SON DƏQİQƏ

Orta yaşlarda ürək xəstəliyi riskini azaltmaq mümkündürmü?

Tarix:10-01-2018, 01:58

Bu yaxınlarda açıqlanan bir araşdırma uzun müddətdir ki, fiziki cəhətdən aktiv olmayan və idman zalına getməyin artıq gec olduğunu düşünənlərə yeni ümid verə bilər.

Tədqiqatçılara əsasən orta yaşının sonlarına yaxınlaşmış şəxslər fiziki aktivlik sağlamlığı əhəmiyyətli şəkildə yaxşılaşdıra, ürək xəstəliyi riskini xeyli azalda bilər.

Bunun üçün 2 il ərzində həftənin 4 və ya 5 gününü fiziki məşqlərə həsr etmək lazımdır.Tədqiqata 45-64 yaşları arasında sağlam, amma fiziki cəhətdən aktiv olmayan 53 nəfər qatılıb.

Araşdırmalar göstərir ki, daimi və ya uzun müddət hərəkətsiz olanlarda ürək xəstəliyi riski daha böyükdür.

Araşdırma iştirakçıları iki qrupa bölündü. Bir qrup 2 il ərzində intensiv aerobik (oksigen dövriyyəsini artıran məşqlər) məşqlərlə məşğul olurdu. İkinci qrup isə həftədə 3 dəfə yoga, tarazlıq məşqləri və ağırlıq qaldırma ilə məşğul olurdu.

Aerobik idmanla məşğul olan qrupda oksigen səviyyəsinin artımı 18 faizə çatıb. Onlarda həmçinin ürəyin sol mədəciyinin "elastikliyi" 25 faizədək yaxşılaşıb. Hər iki amil sağlam ürək göstəricilərinə aid edilir.

Tədqiqatın müəlliflərindən Dr Benjamin Levine hesab edir ki, fiziki aktivlik dişlərin fırçalanması kimi şəxsi gigiyenanın tərkibi kimi qəbul olunmalıdır.

"Siz dişlərinizi fırçalayır, paltarınızı dəyişir, yemək yeyib su içirsiniz. Bunları şəxsi gigiyenanız üçün edirsiniz. Eynilə fiziki məşq də önəmlidir. Onu gündəlik fəaliyyətinizə daxil etməlisiniz."

Fiziki aktivlik 65 yaşına kimi başlanmalıdır, çünki daha sonra ürəyin elastikliyi və özünü bərpa etmək xüsusiyyəti azalır, araşdırmada göstərilir.

Araşdırmanın nəticələri Circulation adlı elmi dərgidə dərc olunub.

Təhlilçilərə görə araşdırma havanın çirklənməsi, fiziki aktivliyə meyllilik və pəhriz kimi bir neçə məqamı nəzərə almır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ