tam məsuliyyətılə deyirəm. Ən qorxulusu isə budur ki, onlar müxtəlif klanların üzvüdür. Bakıda onları qoruyanlar var. Prezidentə, I vitse-prezidentə rayonlardan ünvanalanan müraciətlərin çatması ilə bağlı problemlər var. Bunu mən özüm də sınaqdan keçirmişəm. Onlar həm prezidenti, həm I vitse-prezidenti xalq üçün əlçatmaz ediblər. Rayonlardan göndərilən şikayətlərin ünvana çatması əngəllənir. Ərizələr, şikayətlər kimlər üçünsə gəlir mənbəyinə çevrilir. Ölkə başçısına düzgün informasiya çatdırmırlar. Bu məsələnin də araşdırılamsına ehtiyac var.

 

Bütün problemlərin öhdəsindən gəlmək, təhlükələrdən sığortalanmağımız üçün hamımızın dövlətimizin, prezidentimizin ətrafında sıx birləşməyimizə ehtiyac var. Buna mane olan qüvvələrə qarşı ciddi tədbirlər görülməlidir”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ