SON DƏQİQƏ

GƏDƏBƏYİN YENİ BAŞÇISI KÖHNƏ BAŞÇIDAN QALAN MAFİYA İIƏ ÜZ-ÜZƏ -SENSASİON GƏLİŞMƏ

Tarix:7-09-2018, 12:51

Gədəbəyə yeni təyin edilmiş icra başçısı İbrahim Mustafayev sabiq başçı Ramiz Yediyarovdan miras qalmış saysız hesabsız problemlərlə üz üzə qalıb.Bu problemlərdən biri və ən böyüyü də rayonda xəstəxana problemi,səhiyyə problemi,baş həkim Ramiz Pirverdiyev problemidir.Çox yüksək vəzifəli şəxslərlə qohumluq əlaqəsində olan Pirverdiyev Yediyarovum başçılığı dövründə Gədəbəyin səhiyyəsini demək olar məhv etdi.Yeni başçı yəqin ki, rayon səhiyyəsində baş vermiş çox ağır pozuntuların araşdırılmasına göstəriş verəcək. Amma biz ona xırda bir ipucu verərək bu sahədə vəziyyətin nə qədər faciəvi olduğunu diqqətə çatdırmaq istəyirik.

Akademik Z.Əliyeya adına xəstəxananın əsas yoldan girişi Pirverdiyev tərəfindən bağlanaraq yerində baş həkimə məxsus restoran, market tikilib.Bağlanmış girişin əvəzində isə ətraf məhəllələrə gedən dar yoldan giriş açılıb. Yediyarovun dövründə tikilmiş bu restoranda daim ona yemək hazırlanıb.İdarə müəssisə rəhbərləri mun cür dərd bəla ilə xəstəxanaya gəlmiş insanların gözü qarşısında yeyib içib , kefləniblər
Baş həkim özünə gələcəkdə yüksək pensiya təmin etmək üçün adını yarımştat olaraq təcili yardıma həkim kimi rəsmiləşdirib.Rayonda təcili tibbi yardım xidmətinin sıfır səviyyəsində olmasının səbəbi budur. Yəqin ki, bu iki fakt başçının rayon səhiyyəsini Yediyarovun mafiyasından xilas etmək üçün fəaliyyətə başlamasına səbəb olacaq
RƏŞAD 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ