SON DƏQİQƏ

VIDEO - Xaçmazın yeni icra başçısı bu istirahət parkını Xanbabayev və Pirverdiyevdən ala biləcəkmi?

Tarix:6-11-2019, 14:14

, keçmiş Konserv Kombinatının Səməd Vurğun adına istirahət parkı illərdir sakinlərin üzünə bağlıdır.

Sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə keçmiş "Azərenerji” prezidenti arasında bu park uğrunda uzun illər mübahisə davam etdi. Nə Etibar Pirverdiyev parkı başçıya təslim etdi, nə də özü oranı abadlaşdırdı.

Baxımsızlıqdan keçilməz cəngəlliyi xatırladan bu ərazi hər iki məmurun küsülü və ədavətli qalmasına da səbəb oldu. Dəfələrlə yuxarı dövlət qurumlarına məlumatlar verilsə də, amma bu günə qədər heç bir nəticə hasil olmayıb.6 hektardan çox ərazini əhatə edən Səməd Vurğun parkı indi sahibsiz heyvanlarla bəxtsiz insanların guşəsinə çevrilib. Bu parkda dəfələrlə intihar hadisəsi baş verib. İtkin düşən insanların ilkin axtarışları bu parkda aparılır. Şəhərdə insanların sıx yaşadığı əlverişli məkanda yerləşən parkın hər 3 tərəfi yaşayış məntəqələri ilə həmsərhəddir. Amma iki məmurun dil tapa bilməməsi ucbatından park uzun illərdir istifadədən kənar qalıb.  Görünən odur ki, Xaçmaz rayonuna yenicə rəhbər təyin olunan Elnur Rzayev də bu ciddi problemdən əziyyət çəkəcək.

Bölgə müxbirimiz parkın hazırkı vəziyyətini lentə alıb.

CƏLAL FƏRZƏLİYEV

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ