SON DƏQİQƏ

Azərbaycan-İran sərhədində atışma olub, Çində "pandemiya potensialı" olan yeni qrip virusu tapılıb, Avropa İttifaqı qapılarını 14 "təhlükəsiz" ölkəyə açır

Tarix:30-06-2020, 14:10

Azərbaycan-İran sərhədində atışma olub, alimlər Çində "pandemiya potensialı" olan qripin yeni ştammını aşkarlayıb, ÜST koronavirus barədə xəbərdarlıq edib: "Ən pisi hələ qarşıda ola bilər", Avropa İttifaqı qapılarını hansı ölkələrin vətəndaşlarına açır? - bu və digər xəbərlər BBC News Azərbaycanın icmalında.

Bazar ertəsi günü Azərbaycanın İranla sərhədində atışma olub, Dövlət Sərhəd Xidməti (DSX) bildirib.

Qurumun məlumatına görə, həmin gün gecə saatlarında Dövlət Sərhəd Xidmətinin Beyləqan rayonunun Aşağı Çə­mənli kəndi ərazi­sində 2 nəfər naməlum şəxs İrandan Azərbaycana keçmək istəyərkən dövlət sərhədini pozub.

DSX bildirib ki, sərhəd pozucuları sərhəd naryadına qarşı atəş açdığına görə, onlara qarşı silah tətbiq olunub, nəticədə şəxslərdən biri hadisə yerində ölüb, digəri isə qaçıb.

Şəxslərin narkotik qaçaqmalçıları olduğu bildirilir.

DSX hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşünün keçirildiyini açıqlayıb.

Amma sərhədi keçməkdə ittiham olunan şəxslərin Azərbaycan, yoxsa İran vətəndaşı olduğu məlum deyil.

donuz
 

Çində "pandemiya potensialı" olan qrip virusu tapılıb

Alimlər Çində pandemiya potensialı olan qripin yeni ştammını aşkarlayıblar.

Bu virus yeni aşkarlanıb və ona donuzların yoluxduğu deyilir, lakin həm də insanların bu virusa tutula biləcəyi bildirilir.

Alimlər bu virusun mutasiyaya uğrayaraq insandan-insana daha asanlıqla keçə biləcəyindən və qlobal "partlayış" yarada biləcəyindən narahatdırlar.

Onlar bu virusun hazırki problem olmadığını desə də, insanları yoluxdurmaq üçün "bütün əlamətlərin" görüldüyünü və yaxından öyrənilməli olduğunu bildirirlər.

Bu virus yeni olduğundan insanların ona qarşı immunitetinin zəif ola biləcəyi və ya ümumiyyətlə olmayacağı deyilir.

insanlar avtobus gözləyir
 

Koronavirus: Ən pisi hələ qarşıda ola bilər - ÜST xəbərdarlıq edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə bağlı "ən pisi hələ qarşıda ola bilər" deyə xəbərdarlıq edib.

ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, hökumətlər doğru siyasət aparmasaydılar, daha çox insan koronavirusa yoluxa bilərdi.

O, "test et, izlə, təcrid et və karantində qal" mesajını təkrarlayıb.

Koronavirus ötən ilin sonlarında Çində tapılandan bəri dünya üzrə 10 milyondan çox insan bu virusa yoluxub.

Bu virusdan ölənlərin sayı isə 500 mini ötüb.

ÜST rəhbəri deyib ki, "bəzi ölkələr müəyyən irəliləyiş əldə etsələr də, qlobal olaraq pandemiyanın sürəti artır".

pasport yoxlanış məntəqəsi
 

Avropa İttifaqı qapılarını 14 "təhlükəsiz" ölkəyə açır

Avropa İttifaqı iyulun 1-dən pandemiyaya baxmayaraq vətəndaşlarının "təhlükəsiz" sayıldığı 14 ölkəyə qapılarını açacaq.

Siyahıda ABŞ, Braziliya və Çin kimi ölkələrin adları yer almır.

Diplomatlar deyir ki, əgər Çin hökuməti qarşılıqlı razılaşma təklif edərsə, Avropa İttifaqı Çinin də adını siyahıya sala bilər.

Düzəliş edilmə ehtimalı olan hazırki "təhlükəsiz ölkə" siyahısında Əlcəzair, Avstraliya, Kanada, Gürcüstan, Yaponiya, Monteneqro, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay var.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ