SON DƏQİQƏ

Kəşmir-Qarabağ: hər iki münaqişənin oxşar və fərqli cəhətləri

Tarix:19-08-2019, 20:15

Bir neçə gün əvvəl Hindistan Cammu və Kəşmir əyalətinin muxtariyyətini ləğv etdi və bununla da Pakistanla Hindistan arasında illərdir davam edən ərazi münaqişəsi yenidən dünyanın diqqətindədir.

Hindistan ləğv olunan əyalətin yerində iki müttəfiq ərazi yaratmaq istəyir.

Siayasi şərhçi Şahin Cəfərli BBC News Azərbaycancaya Dağlıq Qarabağ və Kəşmir münaqişələrinin bəzi oxşar və fərqli cəhətlərini sadalayıb.

Oxşar cəhətlər:
Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin dağılmasından sonra başlayıb.

Kəşmir problemi də həmin ərazidə Britaniya müstəmləkəsi sona çatdıqdan sonra Hindistan və Pakistan dövlətlərinin yaranmasından sonra başlayıb.

Qarabağ münaqişəsini həll etməyə nə mane olur?
Kəşmir: İki nüvə dövləti arasında zorakılığın şiddətlənməsi dünya üçün niyə narahatedicidir?
Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusu olub, amma sonradan Azərbaycan parlamenti bu statusu ləğv edib və muxtariyyətin ərazisi bir neçə rayon arasında bölüşdürülüb.

Şərhçi deyib ki, "Azərbaycan Dağlıq Qarabağın muxtariyyətini birdənbirə ləğv etməyib. O ərazidə əvvəlcə separatizm başlayıb daha sonra o işğala çevrilib və bu hadisələrdən sonra Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtariyyətini ləğv edib".

Onun sözlərinə görə "separatizmdən sonra həm Ermənistandan, həm Dağlıq Qarabağın kəndlərindən ilk qaçqınlar gəlməyə başlayıb və bu muxtariyyətin ləğvinə səbəb olub".

Cammu və Kəşmir əyalətlərinin də Hindistan tərkibində muxtariyyət statusu olub, amma bir neçə gün əvvəl Hindistan bu muxtəriyyəti ləğv edib.

Şahin Cəfərli hesab edir ki, "Bu sonuncu qərara kimi oranın yüksək muxtariyyət statusu var idi. Hindistanın son qərarı bu problemi birdəfəlik həll etmək, ərazi üzərində özünün suverenliyini tam bərqərar etməkdir".

Kəşmir əhalisinin əksəriyyəti, təqribən 70% əhalisi müsəlmanlardır, Dağlıq Qarabağda da erməni əhali çoxluqda olub.

Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalansa da cəbhə xəttində vaxtaşırı atəşkəsin pozulması və kiçik miqyaslı döyüşlər olub.

Hindistan və Pakistan arasında da 1947-ci ildən bəri tərəflər arasında lokal toqquşmalar olur.

Dağlıq Qarabağ sülh prosesinə mane olan nədir?
Yerevanda nümayişçilərə kim atəş açıb? 2008-ci il hadisələri - Araşdırma
Image caption
Hindistanla Pakistan arasında sərhəd xəttinin bir sahəsi.
Fərqli cəhətlər:
Siyasi şərhçi Şahin Cəfərli deyir ki, fərqli cəhətlər oxşar cəhətlərdən daha çoxdur.

"Fərqli cəhətlərdən biri odur ki, Cammu Kəşmir məsələsi hüquqi cəhətdən daim mübahisəli olub, Qarabağ isə yox", - Şahin Cəfərli deyib.

Britaniya müstəmləkəsinin sona yetməsindən üzü bəri bu məsələ ətrafında mübahisələr olub və Kəşmir ərazisi üç dövlətin arasında bölünüb. Kəşmirin bir hissəsi Hindistan, bir hissəsi Pakistan, bir hissəsi isə Çin tərəfindən idarə olunur.

Dağlıq Qarabağ isə Sovet hakimiyyəti qurulduqdan bəri Azərbaycanın tərkibində muxtar vilayət kimi tanınıb.

Dağlıq Qarabağın ərazilər heç vaxt başqa bir dövlətin, yəni Ermənistanın ərazilərinə düşməyib.

"Dağlıq Qarabağ ərazisi mübahisəli ərazi olmayıb və Ermənistan SSRİ tərəfindən də Azərbaycan ərazisi kimi tanınıb və Kəşmir kimi mübahisəli ərazi olmayıb",- Şahin Cəfərli bildirib.

Cənab Cəfərliyə görə "Dağlıq Qarabağ mübahisəli olmayıb. Ermənistanda, erməni milliyətçiliyi, tarixçiliyi, siyasətçiləri həmişə Qarabağ torpaqlarına iddia ediblər, onun qədim erməni torpağı hesab ediblər. Amma rəsmi səviyyədə konkret Azərbaycan respublikasının tərkibində olan bir ərazi olub, mübahisə obyekti olmayıb".

Onun sözlərinə görə, əsas fərqlərdən biri də muxtariyyətlərin səlahiyyətləri ilə bağlı olub.

Washington-da Azərbaycan-Ermənistan danışıqları. Bu, ABŞ-ın nəyinə lazımdır?
"Azərbaycanla Ermənistan və Dağlıq Qarabağ hərbi rəhbərliyi arasında 'söz savaşı' artıb" - Riçard Giraqosyan
Cammu Kəşmir bölgəsinin muxtariyyəti çox yüksək səlahiyyətlərə malik olub.

Həmin əyalətin özünün konstitusiyası, bayrağı və həmin ərazi üzərində bütün hüquqlara malik olan bir muxtar ərazi olub.

Image caption
Suşa şəhəri, Dağlıq Qarabağ
Konstitusiyaya görə Cammu Kəşmir ərazisində daxili idarəçiliklə bağlı bütün səlahiyyətlər bölgənin yerli hökümətinə məxsus olub, xarici siyasət, müdafiə məsələləri Hindistanın mərkəzi dövlətinə aid olub.

Dağlıq Qarabağın özünün konstitusiyası, dövlət rəmzləri olmayıb, amma parlamenti olub, müəyyən yerli idarəçiliklə bağlı səlahiyyətləri olub.

Hüquqi baxımdan Dağlıq Qarabağda Azərbaycanın suverenliyi mövcud olub.

Dağlıq Qarabağla bağlı beynəlxalq danışıqları aparmaq üçün Minsk qrupu formatı var, amma Kəşmir problemi ilə əlaqədar belə bir format mövcud deyil.

Zaman-zaman onlar fərqli beynəlxalq iştirakçıların həmçinin SSRİ-nin və ABŞ-ın vasitəsilə danışıqlar aparıb, razılığa gəliblər.

Müharibələrdən sonra onlarda da danışıqlar gedib, müvəqqəti sülh barədə razılaşma imzalayıblar, amma daimi bir danışıqlıqlar formatı yoxdur.

Siyasi şərhçi hesab edir ki, "hər iki ölkənin nüvə silahına malik olması hər iki tərəfi müharibədən çəkindirən əsas amildir. Bu iki dövlət arasında uzun sürən müharibələrin olmasını əngəlləyir".

Image caption
İslam Əməkdaşlıq Təşkilatının Ciddə şəhərində keçirilən təcili görüşü
Bir neçə gün əvvəl Hindistan Cammu və Kəşmir bölgələrinin muxtariyyətini ləğv etdikdən sonra İslam Əməkdaşlı təşkilatının Səudiyyə Ərəbistanının Ciddə şəhərində olan baş ofisində təcili kontakt qrupunun iclası keçirirlb.

İslam Əməkdaşlıq Təşkilatının kontakt qrupunun iclasında Azərbaycanı Səudiyyə Ərəbistanındakı səfir Şahin Abdullayev təmsil edib.

Təşkilatın saytının yaydığı məlumata əsasən Kontakt Qrupunun üzvləri "Kəşmir xalqına dəstək olduqlarını ifadə ediblər və onların öz müqəddəratlarını təyin etmə hüquqlarına dəstək bəyənatı veriblər".

Azərbaycan Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, "Azərbaycan Cammu və Kəşmir məsləsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir və bu Azərbaycanın prinsipial mövqeyidir".

"Biz Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarıyıq eyniylə Cammu Kəşmir məsələsinin də həmin qurumun qətanmələrinə uyğun həllini, ümumiyyətlə isə bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunmasına yönəlmiş bütün səyləri dəstəkləyirik", Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.

Şahin Cəfərli deyir ki, "bu münaqişəyə Azərbaycanın yanaşması çox həssasdır".

"Pakistan Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verən azsaylı ölkələrdən biridir. Bu baxımdan Pakistan Azərbaycanın birmənalı dostudur və Azərbaycan bunu itirmək istəmir. Digər tərəfdən isə Hindistan dünyanın ən nəhəng ölkələrindən biridir, əhalisinin sayına görə ikincidir və yaxın gələcəkdə birinci olacaq. İqtisadiyyatı dinamik inkişaf edən ölkələrdən biridir və belə ölkə ilə də münasibətləri pozmamaq lazımdır", - Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq siyasəti müəyyən edən ölkələrdən biri deyil, "məcbur deyil ki, bu məsələdə konkret mövqe ortaya qoysun və tərəflər də Azərbaycandan bunu gözləmir".
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ