SON DƏQİQƏ

“Hökumət həm də siyasi mesaj verir ki, kim xəbərim olmadan bununla məşğul olursa...”

Tarix:30-07-2020, 13:07

"Korrupsiya varsa, konkret olaraq cəmiyyəti parçalayırsa, buna qarşı mübarizə birmənalı olaraq dayanamadan aparılmalıdır”

Bunu açıqlamasında hüquq müdafiəçisi Ələsgər Məmmədli deyib. O, korrupsiyaya qarşı mübarizənin pandemiya dövründən sonra da aparılacağını bildirib:

"Korrupsiyaya qarşı mübarizə forması hansısa formada pandemiya ilə nə bir-birinə bağlıdır, nə də alternativdir. Korrupusiya varsa, konkret olaraq cəmiyyəti parçalayırsa, buna qarşı mübarizə birmənalı olaraq dayanamadan aparılmalıdır. İndiki halda korrupsiyaya görə həbs edilənlərin daha sonra məhkəmə tərəfindən istintaq müddətində onlara zaman tanınması hüquq prosesində normal haldır. Çünki araşdırma aparılır və bu müddət ərzində imkan verilir ki, bütün sübut və dəlillər məhkəməyə çatdırılsın. Hər halda bu proseslər pandemiyayla əlaqəli deyil və sonra da davam edəcək. Əvvəllər istintaq müddəti iki ay idi və sondaran isə dörd aya qədər uzadıldı ki, məhkəməyə lazım olan sənədlər təqdim edilə bilsin. Qaldı ki, ərzaq oğurlayan icra nümayəndələriylə bağlı da istintaq gedir və yəqin sonda tədbir görüləcək. Hökumət bununla həm də siyasi mesaj verir ki, yəni mənim bilgim olmadan kim bununla məşğul olursa, onun aqibəti bu cür olacaq”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ