SON DƏQİQƏ

“Döyüşdə bir gözünü itirdi, başının bir tərəfi yoxdur və sol tərəfi iflic olub...” - Rembonun atasından ölkə başçısına müraciət-FOTOLAR

Tarix:18-11-2017, 19:35

Aprel döyüşlərində yaralanaraq bir gözünü itirən müddətdən artıq "Rembo” ləğəbli hərbçimiz Razi Vidadi oğlu Cavadovun vəziyyəti hələ də normal deyil. 

Moderator.az -a danışan hərbçinin atası Vidadi Cavadov aidiyyatı qurumların onun məktubuna cavab vermədiyini bildirib: "Razi on ildir ki, hərbidə müddətdən artıq hərbçi kimi qulluq edirdi. Ailəlidir üç övladı var. Aprel döyüşləri zamanı ağır yaralandı və hərbi hospitalda müalicə aldı. Hadisə nəticəsində bir gözünü itirdi. Başının bir tərəfi yoxdu və sol tərəfi isə iflic olub. İyun ayından Razinin sənədləri əməliyyat olunması üçün Türkiyə səfirliyinə göndərilib, amma indiyə kimi xəbər yoxdur. Razi əməliyyat olunaraq başının bir tərəfinə qapaq qoyulmalıdır. Mən noyabrın 21-də yenidən Razini Bakıya gətirəcəm. Əlillərin bərpa mərkəzində müalicə alır. 

Məsləylə bağlı millət vəkilimiz Ağalar Vəliyevə məktub ünvanladım. Millət vəkilimizin köməkçisi İlham müəllim mənə altı ay bundan qabaq  zəng vurub dedi ki, sənin məktubun Müdafiə Naziri cənab Zakir Həsənovun stolunun üstündədi və narahat olma Razini Türkiyəyə müalicəyə göndərəcəklər. İndiyə kimi heç bir xəbər yoxdur. Mən sizin vasitənizlə ölkə başçısından və birinci xanım Mehriban Əliyevadan kömək istəyirəm”. 




скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ