SON DƏQİQƏ

Dünyanın diaspor təşkilatları – narkotik satışı, insan alveri ilə məşğul olanlar

Tarix:3-09-2018, 11:34

Hazırda dünyanın siyasi arenasında ciddi yükə malik müxtəlif ölkələrin diasporları fəaliyyət göstərir. Diaspor özlüyündə bir ölkədən digərinə miqrasiya etmiş millətin nümayəndələrinin toplusudur.

 

Onlar əsasən fəaliyyət göstərdikləri ölkənin siyasi xəttinə təsir etməklə yanaşı eyni zamanda öz ölkəsinə yardım etmək kimi də fəaliyyət aparırlar.

 

Bu sahədə hətta dünyanın aparıcı təşkilatları tərəfindən müxtəlif proqramların da tətbiq edildiyini misal çəkmək olar. Belə ki, 2006-cı ildə Dünya Bankı İnstitutu "Diaspor şəbəkələri və beynəlxalq miqrasiya bacarıqları: ölkələr necə istedadlarını xaricdə istifadə edə bilərlər” mövzusunda bir nəşr hazırlayıb. Bu mövzunu araşdırmaq üçün müəlliflər Salvador, Argentina, Ermənistan, Çili, Meksika və Cənubi Afrikada eksperimental layihə hazırlayıb və işə salıblar.

 

Layihə özlüyündə miqrasiya səbəblərini və gətirəcəyi problemlərlə yanaşı, həmçinin diasporun öz dövlətinə qazandıra biləcəyi xeyirləri də araşdırıb. Belə ki, miqrasiyanın hazırda ən geniş yayılmış forması – beyin axını, yəni, insan resursunun itirilməsidir. Beləliklə insanlar daha az inkişaf etmiş ölkələrdən, daha yaxşı inkişaf etmiş ölkələrə miqrasiya edirlər. Bu həmin ölkə üçün ən dəyərli kapitallardan birinin itirilməsi kimi qiymətləndirilsə də bunun ona xeyir gətirdiyi hallar da müşahidə olunur. Belə ki, xaricə miqrasiya etmiş çinlilər öz ölkələrinin 1985-2000-ci illərdə xarici investisiyasının 70 faizini təmin ediblər.

 

Bu gün dünyada müxtəlif ölkələrin diasporları ciddi fəaliyyət göstərirlər. Diaspor sözünün tarixinə nəzər salsaq görərik ki, bu, yunancadan tərcümədə "səpələnmək” mənasını ifadə edir. Xalqların miqrasiyası dünya tarixində Karfagen kimi nəhəng şəhər və şəhər dövlətlərin yaranmasına gətirib çıxarıb. İlk miqrasiya etmiş xalqlara isə biz finikiyalıları, yəhudiləri və yunanları misal göstərə bilərik. Onları ilk diaspor nümayəndələri kimi də qiymətləndirmək olar. Burada qeyd edilməli məsələ isə XIX əsrə kimi əsasən öz yaşadıqları tarixi torpaqlarını məcburi şəkildə tərk etmiş yəhudi milləti ilə bağlıdır (e.ə. 586-cı ildə Babilin, eramızın 136-cı ilində isə Romalıların təsiri ilə).

 

XIX əsrdə bu sözə münasibətdə fərqli olmağa başlasa da hələ də bu sahədə müzakirələr (əsasən yəhudi millətinin təkidi ilə) davam etdirilir.

Yuxarıda qeyd etdiyim kimi diaspor digər ölkəyə immiqrasiya etmiş nümayəndələridir. Deməli, onun tarixini həmin xalqın miqrasiya tarixini araşdırmaqla başlamaq lazımdır.

 

 

Diasporlardan danışdıqda dünyanın ən böyük say çoxluğuna malik olanı təbii ki, Çin diasporudur (yerli adı ilə Xuaytsyao). Çinin miqrasiya tarixi çox zəngin olduğu üçün Çin diasporunun dünya üzrə üzvlərinin sayı 50 milyona çatıb. Onun ilk miqrasiya tarixi 14-cü əsrdə Min sülaləsi zamanına təsadüf edir. Bu zaman bir çox çinlilər ticarəti mənimsəmək üçün Hindistan və digər qonşu ölkələrə göndərilib. Çinlilərin Siam və cənub-şərqi Avropa ölkələrinə kütləvi miqrasiyası XIX əsrin ortalarında başlayıb. Bu zaman isə aclıqdan canlarını qurtarmaq istəyən çinli kəndlilər miqrasiya etdikləri ölkələrdə ucuz işçi qüvvəsinə çevrilib. Hazırda say çoxluğuna görə ən güclü Çin diasporları Sinqapur və Malayziyada fəaliyyət göstərir.

 

BMT-nin inkişaf proqramına əsasən Hindistan diasporu dünyanın ən nəhəng ikinci diasporu hesab edilir. Onun hazırki üzvlərinin sayı 25 milyondan artıqdır. Müxtəlif vaxtlarda hindlilər (qaraçılar da daxil olmaqla) Avropaya və şərqi Asiyaya köç ediblər. Hindli tacirlərin miqrasiyası isə orta Asiya və İran ərazisinə XVI əsrdən başlayaraq 4 əsr davam edib. 1838-ci ildən 1917-ci ilə kimi Britaniya Hindistanından Karib adalarına yarım milyona yaxın hindli ucuz işçi qüvvəsi olaraq gətirilib. Belə ki, 1830-cu ildə quldarlıq ləğv edildiyindən və Avropadan işçilərin cəlb edilməsində çətinliklər yarandığından bu addım atılıb. Daha sonra bu hindlilər ABŞ, Kanada, Hollandiya və Latın Amerikası ölkələrinə miqrasiya ediblər. 2003-cü ilin yanvarın 9-dan Hindistan Diasporu Günü qeyd edilir. Bu gün xüsusi olaraq Mahatma Qandinin Cənubi Afrika Respublikasından Hindistana qayıtmasının şərəfinə seçilib.

Rus Diasporu sayına görə dünyada üçüncü yerdə qərarlaşıb. Rus diasporunun üzvlərinin dünya üzrə ümumi sayı 25 milyona qədərdir. Bu diasporun üzvlərinin əksəriyyətini rus millətinin nümayəndələri tutur. Bununla yanaşı, bəzi ölkələrdə rus dilində danışan ukraynalı, tatar, kalmık, yəhudi və digərləri də bu diasporun üzvləri sayılırlar. Rusların ilk güclü miqrasiyası XIX əsrin ikinci yarısına təsadüf edir. İkinci dalğa isə II Dünya Müharibəsi zamanı, ən sonda isə SSRİ-nin dağılması zamanına təsadüf edir. Bu miqrasiya etmiş ruslar hazırda digər ölkələrin müvəffəqiyyətli iş adamlarına çevriliblər. ABŞ hökumətinin sanksiyalarının bir hissəsi Rusiyaya axan xarici kapitalı azaltmağa, yəni hazırda Rusiyaya xarici kapital qoyan bu rus iş adamlarını zəiflətməyə hesablanıb.

 

Say çoxluğuna görə dördüncü yerdə Polşa diasporu qərarlaşıb. Bu diasporun dünya üzrə üzvlərinin sayı 21 milyon nəfər təşkil edir.

 

Polşanın özündə isə hazırda 38 milyon nəfər yaşayır. Miqrasiya edənlərin sayının bu qədər çox olmasının səbəbi II Dünya Müharibəsi zamanı ən çox zərər çəkən ölkələrdən birinin Polşa olması ilə bağlıdır. Bu tendensiya SSRİ-nin dağılması zamanı daha da sürətlənməyə başlayıb.

 

Dünyada say çoxluğuna görə Ukrayna diasporu hazırda 5-ci yerdə qərar tutub. Dünya üzrə xaricdə yaşayan ukraynalıların sayı hazırda 12 milyon nəfər hesab edilir. Onların ilk miqrasiyası Stalin dövründə bu regionun inkişafı üçün yeni bacarıqlı təbəqə formalaşdırılması məqsədi ilə ukraynalıların kütləvi surətdə ittifaqın digər ölkələrinə göndərilməsi ilə başlayır. İttifaqın dağılmasından sonra ukraynalılar əsasən Avropa, ABŞ və Kanadaya səfər ediblər. Avropada diasporunun mərkəzi Fransada yerləşir. Hazırda bu diasporun ən güclü olduğu yerlər əsasən ABŞ və Kanadadır. Rusiyanın Ukrayna torpaqlarında apardığı dağıdıcı siyasətə qarşı Kanada Ukraynaya milyonlarla dollar dəyərində maddi yardım edib.

 

Altıncı yerdə isə erməni diasporu qərarlaşıb. Bu diasporun dünya üzrə üzvlərinin sayı 10-11 milyon nəfər hesab edilir. Bununla yanaşı, Ermənistanda yaşayan ermənilərin sayı isə 2-3 milyon nəfərə qədərdir. Ermənilər saylarına görə Livan və Abxaziyada (Rusiyanın nəzarətində olan Gürcüstan torpağı) saylarına görə ikinci yerdə, Gürcüstan İordaniya və Suriyada isə saylarına görə ölkə əhalisinin ikinci ən böyük hissəsini təşkil edirlər. Bu diasporun fəaliyyətinin nəticəsidir ki, erməni dili İraq və Livanda rəsmi dil statusuna malikdir. Erməni diasporu öz fəaliyyətini həmçinin ABŞ və Avropada da ciddi şəkildə aparır. Belə ki, erməni diasporunun təsiri ilə ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi (maddi yardımda daxil olmaqla, silah satmağa qadağa) qəbul edib. Bununla yanaşı Azərbaycan torpaqlarının işğal edilməsi faktına məhəl qoymayaraq ABŞ Ermənistana hələ də milyonlarla dollar maddi yardım edir.

 

Erməni diasporu həmçinin ABŞ-Türkiyə münasibətlərinin gərginləşməsindən də ciddi şəkildə yararlanmaq istəyir. ABŞ və digər Avropa ölkələrinin Türkiyəyə təzyiq üçün qondarma erməni soyqırımı məsələsindən istifadə etməsi buna bariz nümunədir. Bundan əlavə erməni diasporu heç bir etik davranışı gözləməyərək dünyada narkotik satışı, insan alveri, orqan alveri və digər qara işlərdə ciddi fəaliyyəti ilə məşhur erməni mafiyasının da köməyindən istifadə edir. Qeyd etmək lazımdır ki, erməni diasporu bundan əvvəl də terror və siyasətçilərin rüşvətlə ələ alınması məsələlərindən yüksək dərəcədə istifadə edib. Həmçinin qeyd etmək lazımdır ki, Ermənistan Diaspora Nazirliyinin olduğu çox az sayda ölkələrdən biridir.

 

Qeyd edək ki, Azərbaycan diasporu say azlığı (təxminən 2,5 milyondan çox) ilə yanaşı erməni diasporunun ciddi təzyiqləri altında fəaliyyət göstərir.

 

Belə ki erməni diasporunun Xocalı soyqırımı kimi özləri törətdikləri dəhşətlərin fotolarını özlərinə qarşı vəhşət kimi qələmə verməkdən çəkinmədiyi hallar da az deyil. Bu və digər iyrənc oyunlar kimi yüzlərlə misal çəkmək olar. Ancaq Azərbaycan diaspor təşkilatları öz sözünü deməyə, yaşadıqları ölkənin ictimai fikrinə təsir etməyi də bacarır. Bunun sayəsindədir ki, artıq erməni yalanları işə yaramır. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ