SON DƏQİQƏ

İnsanların dənizlərə tulladığı plastik qalıqlarını balıqlar niyə yeyir?

Tarix:15-09-2018, 00:03

Xırda planktondan nəhəng balinalaradək suda yaşayan canlıların plastik tullantı yemələri qeydə alınıb.

Bunun səbəbi plastik tullantıların yemə bənzəməsi və yem iyi verməsidir.

Hollandiyada Dəniz Araşdırmaları Kral İnstitutundan ekoloq Erik Zettler deyir ki, dənizdəki plastik tullantı "balıq iyi verir".

Zettler-in sözlərinə görə, bu, ona görə baş verir ki, okeanda plastik tullantılarının üzündə mikroblardan ibarət və "plastisfera" adlanan nazik selikli qişa əmələ gəlir.

Həmin qişa yem iyi və dadı verən kimyəvi maddələr ifraz edir.

Plastikdən ifraz edilən dimetil sulfid adlı kimyəvi maddənin iyi balıqlar da daxil, bəzi canlıları özünə çəkir.

The amount of plastic in the ocean is set to triple in a decade unless litter is curbedFotonun müəllifiGETTY IMAGES
Image captionSon 10 il ərzində okeandakı plastik tullantıların həcmi 3 dəfə artıb

Güman edildiyi kimi, həmin maddə iylə özünə yem axtaran bəzi dəniz quşlarını da özünə cəlb edir.

Lakin balinalar kimi digər dəniz canlıların mədəsinə plastik tullantı təsadüf nəticəsindən düşür, plankton ovlayan balina nəhəng su həcmlərini ağız nahiyəsindən süzən zaman.

Okeanlarda plsatik tullantılar artır

Dünya okeanında plsatik tullantıların həcmi sürətlə artır - 2015-ci ilin tədqiqatına əsasən hər il okeanlara təxminən 8 milyon ton plastik kütlə atılır.

Okeanlarda mövcud axınlara və çalalara düşən plastik kütlə paraçalanaraq mikrohissəciklər halına gəlir.

Plastic debris has descended to the deepest parts of the world's oceansFotonun müəllifiGETTY IMAGES
Image captionPlastik tullantılar son nəticədə dünya okeanlarının dibinə çökür

Roskilde universitetindən Kristian Syberg isə hesab edir ki, okeanlardakı plastik tullantının həcmi göstərilən rəqəmlərdən daha da böyük ola bilər.

"Birincisi, aparılmış hesablamalarda ölçüsü 0.3 mm-dən kiçik olan hissəciklər nəzərə alınmayıb; ikincisi isə, suyun üzündə olan nümunələr okeandakı ümumi plastik tullantıların yalnız bir neçə faizini təşkil edir", - alim qeyd edib.

2015-ci ilin tədqiqatında güman edilib ki, 2025-ci ilə qədər okeanlara ildə 17.5 milyon tonadək plastik tullantı atıla bilər.

Sualtı həyata təsir

Polimerlər canlı orqanizmlərin həzm sisteminə düşürsə, onda bunun ekoloji təsiri necə ola bilər və plastik məhsul daha təhlükəsiz alternativlərlə niyə əvəzlənmir kimi suallar yaranır.

Researchers have voiced concern over the fact that plastic is listed as non-hazardous wasteFotonun müəllifiGETTY IMAGES
Image captionPlastik tullantıların təhlükəli tullantı sayılmaması tədqiqatçıları narahat edir

Zərərin miqyası axıra qədər müəyyən olunmayıb

"Təsirin miqyası hələlik iri heyvanlar və quşlar üzərində öyrənilib, - Syberg deyib. - Onlar boğulmadan və həzm sistemi plastik parçalarla tutulduğu zaman aclıq çəkməkdən ölə bilərlər".

Ingestion of plastics has lead to the deaths of many sea creatures, from turtles to albatrossesFotonun müəllifiGETTY IMAGES
Image captionHeyvanların həzm sisteminə düşən plastik parçalar onların ölümünə səbəb olur

Bəzi laboratoriyalarda plastik tullantıların heyvanların həzm sisteminə düşməsinin nəticələri və bunun insanlara mümükün təsiri hazırda öyrənilməkdədir.

Okeanları plastik tullantılardan təmiz saxlamaq olar?

Sentyabrın 8-də Sakit Okeanda suyun plastikdən təmizlənməsi məqsədilə keçirilən genişmiqyaslı kampaniyaya start verilib.

Bu kampaniya çərçivəsində hər ay okean suyunun üzündən təxminən 5 ton plastikin yığılması nəzərdə tutulur.

Hesablamalara görə, 2040-cı ilədək bu yolla okeandakı plastikin həcminin 90 faiz azaldılması nəzərdə tutulur.

Syberg hesab edir ki, söhbət yalnız təmizləmə texnologiyalarından getməməlidir.

"Problemin həlli plastik tullantıların okeana atılmasının qarşısını almaqdır, sonradan onu təmizləməkdə deyil. Bu isə yalnız bizim plastikdən istifadə vərdişimizin dəyişməsi nəticəsində baş verə bilər", - alim deyir.

A woman collecting plastic from the seaFotonun müəllifiGETTY IMAGES
Image captionPlastik tullantıların yığılmasında idarəçilik çatışmazlıqları okeana atılan plastik kütlənin həcmini çoxaldır

Erik Zettler bu fikirlə razılaşır və "problemin qısa bir zamanda həllinin mümkünsüz" olduğunu qeyd edir: "Ətraf mühitdə plastik tullantıların həcmini azaltmaq üçün görülən tədbirlər əhatəli və müxtəlif olmalıdır - insanların bu məsələyə yanaşması dəyişməlidir, hökümət müvafiq qərarlar qəbul etməlidir, sənaye bu məsələnin həllində iştirak etməlidir".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ