SON DƏQİQƏ

‘Türmə yoldaşım həbsdən çıxandan sonra narkotikə yenidən başladı’

Tarix:18-09-2018, 23:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzini yaradıb. Mərkəz məhz belə şəxslərə yardım edəcək.

Müsahibimiz 28 yaşlı Nicat Məmmədov də keçmiş məhbusdur, dörd il əvvəl, qumar oyunlarının təşkili və saxlanması ittihamı ilə tutulub, ilyarım həbsxana cəzası çəkib. Məmmədov deyir ki, həbsxana həyatı onu çox dəyişib və o "başqa bir Nicat olub”. Bildirdiyinə görə həbsdən sonra yalnız ailəsinin dəstəyi ilə cəmiyyətə qayıdıb iş tapa bilib.

"Mənim orda tanıdığım adamlar var ki, çıxandan sonra daha da pis vəziyyətə düşüblər. Məsələn, narkotik istifadəçisi var idi. Orda olanda özünə gəlmişdi, amma çıxandan sonra ailəsi, qohumları ona narkoman kimi baxdığına görə, onu xaric etdilər, o da istər-istəməz daha pis vəziyyətə düşdü”.

Nicat Məmmədov deyir ki, bir keçmiş məhbus üçün onu ailə və qohumlarının qəbul etməsi ən önəmlisidir. O təklif edir ki, dövlət adaptasiya mərkəzi məhz məhbusların qohumları və ailələləri ilə psixoloji söhbətlər aparsınlar, ailələri məhbusların günahlarını bağışlamağa, onlara qucaq açmağa hazırlasınlar.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, məhbusların reabilitasiyası ilə bağlı indiyə qədər hansısa dövlət tədbirinin keçirilməsi ona məlum deyil. Halbuki, uzun illərini dəmir barmaqlıqlar arasında keçirmiş insanlarlar xüsusi məşğul olmaq, onlara dəstək vermək lazımdır:

"Onlarla psixoloji söhbət aparmaq lazımdır. Bir də ən önəmlisi onlara iş tapmağa yardım olmaqdır. Onların həyatı dəyişib həbsxanada, insanlarla ünsiyyətləri dəyişib. Onlarla oturub kompüterdə iş axtarmaq lazımdır. Mən çox istərdim ki, onlara ailədə davranış, zorakılıqla bağlı leksiyalar oxusunlar”.

Report.az saytının məlumatında deyilir ki, sosial adaptasiya mərkəzi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və daimi yaşayış sahəsi olmayan şəxsləri sosial mühitə uyğunlaşdırmağa çalışacaq, onların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onların törədə biləcəyi yeni cinayətlərin qarşısının alınmasını hədəfləyəcək. Bundan başqa həmin insanlara hüquqi, sosial-psixoloji, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri göstərəcək, bu müddətdə onları müvəqqəti yaşayış yeri ilə təmin edəcək.

Bəzi hüquq müdafiəçiləri iddia edirlər ki, Azərbaycanda 100-dən çox məhbus var ki, onlar cinayət törətməyiblər, siyasi məhbuslardır. Belə şəxslər azadlığa çıxarkən onlara münasibət necə olur?

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus deyir ki, dünyanın əksər ölkələrində məhbuslar üçün sosial adaptasiya mərkəzləri var və Azərbaycanda bunun indi yaranması gecikmiş addımdır.

Leyla Yunusun fikrincə, Azərbaycanda bir qrup məhbus var ki, onlar heç bir cinayət törətmədikləri halda, siyasi baxışlarına görə həbs olunublar və belələrinin də azadlığa çıxandan sonra həyatına davam etməsi də çətindir:

"Həkimlər, alimlər siyasi partiyaların üzvü olanda belə, onları işdən çıxarırlar. Onları nəinki qazamatdan sonra işə götürmürlər, onlar heç həbsə düşməsələr belə iş tapa bilmirlər”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Avropa Şurasının bu ilin martında açıqladığı hesabata görə, 2016-cı ildə əhalisi 10 milyona yaxın Azərbaycanda, 23 minədək məhbus var. Məsələn, əhalisi 11 milyon nəfər olan Belçikada bu rəqəm 11 mindir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ