SON DƏQİQƏ

Minaya düşərək gözlərini itirən hərbçimiz ölkə rəhbərliyindən kömək istədi - FOTOLAR

Tarix:16-11-2017, 22:14

Silahlı Qüvvələrimizin giziri Əbdürrəhmənov Nəzər Firuddin oğlu gözünün əməliyyat olunaraq işıqlı dünyaya qovuşması üçün prezidentdən və vitse prezidentdən kömək istəyir. 



 "1988-ci ildə Xaçmaz rayonunda anadan olmuşam. Hərbi xidmətdən sonra gizirlik məktəbini bitirib Silahlı Qüvvələrimizin giziri kimi xidmətə başladım. 2015-ci il avqustun 13-də cəbhənin Goranboy rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaya düşdüm. Hadisə nəticəsində iki gözümü və sağ qolumu dirsəkdən yuxarı itirdim. Sol gözüm ümumiyyətlə yerindən çıxdı. Sağ gözüm isə yerində olsa da, görmürəm. Azərbaycanda əməliyyat olunaraq görmə şansım yoxdur. 2016-cı ildə Türkiyədə oldum. Orda mənə dedilər ki, Amerika Birləşmiş Ştatlarında əməliyyatın mümkündür. Sağ gözüm əməliyyat olunmalıdı yox əgər əməliyyatdan sonra görməsəm, yerinə göz yerləşdiriləcək. Bunun üçün isə əməliyyata150 min ABŞ dolları lazımdır.  Ailəliyəm bir övladım. İşıqlı dünyaya qovuşmam üçün prezidentimiz cənab İlham Əliyevdən və ölkənin birinci xanımı Vitse-Prezidentimiz hörmətli Mehriban xanım Əliyevadan kömək istəyirəm”. 



скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ