SON DƏQİQƏ

“O qızları da, ərəbləri də güllələmək lazımdır...”

Tarix:22-01-2020, 13:15

Xəbər verdiyimiz kimi Bakıda iki ərəb turistin otellərin birində iki qadın pullarını qarət edərək qaçıb. Hadisəylə bağlı zərərkəçənlər polisə şikayət edib. Qeyd edək ki, ərəb turistlərin Bakıda ayaq açmalarından sonra bu cür oxşar hadisələr dəfələrlə baş verir. 

Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Uiversitetinin dosenti Rəşid Mahmudov baş verən hadisəni çox sərt tənqid edib:

"Bu ərəblər Bakıya axın edəndən sonra çıxarmadıqları oyun qalmadı. Əxlaqsız hərəkət edən bu cür qadınlar isə xalqı da gözdən salır. Müvafiq qurumlar bununla bağlı ciddi tədbirlər görməlidir. Ərəblər Bakıdakı restoran və otelləri eyş-işrət məclisinə çeviriblər. Bunlar niyə gedib başqa ölkələrdə öz tərbiyəsizliklərini nümayiş etdirə bilmirlər, çünki orda onlara imkan verməzlər. Qaldı ki, bu oyunu çıxaran qızları da, elə ərəbləri də güllələmək lazımdır”.

Qeyd edək ki, hadisə Yasamal rayonunda yerləşən "Prestij” otelində baş verib. Ərəbistan vətəndaşları olan turistlər-1998-ci il təvəllüdlü Alnekhian Mohammed Khlidin və 1993-cü il təvəllüdlü Albishi Mübarək Saccidin polisə şikayət edərək oteldə onlara qonaq gələn Sabirabad sakini, 1991-ci il təvəllüdlü Mehrəliyeva Kimyaxanım Qulu qızı və Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Ağayeva Xəyalə Qalib qızının onların 1450 manat pullarını oğurladıqlarını bildirib. 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ