SON DƏQİQƏ

Qaxdakı qəzanın ört-basdır olunması Göyçayda əks-səda doğurub

Tarix:13-09-2018, 15:55

Bu il avqustun 19-da Qax rayonunda baş verən və Göyçayda çalışan məmurların adı qarışan qəza ilə bağlı redaksiyamıza məktub daxil olub. Dogru.tv-yə daxil olan məktubda deyilir:

"Qaxdan istirahətdən  gələn Göyçay rayon Dövlət Yol Polis şöbəsinin rəis  müavini Toğrul Vəliyevə məxsus,  Az 10 XS 969 nömrəli "Land kruzer” maşını yolda  qəzaya uğrayaraq aşıb. Dəyəri 80 min manat olan maşında Toğrul Vəliyevlə birlikdə Göyçay Rayon Polis İdarəsinin Qeydiyyat Şöbəsinin rəisi işləyən əmisi oğlu Kamran Vəliyev, Cəsur adlı işcisi, Göyçay prokurorunun köməkçisi Bəhruz Mürsəlov və Təbriz adlı bank işcisi olublar. Qəza nəticəsində yaralanan Cəsuru təcili Bakıya xəstəxanaya aparıblar. Bundan  sonra araşdırılma  aparılıb və məlum olub  ki, maşında sükan arxasında Toğrul Vəliyev olub. Lakin  Toğrul Vəliyev, əmisi oğlu Kamran Vəliyev və Cəsur  adlı işcisi izahat yazaraq Bəhruz Mürsəlovun üzünə  duraraq bildiriblər ki, bəs maşını sürən o olub. Bank  işcisi Bəhruzun üzünə durmaq istəməyəndə ona hədə-qorxu gələrək bildiriblər ki, onsuz da prokuror  köməkcisinin kitabı bağlanıb, onu işdən azad edəcəklər. Bundan sonra sənin üçün Göyçayda işləmək və yaşamaq  çətin olacaq. Əlacsız qalan bank işcisi də onlar deyənlə  razılaşaraq Bəhruz Mürsəlovun üzünə qarşı ifadə verib.  B.Mürsəlov prokurorluq orqanlarından xaric olunub. Əgər doğrudan da maşını B.Mürsəlov sürübsə, bəs Toğrul  Vəliyevə məxsuz maşını ona kim verib?  Toğrul Vəliyev izahatında bildirib ki, Bəhruz sərxoş olduğundan əl  çəkməyib ki, bəs maşını özüm sürəcəyəm. Guya o da qorxub maşını ona verib. Bəs sizi nə birləşdirib ki, prokuror köməkcisi ilə Qaxda yeyib-içib sərxoş halda restoranları gəzirsiniz sualına Toğrul və  Kamran  Vəliyevlər bunu polis  işcisi olmaları ilə əlaqələndiriblər. Deyiblər ki, prokuror köməkçisi onlarla bağlı yoxlama apardığına görə ona qonaqlıq veriblər. Bütün  bunlardan  sonra iş bağlanıb. Bəhruz  Mürsəlov prokurorluq  orqanlarından xaric olunub. Vəliyevlər yenidən iş başına  qayıdıblar. Bu adamlar düz işləyirlərsə, niyə prokuror  köməkçisindən, onun yoxlamasından qorxublar? Toğrul  Vəliyev prokuror köməkcisinin sərxoş olmasından qorxub öz maşınını niyə ona verib? Belə çıxır ki, rayonun Dövlət Yol Polisinin rəis müavini qorxaraq sərxoş olan  və yol hərəkəti qaydalarını pozmuş istənilən sərxoş məmuru məsuliyyətdən azad edəcək? Əgər Bəhruz Mürsəlov maşın sürə bilməsəydi nə olacaqdı? Sərxoş halda sükan arxasına rəis müavini özü keçib özü keçib maşını  idarə edəcəkdi? Bu suallara Daxili İşlər Nazirliyi və Baş Prokurorluq aydınlıq gətirəcək.

 

 

Məktubda yazılır ki, Toğrul Vəliyevin qardaşı Nicat Vəliyev Göyçay Rayon Polis İdarəsinin əməkdaşıdır. Bir  neçə il qabaq Balakən Rayon Polis İdarəsindən Rayon  İcra Hakimiyyətinin başçısı İslam Rzayevi telefonda nalayiq sözlərlə təhqir etdiyinə görə işdən uzaqlaşdırılıb. Bir müddət sərəncamda qaldıqdan sonra Göyçay Polis  İdarəsinə təyinat alıb. Vəliyev qardaşlarının atası İkram  Vəliyev Göyçay İcra Hakimiyyəti başçısının 1-ci  müavinidir. İkram Vəliyevi Göyçayda hamı taxıl kralı  kimi tanıyır. Göyçay və ətraf rayonlarda, hətta Fizulinin Horadiz qəsəbəsində 1000 hektar ərazidə arpa və buğda   əkdirib. Təkcə əkdirdiyi ərazilərdən 2 min tondan çox  arpa tədarük edib. İkram Vəliyev vəzifə səlahiyyətindən  istifadə edərək bələdiyyələrdən münbüt və yararlı torpaqları ucuz qiymətə icarəyə götürərək biçin vaxtı  bütün texnikanı öz əkin sahələrində istifadə etdirir.  Yüzlərlə kəndlinin və fermerin sahələri biçilməyərək  məhv olub gedir. Bütün bunların nəticəsidir ki, oğlanlarının və özünün yığdığı pullarla bu il Göyçay  şəhəri, M.Ə.Rəsulzadə küçəsində dəyəri 1 milyondan  yuxarı olan villa tikdirib. Bir neçə gün qabaq İkram  Vəliyevdən soruşublar ki, bəs Toğrulun işi necə oldu. İkram Vəliyev cavabında deyib ki, əşşi, hamısı boş şeydir,  Balakənin icra başcısı oğlum Nicata neylədi ki, balaca bir  "pomprokuror” da neyləsin. Olmasın 200-300 ton  arpanın pulu. Verib işi bağlatdırdım. Bu da haradasa orta hesabla 70-80 min manat deməkdir. Göyçay Rayon İcra  Hakimiyyətinin başcısı Mehdi Səlimzadənin bu məsələlərə aydınlıq  gətirəcəyinə ümid edirik. Məktubumuzun sonunda prokuror köməkcisi işləmiş  Bəhruz Mürsəlov haqqında yazmaq istəyirik. Bu insan  Göyçayda işlədiyi müddətdə müsbət və mənfi mənada ad  çıxarmayıb. Gənc olmasına baxmayaraq yaxşı işlədiyinə  görə tez bir zamanda prokurorun baş köməkcisi oldu. 2-ci dərəcəli hüquqşunasdır. Bakı Dövlət Universitetinin  Hüquq fakültəsini bitirib. Azərbaycanda azsaylı  gənclərdəndi ki, Amerika Birləşmiş Ştatlarında hüquq üzrə magistraturanı bitirib. Bir neçə dil bilir. Görəsən  İkram Vəliyevi nə məcbur etdi ki, perspektivli gənci  məhv etdirdi? Yəqin ki, dikbaş və sərxoş oğlanlarının gələcəyi. Vəliyevlərin zülmündən bezən biz Göyçay  rayon sakinləri inanırıq  ki, Baş Prokurorluqda bu  suallara aydınlıq  gətirəcək”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ