SON DƏQİQƏ

Gədəbəydə korrupsiya araşdırmaları –Ramiz Yediyarov Qarabağ veteranı adını neçəyə satıb?

Tarix:2-10-2018, 11:31

 

 

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatına əsasən Maliyyə Nazirliyinin təftiş briqadası Gədəbəydə araşdırmalarını davam etdirir. Əldə etdiyimiz məlumatlara görə sabiq icra başçısı, korrupsiya cinayətlərinə yol vermiş Ramiz Yediyarovun rayona rəhbərliyi dövrü ciddi şəkildə təftiş olunur. Gələn son məlumatlara əsasən Ramiz Yediyarov Gədəbəyə rəhbərlik etdiyi dönəmdə gerçəkləşdirilən bütün təftişlərin nəticələri haqda rəylər ləğv olunub. Bu isə o deməkdir ki, həmin dönəmdə rayonda aparılan bütün tikintilər, görülən işlər üzrə büdcə vəsaitlərinin hara və necə xərclənməsi yenidən təftiş edilir. Rayon sakinləri sabiq başçının qanunsuzluqlarını hiddətlə xatırlayırlar. Deyirlər ki, Ramiz Yediyarovun təkcə Qarabağ veteranı şərəfli adını alver predmetinə çevirməsi onun həbs olunması üçün əsas ola bilər.

Onların sözlərinə görə Ramiz Yediyarov 2015-ci ildə 1000-ə yaxın şəxsdən böyük məbləğlərdə pul yığaraq onlara son nəticədə saxta Qarabağ veteranı statusu verilməsinə nail olub. Özü külli miqdarda pul qazanıb, haqqı olmayan şəxslər isə büdcədən hər ay pul almağa başlayıblar və bu gün də almaqdadırlar. Gədəbəyə ezam olunmuş təftiş qrupunun Ramiz Yediyarovun dövründə baş verimiş və bu gün də saxta veteranlıq sənədləri ilə müavinət alanlarla bağlı yoxlama aparması böyük və açıq olan cinayətin rəsmiləşdirilməsi baxımından məqsədəmüvafiq olardı.

Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib. Bundan sonra barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Ramiz Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurmasına əsaslı şübhələr olduğu üçün onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Ramiz Yediyarov sabiq vergilər naziri Fazil Məmmədov kadrı hesab olunur. Onun təqdimatı ilə  2012-ci il aprelin 18-dən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı  təyin edilmişdi. Ondan əvvəl isə Ramiz Yediyarov vergi orqanlarında çalışıb. Belə ki,  1997-ci ildən dövlət vergi orqanlarında  müxtəlif ərazi idarələrinə rəhbərlik edib. Sonradan icra başçısı təyin olunanadək Bakı Şəhər Vergilər Departamentinin rəis müavini olub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ