SON DƏQİQƏ

Azərbaycan: deputat və məmurların qəzəb yaradan əhvalatları

Tarix:1-11-2018, 01:12

Azərbaycanda siyasətçilərin, millət vəkillərinin, rəsmilərin və tanınmış şəxslərin bəzi şərhləri insanlar arasına bəzən "qıcıq" yaradır.

Onların ifadələri sosial şəbəkələrdə aktiv müzakirə olunur, bir çox hallarda tənqid olunur.

BBC News Azərbaycanca yerli mediaya əsasən onlardan bəzilərini toplayıb.

Milli Məclisin spikeri Oqtay Əsədov oktyabrın 16-da parlamentdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsini müzakirə üçün səsverməyə qoyub. Səsvermənin yetərsay olmadığını deyən spiker "Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq" deyərək millət vəkillərini diqqətli olmağa çağırıb.

Sosial mediada bu bəyanat həm rəğbət, həm də istehza ilə qarşılanıb.

Zahid OrucFotonun müəllifiİSMAYİL NUR
Image captionMillət vəkili Zahid Orucun İlham Əliyevi Musa peyğəmbərlə müqayisəsi sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

"Azərbaycana göndərilən peyğəmbərlər"

Millət vəkili Zahid Oruc İlham Əliyevi Musa peyğəmbərlə müqayisə edib: "Musa peyğəmbər yəhudiləri əsarətdən qurtaranda necə etmişdisə, İlham Əliyev də öz xalqını həmin üsullarla, qələbələrlə və uğurlarla müstəqilliyə öyrədir".

"İlham Əliyevi seçməyi..."

2018-ci ildə özü prezidentliyə namizəd olan millət vəkili Zahid Orucseçicilərini prezident İlham Əliyevə səs verməyə çağıracağını deyib.

O, BBC News Azərbaycancanın müxbirinin "Zahid bəy, namizədliyiniz təsdiqlənərsə, cəmiyyətə nəyi təklif edəcəksiniz? İlham Əliyevi seçməyi, yoxsa sizi?" sualına belə cavab verib:

"İlham Əiyevi seçməyi, amma bizi də eşitməyi…"

Aqil AbbasFotonun müəllifiALAMY
Image captionAqil Abbas: "Əslində, mən də xalq deyəni demişəm, sadəcə düzgün anlaşılmayıb."

"Azərbaycana göndərilən elçi"

Digər bir millət vəkili deyib ki, mərhum prezident Heydər Əliyev "Allahın göndərdiyi elçidir".

"Heydər Əliyev də 1993-cü ildə Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir"deputat Aqil Abbas bu ilin mayında deyib Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbirdə deyib.

"124 min peyğəmbərin olduğu deyilir. Quranda isə cəmi 30-40-nın adı var, digərləri bilinmir. Ancaq o da var ki, hər dövrdə Allah bir elçi göndərir. Onun adını Atatürk də qoya bilərsiniz, peyğəmbər də. Məhz Heydər Əliyev də Allah tərəfindən Azərbaycana göndərilən peyğəmbərdir".

Deputat həm də işlə bağlı məsləhət verib. O, 2016-cı ildə deyib ki, Amerikada, İngiltərədə, Fransada və ya Türkiyədə də hamı işlə təmin edilməyib.

"...Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu. Məndə istəyərəm hamı işlə təmin olunsun. İşsizlik problemi ölkədə var, bunu kimsə danarsa, axmaq adam olar. Sadəcə, bütün dünyada gedən iqtisadi böhran var, problemlər var".

Sosial mediada müzakirələrdən sonra cənab Abbas növbəti müsahibəsində fikirlərinin yozulduğunu bildirib:

"Əslində, mən də xalq deyəni demişəm, sadəcə düzgün anlaşılmayıb."

"Heydər Əliyevin adı verilsin"

Heydər Əliyevlə bağlı müzakirələrdən biri isə rayonlardan birinə onun adının verilməsi ilə bağlı olub.

Bunu millət vəkili Aydın Hüseynov Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında təklif edib.

O qeyd edib ki, Heydər Əliyevin Azərbaycan üçün xidmətləri misilsizdir.

"Ona görə də təklif edirəm ki, Azərbaycanda rayonların birinə Heydər Əliyevin adı verilsin".

Qüdrət HəsənquliyevFotonun müəllifiAPA
Image captionMillət vəkili Qüdrət Həsənquliyevin "Deputatlara yaltaqlıq qadağan olunmalıdır" təklifinə spiker Oqtay Əsədov deyib ki, "Yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq".

"Yaltaqlıq qadağan olunmalıdır"

"Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır", - bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.

Ötən il bu çıxışında deputat Azərbaycanda deputatlara və məmurlara yaltaqlığın qadağan olunmasını təklif etmişdi.

O, sözügedən təklifini "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı vermişdi.

"Yaltaqlığın dərəcəsini göstər, məsələyə baxaq"

Milli Məclisin spikeri Oqtay Əsədov isə Qüdrət Həsənquliyevin təklifinə belə cavab verib: "Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq".

Hadı RəcəbliFotonun müəllifiAPA
Image captionHadı Rəcəbli: "Şəhid ailələrinə bir dəfə müavinət verildi. Sonra möhtərəm prezident öz müavinətini verdi, ikiqat pul oldu. Allaha şükür deyək ki, buna da şükür, olanı budur".

Çıxışları ən çox müzakirə olunan millət vəkillərindən biri Hadı Rəcəbli bu ilin mayında boşanmaları Facebookla əlaqələndirmişdi.

"Azərbaycanda ailələrin dağılmasında, boşanmalarda, erkən nikahlarda sosial şəbəkələr, "Facebook", mesajlaşma və sair kimi zərərli amillər böyük rol oynayır. Çünki çoxları sosial şəbəkələrdən əyləncə kimi istifadə edirlər və nəticədə də ciddi problemlərlə qarşılaşırlar."

"Allahdan qorxun", "Buna da şükür, olanı budur"

2018-ci il oktyabrın 23-də yaxınlarını müharibədə itirənlər prezidentin fərmanla ayırdığı birdəfəlik ödəmələri ala bilməmələri haqda parlamentin qarşısına toplaşmışdı. Millət vəkili Hadı Rəcəbli ailələrlə danışmağa gəlib. Ailələrin bir çoxu pul almadığını, lakin siyahıda "alıb" kimi göstərilməsinə etiraz edərkən millət vəkili "Allahdan qorxun" deyərək oranı tərk edib.

Eyni məsələ ilə bağlı müharibədə yaxınlarını itirənlər 2016-cı ildə də parlamentin qarşısına toplaşmışdı. Onlarla millət vəkili Hadı Rəcəbli və Musa Quliyev danışmışdı.

Hadı Rəcəbli ailələrə "buna da şükür" deyək məsləhətini vermişdi.

"Şəhid ailələrinə bir dəfə müavinət verildi. Sonra möhtərəm prezident öz müavinətini verdi, ikiqat pul oldu. Allaha şükür deyək ki, buna da şükür, olanı budur".

"...müəllimlikdən əlavə, daş hörür"

Hadi Rəcəbli 2016-cı ildə Lənkəranda yaşayan bir müəllimi misal gətirərək söyləmişdi ki, o, müəllimlikdən əlavə, daş hörür.

"..Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?".

Deputat Trend agentliyinə deyib: "əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır."

"Deputatlara güzəştə getmək yol polislərinin borcudur"

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə Şərq qəzetinə açıqlamasında deyib ki, yol polisi deputatlara güzəştə getməlidir:

"Ümumi qanunu demirəm, amma kiçik qayda pozuntuları ilə bağlı deputatlara güzəştə getmək yol polislərinin borcudur".

Milli Məclisin deputatları da bu ilin mayında Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə görüş keçirilməsini təklif ediblər.

Millət vəkili Elşən Musayev deputatların avtomobilinin saxlanılması, onlara cərimə yazılması kimi məsələlərlə bağlı yol polisindən izahat verilməsini təklif edib.

Deputat Tahir Kərimli dəfələrlə millət vəkilləri ilə Dövlət Yol Polisinin əməkdaşları arasında müəyyən anlaşılmazlıqların olduğunu bildirib:

"Hətta bizim bir xanım deputatın avtomobili Dövlət Yol Polisinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb. Dövlət Yol Polisinin rəhbərliyi aşağı hissələrə izah etsinlər ki, "Deputatın statusu haqqında" qanuna və Konstitusiyaya görə deputat toxunulmaz şəxsdir".

Fəzail İbrahimliFotonun müəllifiAZERTAG

"Xeyirxahlarıma çox sədaqətliyəm"

2016-cı ildə Milli Məclisdə çıxışı zamanı millət vəkili Fəzail İbrahimlinin "Xeyirxahlarıma çox sədaqətliyəm" sözləri sosial şəbəkələrdə "qəribə çıxışlar siyahısına" salınmışdı.

"Mənim bir diplomum var, zəhmətimlə qazanmışam, şərəf və ləyaqətim kimi qoruyuram, bir də mandatım. Xeyirxahlarıma çox sədaqətliyəm, seçicilərimdə diqqətliyəm".

O, eyni çıxışda həm də Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdan şikayətlənirdi:

"Kim deyə bilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə hər hansı bir məsələni həll etmək, görüşmək, söhbət etmək mümkündür? Kim desə, getsin Guinness-in rekordlar kitabına adını yazdırsın".

Hafiz HacıyevFotonun müəllifiAPA
Image caption2013-cü ildə prezidentliyə namizəd Hafiz Hacıyev çıxışlarında tez-tez "sizi məhv edərəm" sözünü işlədirdi.

"Sizi məhv edərəm"

2013-cü ildə Azərbaycanda prezident seçkilərinin televiziya debatına qatılan namizəd Hafiz Hacıyev"Mən ingilislərin qudası zad deyiləm ki. Mən Azərbaycanda milli maraqlara xidmət edən insanam" deyib.

Onun çıxışlarında tez-tez "sizi məhv edərəm" çıxışları sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevrilmişdi:

"Prezident seçiləcəm. Mən olacam. Səni (İsa Qəmbəri nəzərdə tutur) heç olmasa bir kafedra müdiri qoymaq istəyirdim ki, yazıqsan, orda gedib başını girələyəsən. Yığışdırın özünüzü. Canın üçün sizi məhv edərəm!"

O, seçkidəki rəqibi İlham Əliyevi də misal göstərib:

"Bir humanist prezidentin düşübsünüz əhatəsinə. İlham Əliyev bu qədər demokratik, humanist oldu, hamınız üz alıbsınız. Yığışdırın özünüzü".

Maaşlar və təqaüdlər haqda deyilənlər

Sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzular isə tanınmış şəxslərin əhalinin gəlirləri və maaşları haqqında dedikləri olur.

Millət vəkili İqbal Ağazadə 2011-скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ