SON DƏQİQƏ

Pulu deputat Elmira Axundovanın oğlu alıb, dostunu həbs edib hakim qabağına çıxarıblar - NONSENS

Tarix:14-10-2018, 21:14

Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində deputat, Əfv Komissiyasının üzvü Elmira Axundovanın, onun oğlu Həbib Axundovun adı keçən dələduzluq işi üzrə iclas davam etdiriləcək.  Müttəhimlər kürsüsünə deputat oğlunun dostu Elnur İbrahimovun çıxarılıb. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən ötən proses 5 dəqiqə davam edib. Hakim bunu Bakıda keçirilən futbolla əlaqəli olduğunu deyib. Bildirib ki, yol bağlandığından məhkəmə prosesi təxirə salınır. Ümumilikdə isə iş üzrə aylardır davam edən proseslərin əksəriyyəti 5-10 dəqiqə davam edib. Hakim prosesə çağırılan şahidləri dindirilməsini, onlara çarpaz suallar verilməsini təmin etməyə həvəsli görünmür, prosesdə həqiqətin ortaya çıxmasının təmin edilməsi kimi ümdə vəzifə də unutmuş kimi görünür. İş üzrə zərərçəkənlərin bir neçəsi pulları təqsirləndirilən Elnur İbrahimova deyil, Həbib Axundova verdikərini söyləsələr də, hakim bu xüsusatların aradşrılmasını təmin etməkdən yayınır. Şahidlərin bu yöndə ifadələrini eşitməmiş kimi tövr nümayış olunur.  Məsələn ötən proseslərsdən birində zərərçəkən Fərman Məmmədov bildirib ki, ona ümumilikdə 575 min manatlıq ziyan dəyib.

Onun məhkəmədə dediklərindən sitat:

"Həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axundovun göstərişi ilə Elnura vermişəm. 435 min manatı isə Həbibin özünə vermişəm. Elmira Axundova mənə 250 min manat pul qaytarıb. 250 mini Elmira Axundova şəxsən özü mənə evində qaytardı”.

F.Məmmədova deyib ki, istintaq dövründə dəyən zərər düzgün göstərilməyib. O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub: "Mənə Elmira Axundova bildirdi ki, qəpiyinə qədər bütün pullarımı qaytaracaq. Bu biznes işində piramida quruldu. Bunu da edən Həbib Axundov oldu. Onunla aramızda səs yazıları var. Həbib hər şeyi boynuna alır, etiraf edir ki, bu işi o edib”.

İttiham aktına əsasən isə təqsirləndirilən Elnur İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ