SON DƏQİQƏ

"Bizi Rusiya ilə qorxudan tulalara səslənirəm, rusun gələcəyi varsa, görəcəyi də var" - VİDEO

Tarix:28-07-2020, 15:01

Dəyərli dostlarım, əziz qardaşlarım, Sizdən bir xahişim var!! Deməli, bir az əvvəl ermənicə bilən və erməni sayt, xəbər agentliklərini izləyən bir neçə dostum mənə zəng edərək ermənilərin Azərbaycan və Türkiyə ordularının Naxçıvanda, digər bölgələrimizdə keçirilməsi nəzərdə tutulan irimiqyaslı təlimlərdən təvişə düşdüklərindən, Paşinyandan təcili təhlükəsizlik şurasının iclasının çağrılmasını tələb etdiklərini xəbər verdilər.

Mənim əzizlərim, döyüş tək səngərdə getmir, bu eyni zamanda informasiya müharibəsidir. Ermənilər bizim sosial şəbəkəni diqqətlə izləyirlər. Odur ki, xahiş edirəm hamı diqqətli olsun! Elə statuslar yazın, elə video görüntülər paylaşın ki, şərəfsiz erməni daim təhlükəni başlarının üstündə hiss etsin. Mübarizlərin, Mirələmlərin, Şikarların Poladların, bir sözlə, qəhrəman əsgər və zabitlərimizin, şərəfli türk əsgərinin mübarizələrlə dolu həyatını əks etdirən videolar paylaşın. Allaha şükür ki, əlimizdə bununla bağlı kifayət qədər material var.
Türkiyə - Azərbaycan dostluğundan, qardaş ölkənin dövlət və hökümət rəhbərlərinin son çıxışlarını, bəyanatlarını paylaşın ki , düşmən daim vahimə içərisində yaşasın! Mənasız, məişət xarakterli status və paylaşmalardan imtina edin!!

Sonda bizi Rusiya ilə qorxudan tulalara səslənirəm. Rusun gələcəyi varsa, görəcəyi də var. Rus əsgəri , bəlkə , " ölməz Kaşşeydir" ? Bəlkə, rusa güllə dəymir ? Bəlkə, rusun ata - anası yoxmu öləndə yapışsın Putinin yaxasıdan ki , mənim övladımın Azərbaycanda nə işi var? Rusiya Çeçenstanın altını üstünə çevirmədimi? Adın da qoydu , separatizmə və terrorizmə qarşı mübarizə. Rusa olar, bizə yox? Ermənistanın yanında Rusiya varsa , bizim də yanımızda qardaş Türküyə , Pakistan var. Türkün də əlinin duzunu Rusiya İraqda, Suriyada və Liviyada gördü. Hamınızı bağrima basıb öpürəm. Tanrı Azərbaycanımızı, Türkiyəmizi qorusun !! Bu millətdən, bu dövlətdən can əsirgəyən namərddir!!!

Vaqif Əlisoy, Qarabağ Qazisi


 

 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ