SON DƏQİQƏ

Avropada müsəlmanlar çoxalır

Tarix:30-11-2017, 23:37

Avropada müsəlmanlar azlıq sayılır, əhalinin cəmi 5%-ni təşkil edirlər. Ancaq Fransa və İsveç kimi ölkələrdə müsəlmanların sayı daha çoxdur. Gələn onilliklərdə qitənin müsəlman əhalisinin iki dəfədən çox artacağı gözlənir. Bunu "Pew” araşdırma mərkəzi bildirir.

Məsələ bundadır ki, son illər Avropaya Suriya və münaqişə gedən digər müsəlmanlar ölkələrindən xeyli qaçqın üz tutub. Bu müsəlman miqrant axını bir çox ölkələrdə immiqrasiya və təhlükəsizlik siyasətiylə bağlı debatlara səbəb olub, müsəlmanların Avropada hazırkı və gələcək sayından dolayı suallar doğurub.

Avropanın müsəlman əhalisinin gələn on illərdə necə dəyişəcəyini görməkdən ötrü "Pew” miqrasiyanın gələcək səviyyəsinə uyğun olaraq üç ssenari hazırlayıb.

Hər üç ssenari bir fakta əsasən hazırlanıb: Avropada (Avropa Birliyinin 28 üzvü üstəgəl Norveç və İsveçrə) 2016-cı ilin ortasında 25,8 milyonluq müsəlman (ümumi əhalinin 4,9 faizi) varıydı, 2010-cu ildə isə 19,5 milyonluq müsəlman Avropa əhalisinin 3,8%-ni təşkil edirdi.

Birinci ssenari – Avropaya immiqrasiya dərhal və həmişəlik dayansa, yəni "sıfır miqrasiya” baş versə, Avropadakı müsəlmanların sayı indiki 4,9%-dən 2050-ci ilədək 7,4%-ə çatacaq. Çünki bu müsəlmanlar gəncdirlər və onlarda doğum səviyyəsi avropalılardan yüksəkdir, ortalama bir qadına birdən artıq uşaq düşür.


İkinci – "orta” miqrasiya ssenarisinə görə, 2016-cı ilin ortasınadək baş vermiş qaçqın axını dayanır, ancaq Avropaya "ardıcıl” miqrasiya qalır, yəni müsəlmanlar sığınacaq almağa deyil, başqa səbəblərdən gəlirlər.

Üçüncü – "yüksək” miqrasiya ssenarisi – Avropaya 2014-2016-cı illərdəki rekord qaçqın axını, əsasən müsəlmanlar olmaqla, davam edir. Bu halda müsəlmanlar 2050-ci ilədək Avropa əhalisinin 14%-nə çata bilərlər. Yəni indiki pay üç dəfə artır, amma yenə də Avropadakı xristianlardan və heç bir dinə inanmayanlardan azlıqda qalırlar.

Araşdırma mərkəzi son bir neçə ilin qaçqın axınını son onillərin orta səviyyəsindən çox yüksək olduğunu qeyd edir. Ancaq Avropa Birliyinin bir sıra ölkələri qaçqın axınını məhdudlaşdırmağa yönəlik addımlar atdığından artıq bu yöndə düşüş yaranıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ