SON DƏQİQƏ

İcra başçısı Maliyyə Nazirliyinin yoxlamasından Rəsul Quliyevin dostu vasitəsi ilə can qurtarır- SENSASİON GƏLİŞMƏ

Tarix:11-10-2018, 17:55

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatı əsasında Maliyyə Nazirliyi   tərəfindən Gədəbəy rayonunda aparılan araşdırmalar davam edir. Araşdırmalar prezidet İlham əliyevin sərəncamı ilə vəzifəsindən çıxarılan Ramiz Yediyarovun rayano rəhbərlik etdiyi dövrdə baş vermiş maliyyə pozuntularını araşdırır. Rayonda olan etibarlı mənbəmiz bildirir ki, araşdırmalar Ramiz Yediyarovun icra başçı işlədiyi dövrdə rayona ayrılmış büdcə vəsaitlərinin çox böyük  məbləğdə talan olunmasını ortaya qoyub. Hazırda 5 nəfərdən ibarət araşdırıcı qrup Gədəbəydə işləməkdədir. Müəyyən olunub  ki, əksər hallarda dövlət büdcəsindən ayrılan vəsaitlərlə görülməli işlər gerçəkləşməyib, işlərin görülməsinin əlaməti belə yoxdur. Hətta alınmamış mallara, həyata keçirilməmiş abadlıq işlərinə hər il təkrar -təkrar vəsait ayrılaraq mənimsənilib. Araşdırmanın ciddi aparılmasına baxmayaraq rayon əhalisinin bu araşdırmanın konkret nəticəsi olacağına ümidi yoxdur. Əhali hesab edir ki, vəsaitin talanmasını Ramiz Yediyarov və rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov  həyata keçirsə də, onlara himayədarlığı maliyyə nazirinin müavini Azər Bayramov edib. Ona görə də son nəticədə  Bayramovun təzyiqi altında Məmmədov da,Yediyarov da sudan quru çıxarılacaqlar. Bundan başqa məlumatlı mənbəəmiz Azər Bayramovla Namiq Məmmədovun  münasibətləri haqqında sensasion sayıla biləcək çox ciddi məlumatlar verdi. Mənbə bildirir ki, rayonda çox adama məlumdur ki, N.Məmmədov bütün il boyu Maliyyə  Nazirliyinin yüksək vəzifəli əməkdaşlarına, xüsusilə Azər Bayramova iri məbləğdə pullardan başqa, tonlarla xüsusi becərilmiş kartof, bal, yüzlərlə çolpa, hinduşka, qaz, farel balığı və s göndərir.  Bu məsələ kifayət qədər ciddi məsələ olsa da , Bayramov– Məmmədov münasibətlərinin  görünməyən tərəfi daha ciddidir.  Məsələ ondadır ki, bu münasibətlərdə ücüncü bir tərəf kimi N.Məmmədovun  yeznəsi – bacısının yoldaşı Əbülfət Əsədov da iştirak edir. A.Bayramov Ə.Əsədovla da çox yaxın münasibətdədir.  Ə.Əsədov vaxtilə Gəncə neft bazasında işləyərək qardaşı  Habil Əsədovla birlikdə dövlətin külli miqdarda əmlakını   talayaraq, Rəsul Quliyevin köməyi ilə məsuliyyətdən yayınıb ölkəni tərk edib. Həmin pullarla Çin Xalq  Respublikasında ayaqqabı istehasalı sahələri yaratmış, hazırda böyük imkanlara malik biznesmendir. Bu şəxs  dünyanın bir sıra ölkələrində də biznes sahələri  yaradıb. Hazırda Ə.Əsədovun özünü və qardaşını həbs təhlükəsindən qurtarmış Rəsul Quliyevlə əlaqəsi olmamış deyil. A.Bayramovun da Ə.Əsədovun keçmişi və əlaqələri  barədə məlumatı olmamış deyil. Mənbə qeyd edir ki, Bayramov Əsədov vasitəsilə ölkə xarıcində böyük biznes  şəbəkəsi qurmağa  başlayıb. Məhz bu əlaqələr, eyni zamanda rayonda talan edilmiş büdcə vəsaitindən aldığı pay Bayramovu məcbur edir ki, N.Məmmədovu  yaranmış real təhlükədən qorusun. Ölkənin ən vacib  nazirliklərdən birinin ən əhəmiyyətli vəzifəsini daşıyan  bu şəxsin hansı qüvvələrə qulluq etməyini araşdırmaq  müvafiq dövlət orqanlarının səlahiyyətindədir.

Gədəbəy əhalisinin isə arzusu odur ki, ölkə başçısı  tərəfindən bu dağlıq rayona ayrılmış vəsaitləri talan etmiş   şəxslər öz qanuni cəzalarına çatsınlar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ