SON DƏQİQƏ

“Yüzdən çox hakimin sırf nöqsana görə işdən uzaqlaşdırılması ciddi məsələdir”

Tarix:25-09-2018, 12:25

Ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonuna səfəri zamanı qeyd edib ki, Məhkəmə-Hüquq Şurasının qərarı ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib. 

Hüquqşunas Ələsgər Məmmədli açıqlamasında bu qədər hakimin işdən uzaqlaşdırılmasının ciddi rəqəm olduğunu bildirdi:

"Ədliyyə nazirinin bu qədər hakimin sırf nöqsana görə işdən uzaqlaşdırmasını deməsi ciddi məsələdir. Çünki Azərbaycanda hakimlərin sayı 600-ə yaxındır və bunun 100-dən çoxu bu kimi nöqsanlara yol veribsə, bu artıq 15-16 faizlik hakimin yararsız olduğunun göstəricisidir. Bu konkret olaraq onu göstərir ki, ədalət sistemində ciddi problem var və bu problemin aradan qaldırılması sadəcə hakimləri işdən uzaqlaşdırması ilə həll olunacaq məsələ deyil, demək ki, daha sistemli tədbir görmək lazımdır. Nöqsanların baş verməsinə səbəb hansısa basqıdan, yoxsa maliyyə məqsədi ilə bunlar baş verməsi araşdırılmalıdır. Hakimlərin özünün bu qədər kobudluğa, səhvlərə yol verməsi görəsən sistemin özündən doğan prosesdirmi? Bu problem də araşdırılmalıdır. Azərbaycanda ümumiyyətlə, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyi prosesi həmişə ciddi şəkildə şübhə doğurub, çünki Avropa məhkəməsi bununla bağlı ardıcılıq olaraq qərarlar verir. Azərbaycanda məhkəmə sistemində islahatlara ehtiyac var”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ