SON DƏQİQƏ

Prezidentlərin nüvə çemodanları ilə bağlı müdhiş faktlar

Tarix:5-01-2018, 21:55

ABŞ-ın sabiq prezidenti Barak Obamanın keçmiş fotoqrafı Pit Souza "İnstagram" səhifəsində ölkə başçısının Ağ Evin oval otağındakı masada olan nüvə düyməsinin fotoşəklini paylaşıb.

O, bu şəkili ABŞ prezidenti Donald Trampın KXDR lideri Kim Çen In ilə qiyabi mübahisə zamanı "mənim nüvə düyməm Şimali Koreya liderindəkindən daha böyük və güclüdür" deməsi fonunda internetə yerləşdirib.

"Xoşbəxtlikdən, burada qırmızı düymə müharibə başlamaq üçün deyil, köməkçini çağırmaq üçün istifadə olunur", - deyə Souza şəkilin altından yazıb.

Prezident gerbi üzərindəki lövhəcikdə belə yazılıb: "Çətin qərarlar qəbul etmək çətindir".

Fotoqraf bununla yanaşı, sosial şəbəkəyə Amerika prezidentinin nüvə çamadanını da yerləşdirib.

Obamanın keçmiş fotoqrafının bu paylaşımı bir çox məsələləri gündəmə gətirib.

Prezidentlər nüvə çamadanlarının necə olması, hansı funksiyanı daşıdığı, dövlət başçısı səfərlərə gedəndə nüvə ölkələrinin rəhbərlərinin bu çemodanları da nə üçün özləri ilə götürdükləri, nüvə silahının işə salınmasının tək bu düymədən asılı olub-olmaması maraq doğurur.

Politoloq Nəzakət Məmmədova bildirdi ki, nüvə silahı müasir dövlətin güc və qüdrətinin başlıca şərtlərindən biri olduğundan nüvə çemodanı da bu qüdrətin rəmzidir: "Heç təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri həm də nüvə klubunun üzvləridir. Bu dövlətlər hazırkı dünya sistemində əsas söz sahibi olan ölkələrdir. Nüvə silahının çəkindirici rolu daha böyükdür və məhz onun sayəsində soyuq müharibə dövründə iki fövqəldövlət müharibə etməkdən çəkindilər. Amerikalılar bəşəriyyətin taleyini həll edə biləcək nüvə düyməsi barədə zarafat etməyi xoşlayırlar. Əslində, bununla bağlı maraqlı hadisələr də baş verib. Məsələn, prezident Karter kodu pencəyinin cibində saxlayırdı və bir dəfə pencək kimyəvi təmizləməyə gedəndə, kod da yaddan çıxıb cibdə qalmışdı. Yaxud, Buş ancaq 11 sentyabr hadisələri vaxtı təyyarədə nüvə çemodanındakı təlimatla tanış olmuşdu. Ford və Klintonun prezidentliyi dövründə çemodan mühafizəsiz qalmışdı. Kodu saxlayan generallardan biri isə hətta 2000-ci ildə şifrəni itirdiyini etiraf etmişdi. Odur ki, Obamanın köməkçisinin bu sözləri zarafat kimi yozula bilər. ABŞ-da hərdən belə hallar olur ki, nüvə düyməsi ilə bağlı maraqlı hallar yaşanır. Nüvə çemodanı elektron-komanda qurğusudur və onun içərisində müəyyən şifrələr var.

Картинки по запросу politoloq nəzakət məmmədova

Nəzakət Məmmədova

Bu avtomatik idarəetmə qurğusu vasitəsilə dövlət başçıları strateji əhəmiyyətli raket qoşunları ilə əlaqə saxlayıb nüvə silahını işə salmaq əmri verə bilərlər. Dünyada faktiki olaraq 9 nüvə dövləti olduğundan belə çamadanların sayını da asanlıqla müəyyən etmək olar. Məsələn, Rusiyada nüvə çemodanı bir əsas (Ali Baş komandanda) və iki ehtiyat variantda müdafiə naziri və baş qərargah rəisində olur. SSRİ-də bu sistem 1983-cu ildə akademiklər tərəfindən hazırlanıb. Sonradan varis dövlət kimi Rusiyaya keçib və artıq 19 ildir ki, Medvedevin prezidentlik dövrü istisna olmaqla Putindədir. Təbii ki, bunu prezidentlər və onların mühafizə xidmətlərinin əməkdaşları yox, məsələn, ABŞ və Rusiyada hərbi-dəniz qüvvələrinin uniformasında olan rabitə qoşunlarının zabiti daşıyır. Çamadan özü isə diqqət çəkməmək üçün adi diplomat və ya portfel formasında olur.

Nüvə çemodanının bir prezidentdən digərinə ötürülməsi hakimiyyət təhvil-təsliminin ən mühüm məqamıdır. Bu, sanki keçmişdə kralların taxt-tacı və digər hökmdarlıq rəmzlərini hakimiyyət rəmzi kimi qəbul etməsinə oxşayır. 1991-ci ildə SSRİ tarixdən silindikdə əvvəlcə Qorbaçov nüvə çemodanını Yeltsinə vermiş, daha sonra isə Kreml üzərindəki sovet bayrağı endirilmişdi. Fövqəladə hallarda çemodanın kimə təhvil verilməsi də çox önəmlidir. Məsələn, Yeltsin ürək əməliyyatı keçirəndə çemodanını heç kəsə etibar etmədiyindən onu daşıyan zabitlər prezident mühafizə xidmətinin nəzarəti altında xəstəxanada gözləmiş, əməliyyat bitən kimi palataya aparıb təhvil vermişlər. Ümumiyyətlə, nüvə çemodanı, onun iş prinsipi və s. hər bir ölkədə dövlət sirri sayılsa da, bu barədə bəzi məlumatlar artıq çoxdan yayılıb. Məsələn, ABŞ-da nüvə çemodanı ölkənin strateji müdafiə sistemində mobil nöqtə sayılır və prezidentin stasionar-komanda məntəqələrindən kənarda olduğu vaxt nüvə başlıqlı raketləri işə salmaq əmri verə bilməsi üçündür. Ehtimal ki, çemodanda sputnik radioötürücü və müəyyən təlimat səciyyəli materiallar var. Materiallarda güman ki, ABŞ-ın raket zərbəsinin mümkün variantları və əks tərəfdən gələn cavab zərbəsi zamanı fövqəladə rejim şəraitində fəaliyyət qaydaları mövcuddur. Ağ Evin keçmiş hərbi ofisinin əməkdaşlarından birinin məlumatına görə çemodanda "qara kitabça" var ki, burada nüvə müharibəsi zamanı prezidentin təxliyə olunması, nüvə müharibəsinin mümkün ssenariləri barədə məlumat qeyd olunur. Bu materiallar ABŞ Mili Təhlükəsizlik Agentliyi və Milli Təhlükəsizlik Şurası, Rusiyada isə Müdafiə Nazirliyinin Strateji Təyinatlı Raket Qoşunları tərəfindən hazırlanır. Bəzən belə bir fikir irəli sürülür ki, "qızıl şifrə" adlanan və yalnız prezidentlərin bildiyi bu kodlar təhlükəsizlik nöqteyi-nəzərindən hər gün dəyişir. Lakin bu, belə deyil. Prezident qərar verir və onu Silahlı Qüvvələrin komandanlığına bildirir. ABŞ-da olan rəsmi məlumata görə, nüvə müharibəsi ilə əlaqədar və digər hallarda fövqəladə vəziyyət elan olunduqdan sonra harada olmasından aslı olmayaraq prezident 10 dəqiqə ərzində millətə müraciət etməlidir. Bu barədə də nüvə çemodanında təlimatın olması inandırıcı görünür. Nüvə çamadanı 18 kq ağırlığında olan metal, güllə keçirməyən, dəri örtüklə örtülüb”.

Картинки по запросу trump nuclear case

Xanım politoloq deyir ki, təlimata görə, prezident nüvə silahının tətbiqinə dair əmr verən kimi köməkçi dərhal portfeli açmalı, prezident mühafizəsi onun təhlükəsizliyini təmin etməli, prezident və köməkçisi mümkün variantları müzakirə etməlidir. Hansı raket növü ilə nüvə zərbəsini endirilməsi qərara alınan kimi köməkçi Pentaqonla əlaqə saxlamalıdır. Əgər raket zərbəsi ABŞ yox, digər dövlət tərəfindən endirilibsə, Pentaqonla yox, "Boeing-E4B" uçan komanda məntəqəsi ilə əlaqə saxlanılır və prezident "qızıl kodu" deyərək nüvə müharibəsini başlayır. Çemodanı daşıyan şəxs ABŞ prezidentinin ən etibarlı köməkçisi hesab olunur. O, prezidentə ən yaxın məsafədə olmalıdır ki, prezident üçün istənilən an nüvə çemodan əlçatan olsun. Köməkçi ABŞ-da hərbi qulluğa qəbulun ən üst formasını keçir, onun tərcümeyi-halı və əlaqələri olduqca diqqətlə yoxlanılır. Nüvə çemodanı ilk dəfə ABŞ prezidenti Kennedinin dövründə daşınan əşya formasında yaradıldı. SSRİ və ABŞ arasındakı raket böhranı zamanı artıq bu iki ölkə nüvə müharibəsi həddinə gəlmişdi və Kennedi qorxurdu ki, onun icazəsi olmadan müəyyən qüvvələr nüvə silahını işə sala bilərlər. Odur ki, bu məsələni tam nəzarətdə saxlamaq üçün çemodan hazırlanması əmri verdi”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ