SON DƏQİQƏ

Ayaq basılan yerə gerb vurula bilməz

Tarix:19-02-2019, 13:25

Milli Məclisin bu gün, fevralın 19-da keçirilən iclasında yeni hazırlanan «Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında» və «Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında» qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dövlət himni haqqında qanun layihəsi 10 maddədən ibarətdir. Azərbaycan dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanuna əsasən, prezidentin andiçmə mərasimində,… Azərbaycan dövləti və xalqından ötrü mühüm tarixi hadisələr olduqda himn mütləq ifa edilir.

Üstəlik, Azərbaycanın dövlət himni musiqisinə uyğun tam ifa edilməlidir. Himn ifa edildikdə Azərbaycanın vətəndaşları onu ayaqüstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

Bundan başqa, Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.

Gerb haqqında qanun layihəsi isə 9 maddədən ibarətdir. Orada gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib.

Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir olunmalı və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması. ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Hər iki qanun layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xatırlatma

Azərbaycan Respublikasının dövlət gerbinin layihəsi, himni 1918-1920-ci illərdə fəaliyyət göstərən və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə hazırlansa da, o illərdə onların qanunvericilik səviyyəsində təsdiqi, qəbulu mümkün olmayıb. Bu himn 1992-ci, gerb isə 1993-cü ildə təsdiqlənib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ